Ermənistanın bir müddət əvvəl həbs edilən partiya sədri, iş adamı Qaqik Tsarukyanın var-dövləti müsadirə edilir.
Ermənistan mediası yazır ki, prokurorluq Tsarukyanın 75 daşınmaz əmlakının (bunlardan 57-si İrəvan şəhərində yerləşir) və 42 nəqliyyat vasitəsinin müsadirəsini tələb edir.
Bnundan başqa, onun Multi Group Concern MMC, Multi Avtotrans MMC, Onira Club MMC və digər hüquqi şəxslər də daxil olmaqla 38 hüquqi şəxsdəki səhmləri, 105 milyard 865 milyon 865 min dram (buraya qanunsuz gəlir və xərclərin qalan hissəsi, eləcə də verilmiş kreditlər, təyin olunmuş iddia hüquqları və 5 nəqliyyat vasitəsinin bazar dəyəri də daxildir) müsadirəsi tələb olunur.
Tahir TAĞIYEV