Xarici hökumətlər daim ABŞ-a təsir göstərməyə çalışırlar. İsrail də bunu edir, digər ölkələr də bunu edir, bu, sadəcə hadisələrin təbiətidir…İnsanlar, istər müttəfiqlərimiz, istərsə də düşmənlərimiz olsunlar, həmişə ABŞ-a təsir göstərməyə çalışacaqlar.
Bunu ABŞ-ın vitse-prezidenti J.D.Vens məşhur amerikalı podkastçı Co Roqanın aparıcısı olduğu YouTube şousunda İsrailin ABŞ-ın İran siyasətinə təsiri barədə sualı cavablandırarkən deyib. “ABŞ İrana qarşı bu müharibəni İsrailin təsiri olmadan başlayardımı” sualına cavabında Trampın “israillilər tərəfindən buna şantaj edildiyi” barədə şayiələri rədd edərək bildirib: “Bu, qətiyyən doğru deyil. Qərar qəbuletmə prosesini yaxından görmüşəm. Danışıqlarımızda iştirak edib-etməməyinizin fərqi yoxdur. Trampın şantaj edildiyi fikri mənə absurd görünür”.
SAMİRƏ