şənbə günü, 26 sentyabr 2026
     

Beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş mövqeyi güclənir...

Image


Azərbaycanın dünya birliyinə uğurlu inteqrasiyası son illərdə həm regional, həm də qlobal səviyyədə diqqət çəkən mühüm proseslərdən biridir. Bu inteqrasiyanın konkret təzahürlərindən biri də müxtəlif ölkələrlə, o cümlədən Ukrayna və Çexiya ilə münasibətlərin dinamik inkişafıdır. Hər iki ölkənin rəhbərlərinin Azərbaycana son səfərləri bu əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərməklə yanaşı, Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini bir daha təsdiqləyir.

Azərbaycan ilə Ukrayna arasında münasibətlər sistemli və məqsədyönlü xarakter daşıyır

Ukrayna ilə Azərbaycan arasında münasibətlər tarixən dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanıb. Son illərdə bu əlaqələr daha da genişlənmiş, siyasi dialoq intensiv xarakter alıb. Ukrayna rəhbərliyinin Azərbaycana səfəri zamanı aparılan danışıqlar iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə yönəlib. Enerji, nəqliyyat, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi xüsusi diqqət mərkəzində yer alıb. Azərbaycan öz enerji resursları və tranzit imkanları ilə Ukrayna üçün etibarlı tərəfdaş kimi çıxış edir, eyni zamanda Ukraynanın da Avropa bazarlarına çıxış imkanları Azərbaycan üçün əhəmiyyətlidir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri Bakı–Kiyev münasibətlərinin çoxşaxəli və dərin mahiyyətini bir daha aydın şəkildə ortaya qoydu. Bu səfər yalnız diplomatik protokol çərçivəsində keçirilən görüşlərlə məhdudlaşmayaraq, iki ölkə arasında illər boyu formalaşmış strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi hadisə kimi dəyərləndirilir. Mövcud geosiyasi reallıqlar fonunda bu səfər həm regional, həm də beynəlxalq müstəvidə xüsusi diqqətlə təhlil edilir və onun nəticələri təkcə cari dövr üçün deyil, uzunmüddətli əməkdaşlıq perspektivləri baxımından da əhəmiyyət kəsb edir. Səfər çərçivəsində müzakirə olunan əsas istiqamətlər arasında iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrlə yanaşı, hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi də xüsusi yer tutur. İki ölkə arasında müdafiə sənayesi, hərbi-texniki əməkdaşlıq və təhlükəsizlik məsələləri üzrə təcrübə mübadiləsinin artırılması qarşılıqlı maraqlara cavab verən mühüm istiqamətlər kimi önə çıxır. Bu isə Bakı–Kiyev münasibətlərinin yalnız siyasi və iqtisadi deyil, həm də strateji təhlükəsizlik aspektində daha da dərinləşdiyini nümayiş etdirir. Qəbələdə Volodimir Zelenski ilə mətbuata birgə bəyanatında prezident İlham Əliyev qeyd edib: “Hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var. Həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var. Bu barədə də ətraflı danışıldı və biz bütün başqa sahələrdə əməkdaşlığımızı dərinləşdirmək istəyirik”. Zelenski də bunu dəstəkləyir: “Müdafiə sənayesinə gəldikdə, təhlükəsizlik elə bir sahədir ki, orada biz çox dərin əməkdaşlıq qura bilərik və çox çalışmalıyıq ki, bu məqsədə nail olaq. Silahların istehsalına gəldikdə, bu, bizim xalqlarımız üçün sabitlik gətirə bilər. Bizim ölkələrimizin kifayət qədər imkanları var ki, bütün çağırışlarla üzləşərək tab gətirsin”. Ümumilikdə, Azərbaycan ilə Ukrayna arasında münasibətlər təsadüfi deyil, sistemli və məqsədyönlü xarakter daşıyır. Bu əlaqələr möhkəm hüquqi-siyasi baza üzərində qurulub və qarşılıqlı maraqlara əsaslanır. 2008-ci ildə Kiyevdə imzalanmış strateji tərəfdaşlığa dair birgə bəyannamə iki ölkə arasında münasibətlərin əsas istiqamətlərini müəyyən edən fundamental sənəd kimi çıxış edir. Məhz bu sənəd sonrakı illərdə əməkdaşlığın dərinləşməsi üçün institusional zəmin yaradıb. İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və balanslı xarici siyasət kursu nəticəsində Azərbaycan-Ukrayna münasibətləri mərhələli şəkildə inkişaf edərək daha da möhkəmlənib. Volodimir Zelenskinin Azərbaycana səfəri də bu ardıcıl siyasətin məntiqi davamı kimi çıxış edir və göstərir ki, Bakı ilə Kiyev arasında əməkdaşlıq situativ amillərə deyil, uzunmüddətli strateji maraqlara söykənir. Mövcud münasibətlər artıq təkcə dostluq çərçivəsini aşaraq, dövlətlərin milli maraqlarına xidmət edən, siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrini əhatə edən çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Çexiya ilə münasibətlər Azərbaycanın Avropa ilə inteqrasiyasının mühüm istiqamətlərindəndir

Çexiya ilə münasibətlər də Azərbaycanın Avropa ilə inteqrasiyasının mühüm istiqamətlərindən biri hesab olunur. Çexiya rəhbərinin Azərbaycana səfəri çərçivəsində iqtisadi əməkdaşlığın inkişafı, investisiya imkanlarının artırılması və sənaye sahəsində birgə layihələrin həyata keçirilməsi müzakirə olunub. Çexiya inkişaf etmiş sənaye və texnologiya sahələri ilə tanındığı üçün bu əməkdaşlıq Azərbaycanın qeyri-neft sektorunun inkişafına mühüm töhfə verə bilər. Eyni zamanda, enerji təhlükəsizliyi məsələlərində Azərbaycan-Çexiya əməkdaşlığı Avropanın enerji şaxələndirilməsi siyasətinə də uyğun gəlir.

Münasibətlərin inkişaf dinamikasını aydın şəkildə əks etdirən əsas hadisələrdən biri Çexiyanın baş naziri Andrey Babişin Azərbaycana həyata keçirdiyi rəsmi səfər oldu. Bu səfər iki ölkə arasında əməkdaşlığın genişlənməkdə olduğunu və qarşılıqlı maraqların daha da dərinləşdiyini nümayiş etdirir. Azərbaycanın mühüm tərəfdaşları sırasında yer alan Çexiya son illərdə müxtəlif beynəlxalq platformalarda ölkəmiz üçün etibarlı tərəfdaş kimi çıxış edir. İkitərəfli münasibətlər yalnız siyasi dialoqla məhdudlaşmır, həm də iqtisadi, enerji və digər sahələrdə intensiv əməkdaşlıqla müşayiət olunur. Eyni zamanda, hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə davamlı dəstək göstərərək tərəfdaşlığın möhkəm əsaslar üzərində qurulduğunu təsdiqləyir. Baş nazirin səfəri yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də Azərbaycanın beynəlxalq proseslərdə rolunun artdığını göstərən mühüm siyasi siqnal kimi qiymətləndirilir. Bu, ölkənin həm geosiyasi, həm də geoiqtisadi əhəmiyyətinin yüksəldiyini bir daha sübut edir. Bütün bunlar Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun göstəricisi olmaqla yanaşı, onun artıq təkcə enerji tərəfdaşı deyil, həm də siyasi dialoq və çoxtərəfli əməkdaşlıq üçün etibarlı platforma kimi qəbul edildiyini nümayiş etdirir. Xüsusilə Avropa ölkələrinin Azərbaycana artan marağı regionda sabitliyin təmin olunması, enerji təhlükəsizliyi və yeni nəqliyyat dəhlizlərinin inkişafı kimi strateji məqsədlərlə bağlıdır. Strateji əhəmiyyət daşıyan Azərbaycan–Çexiya münasibətləri çərçivəsində Qəbələdə İlham Əliyev ilə görüş keçirən Andrey Babiş ölkələrimiz arasında əlaqələri yüksək qiymətləndirərək onları strateji səviyyədə xarakterizə edib və vurğulayıb ki, bizim çox səmimi dostluq münasibətlərimiz var. O həmçinin qeyd edib ki, hər iki ölkə geniş iqtisadi potensiala malikdir və bu amil iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli şərait yaradır. Səfər zamanı baş naziri geniş biznes nümayəndə heyətinin müşayiət etməsi isə iqtisadi əməkdaşlığın prioritet istiqamətlərdən biri olduğunu bir daha təsdiqləyir və gələcəkdə birgə layihələrin həyata keçirilməsi üçün real imkanların mövcudluğunu göstərir. İlham Əliyev Çexiyanın baş naziri ilə mətbuata verdiyi bəyanatda Azərbaycanın beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini xüsusi vurğulayıb: “Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqına üzv ölkədir. O cümlədən Çexiyaya qonşu olan ölkələrə Azərbaycan təbii qaz ixrac edir”. Çex şirkətlərinin Azərbaycanda bərpa olunan enerji sahəsində fəal iştirakı diqqət çəkir. Naxçıvanda 500 MVt gücündə fotoelektrik stansiya layihəsində iştirak və hidroelektrik avadanlıqların təchizatı imkanlarının araşdırılması bu əməkdaşlığın konkret nümunələridir. Hələ 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan-Çexiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edib. Bu sənəd yalnız iqtisadi deyil, həm də siyasi, hərbi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yol xəritəsi rolunu oynayıb. Eyni zamanda, beynəlxalq hüququn əsas prinsiplərinə, o cümlədən ərazi bütövlüyünə dəstək bu tərəfdaşlığın dəyərlər əsaslı olduğunu göstərir. Bu səfərlər Azərbaycanın çoxvektorlu xarici siyasətinin uğurlu nəticələrini nümayiş etdirir. Ölkə həm Şərq, həm də Qərb dövlətləri ilə balanslaşdırılmış münasibətlər quraraq, müxtəlif maraqları uzlaşdırmağı bacarır. Bu yanaşma Azərbaycanın beynəlxalq aləmdə etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş kimi qəbul olunmasına səbəb olur. Ukrayna və Çexiya ilə əməkdaşlıq da məhz bu siyasətin konkret nəticəsi kimi qiymətləndirilə bilər. Beləlilə, Ukrayna və Çexiya rəhbərlərinin Azərbaycana son səfərləri ölkənin dünya birliyinə uğurlu inteqrasiyasının parlaq nümunəsi kimi çıxış edir. Bu səfərlər yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, həm də Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun nümayişinə xidmət edir. Gələcəkdə bu əməkdaşlığın daha da dərinləşəcəyi və Azərbaycanın qlobal sistemdə mövqeyinin daha da möhkəmlənəcəyi gözlənilir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ