2026-cı il Dünya Kubokunda iştirak edən Cənubi Koreya milli komandası meydandan kənar hadisələr səbəbindən diqqət mərkəzinə gəlib. Buna səbəb bəzi media nümayəndələrinin komanda kapitanı Son Hınq-Minin hərbi xidmətdə olmaması ilə bağlı istehza dolu ifadələr işlətdiklərini göstərən səs yazılarının internetə sızması olub. Sızdırılan səs yazıları ölkə daxilində geniş müzakirələrə səbəb olub. Hadisədən sonra Cənubi Koreya milli komandasının mətbuat katibi istefa verib. Böhran səbəbindən federasiya daxilində təcili iclasların keçirildiyi bildirilir. Hadisələrin gərginləşməsindən sonra Cənubi Koreya tərəfi kəskin addım atıb. Milli komanda Dünya Kuboku müddətində media ilə əlaqələri dayandırmaq qərarına gəlib. Qeyd olunur ki, komanda turnirin qalan hissəsində heç bir mətbuat konfransında iştirak etməyəcək və oyunçular jurnalistlərin suallarını cavablandırmayacaq. Böhranın mərkəzində olan Son Hinq-Min əvvəllər Cənubi Koreyanın 2018-ci il Asiya Oyunlarındakı qələbəsi sayəsində məcburi hərbi xidmətdən azad edilmişdi. Sızdırılmış söhbətlərdə bu mövzu ilə bağlı şərhlərin komanda daxilində narazılığa səbəb olduğu düşünülür. Cənubi Koreyanın medianı boykot etmək qərarı Dünya Kubokunun ən diqqətəlayiq hadisələrindən biri hesab olunur. Komandanın turnirin qalan hissəsində susub-susmayacağı və ya federasiyanın bu məsələ ilə bağlı yeni bir açıqlama verib-verməyəcəyi hələ də məlum deyil.
SAMİRƏ