Bazar günü günü, 20 sentyabr 2026
     

Azərbaycan öz coğrafi imkanlarını geosiyasi və geoiqtisadi üstünlüyə necə çevirdi.....(?)

Image


Azərbaycan əlverişli coğrafi mövqeyi, zəngin təbii sərvətləri və mühüm nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ilə tarix boyu regionun strateji əhəmiyyət daşıyan dövlətlərindən biri olub. Müstəqilliyini bərpa etdikdən sonra ölkənin əsas məqsədlərindən biri bu coğrafi üstünlükləri milli maraqlara xidmət edən geosiyasi və geoiqtisadi üstünlüklərə çevirmək olub. Son onilliklər ərzində həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət nəticəsində Azərbaycan regional əməkdaşlığın, enerji təhlükəsizliyinin və beynəlxalq nəqliyyat əlaqələrinin əsas iştirakçılarından birinə çevrilb.

Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm coğrafi mövqedə yerləşir. Ölkə Avropa ilə Asiyanı birləşdirən quru və dəniz yollarının üzərində yerləşməklə mühüm tranzit imkanlarına malikdir. Xəzər dənizinə çıxış, Cənubi Qafqazın mərkəzində yerləşməsi və regionun əsas nəqliyyat qovşaqlarından biri olması Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artırır. Bu mövqe ölkəyə yalnız iqtisadi deyil, həm də siyasi baxımdan mühüm üstünlüklər qazandırır. Müstəqillik dövründə ölkə rəhbərliyi Azərbaycanın geostrateji mövqeyindən maksimum səmərə ilə istifadə etməyə çalışıb. Bu siyasətin əsas istiqamətlərindən biri enerji resurslarının beynəlxalq bazarlara təhlükəsiz və etibarlı marşrutlarla çıxarılması olub. Xəzər hövzəsinin zəngin neft və qaz ehtiyatlarının dünya bazarına çatdırılması məqsədilə həyata keçirilən iri enerji layihələri Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu istiqamətdə ən mühüm addımlardan biri 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" olub. Həmin müqavilə dünyanın aparıcı enerji şirkətlərinin Azərbaycana investisiya yatırmasına şərait yaradıb, ölkənin enerji sektorunun sürətli inkişafını təmin edib. Sonrakı illərdə Bakı–Tiflis–Ceyhan əsas ixrac neft kəməri, Bakı–Tiflis–Ərzurum qaz kəməri, TANAP və TAP layihələrinin reallaşdırılması nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş statusu qazanıb. Bu layihələr təkcə iqtisadi gəlirlər gətirməyib, həm də ölkənin beynəlxalq münasibətlər sistemində mövqeyini gücləndirib. Azərbaycanın geoiqtisadi üstünlüyünün formalaşmasında nəqliyyat və logistika layihələrinin də xüsusi rolu var. Son illərdə ölkədə müasir avtomobil yolları, dəmir yolları, hava limanları və dəniz limanları tikilib, tranzit infrastrukturuna böyük investisiyalar yatırılıb. Xüsusilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər regionunun ən iri logistika mərkəzlərindən birinə çevrilib. Bu infrastruktur Azərbaycanı beynəlxalq yükdaşımaların mühüm iştirakçısı edir.
Bakı–Tiflis–Qars dəmir yolu xəttinin istifadəyə verilməsi Azərbaycanın Avropa ilə Asiya arasında yük daşımalarında rolunu daha da artırıb. Bu dəmir yolu Orta Dəhlizin əsas hissələrindən biri hesab edilir və Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında yüklərin daha qısa müddətdə daşınmasına imkan yaradır. Nəticədə Azərbaycan həm tranzit gəlirlərini artırır, həm də regional iqtisadi əməkdaşlığın inkişafına töhfə verir. Azərbaycanın xarici siyasətində balanslaşdırılmış yanaşma da geosiyasi üstünlüklərin formalaşmasına mühüm təsir göstərib. Ölkə müxtəlif beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir, eyni zamanda region dövlətləri və dünyanın aparıcı siyasi mərkəzləri ilə qarşılıqlı faydalı münasibətlər qurmağa çalışır. Bu siyasət Azərbaycanın həm Avropa, həm Asiya, həm də Yaxın Şərq ölkələri ilə əməkdaşlıq imkanlarını genişləndirib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal fəaliyyəti, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda iştirak etməsi ölkənin diplomatik nüfuzunun artmasına xidmət edir. Eyni zamanda Azərbaycan müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməklə dialoq və əməkdaşlıq məkanı kimi tanınıb. 2020-ci ildə Vətən müharibəsində əldə olunan qələbə Azərbaycanın geosiyasi mövqeyinə yeni imkanlar yaradıb. Ərazi bütövlüyünün bərpa olunması regionda yeni iqtisadi layihələrin həyata keçirilməsi üçün şərait yaradıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, yeni avtomobil yolları, dəmir yolları, hava limanları və enerji infrastrukturu inşa edilir. Bu layihələr həmin ərazilərin ölkənin ümumi iqtisadi sisteminə inteqrasiyasını sürətləndirir. Zəngəzur dəhlizi perspektivi də Azərbaycanın geoiqtisadi imkanlarını artıran mühüm amillərdən biri hesab olunur. Bu nəqliyyat bağlantısının tam reallaşması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqəni təmin etməklə yanaşı, region ölkələri arasında ticarət və nəqliyyat münasibətlərini daha da inkişaf etdirə bilər. Bunun nəticəsində Azərbaycan Avrasiya məkanında əsas logistika mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir.
Ölkə rəhbərliyi son illərdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində də ardıcıl siyasət həyata keçirir. Neft sektorundan əldə olunan gəlirlər qeyri-neft sahələrinin inkişafına, sənayeləşməyə, kənd təsərrüfatına, informasiya texnologiyalarına, turizmə və insan kapitalının inkişafına yönəldilib. Müxtəlif sənaye parklarının və azad iqtisadi zonaların yaradılması, rəqəmsal iqtisadiyyatın inkişafı və sahibkarlığın dəstəklənməsi Azərbaycanın geoiqtisadi dayanıqlığını gücləndirib. Bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr də ölkənin geoiqtisadi potensialını artırır. Günəş və külək enerjisi üzrə beynəlxalq şirkətlərlə əməkdaşlıq nəticəsində yeni elektrik stansiyaları tikilir. Bu layihələr Azərbaycanın enerji ixracını daha da genişləndirməyə, daxili enerji istehlakını optimallaşdırmağa və "yaşıl enerji" sahəsində regional liderlərdən birinə çevrilməsinə şərait yaradır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinin "yaşıl enerji zonası" kimi inkişaf etdirilməsi uzunmüddətli strateji əhəmiyyət daşıyır. Azərbaycanın coğrafi imkanlarının geosiyasi və geoiqtisadi üstünlüyə çevrilməsi yalnız təbii resurslarla bağlı deyil, həm də düşünülmüş dövlət idarəçiliyi, uzunmüddətli strateji planlaşdırma və beynəlxalq əməkdaşlıq siyasətinin nəticəsidir. Enerji, nəqliyyat, logistika, diplomatiya və iqtisadi islahatların vəhdəti ölkənin regional və qlobal önəmini əhəmiyyətli dərəcədə artırıb.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb" - Azərbaycan XİN

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ