çərşənbə günü, 07 oktyabr 2026
     

Məhkəmə qərarı ilə partiya başqanlığına gətirilmiş Kılıçdaroğlu qurultaydan niyə qorxur?..

Image


Sabir Şahtaxtı: "Proseslərin hazırkı vəziyyəti göstərir ki, inkarolunmaz şəkildə CHP parçalanacaq"

Türkiyədə ana müxalifət partiyası olan CHP ilə bağlı baş verənlər - partiyanın 2023-cü ildə keçirilmiş qurultayının məhkəmə tərəfindən ləğv edilməsi, həmin qurultayda seçilmiş sədr Özgür Özəlin vəzifədən uzaqlaşdırılması və Kemal Kılıçdaroğlunun məhkəmə qərarı ilə yenidən rəhbərliyə gətirilməsi ölkədə ciddi siyasi gərginlik yaradıb.

Sosial şəbəkələrdə Kılıçdaroğlu geniş şəkildə tənqid olunur, onu hakimiyyətin sifarişlərini yerinə yetirməkdə ittiham edirlər. CHP-nin seçilmiş qanadı isə tələb edir ki, yeni qurultay keçirilsin və partiya üzvləri kimi istəsələr, sədr o olsun. Lakin Kılıçdaroğlu buna razılıq vermir. Buna görə də onun qurultaydan çəkindiyi iddia olunur. Kılıçdaroğlu niyə qurultaydan çəkinir?

Bu hadisə Azərbaycanda da ciddi maraqla izlənilir. Sosial şəbəkələrin Azərbaycan səqmentlərində əsasən Özgür Özələ dəstək verilir. Sosial şəbəkə iştirakçılarının əksəriyyət belə düşünür ki, bu prosesi hakim AKP başladıb və onu idarə edir. Məqsəd isə CHP-ni alternativ siyasi qüvvə kimi sıradan çıxarmaqdır.

Kılıçdaroğlu nəyə görə təkrar qurultay keçirilməsinə razılıq vermir?

Siyasi şərhçi Sabir Şahtaxtı məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, istənilən iqtidar partiyasının qarşısında iki mühüm vəzifə dayanır: ictimaiyyət arasında nüfuzunu artıraraq bir seçkidən növbəti seçkiyə hazırlaşmaq və ona rəqib olan müxalif partiyanı zəiflətmək üçün müxtəlif taktikalardan istifadə etmək.

Onun sözlərinə görə, Türkiyədə CHP həmişə güclü olub və bunun iki əsas səbəbi var. Birincisi, CHP-nin Mustafa Kamal Atatürk tərəfindən yaradılması, ikincisi isə partiyanın funksionerlərinin uzun illər hakimiyyət elitasında təmsil olunmasıdır.

Şahtaxtı hesab edir ki, hazırda CHP ətrafında baş verən hadisələr növbəti seçkilərə hesablanmış prosesdir: "Bu prosesdə əsas aktor partiyanın keçmiş sədri Kamal Kılıçdaroğludur. Çünki onun iddiası əsasında belə bir qərar qəbul edilib və onun sədrliyi tanınıb. Bu məsələdə müəyyən mənada AKP də maraqlıdır. AKP vahid siyasi qüvvəni parçalamaqda, CHP-yə məxsus sosial elektoratın bir hissəsini özünə cəlb etməklə müxalif düşərgəni zəiflətməkdə maraqlıdır" .

Siyasi şərhçinin qənaətincə, proseslərin hazırkı vəziyyəti CHP-də parçalanma ehtimalını gücləndirir: "Proseslərin hazırkı vəziyyəti göstərir ki, inkarolunmaz şəkildə CHP parçalanacaq. Bu parçalanma iki formada müşahidə oluna bilər. Birincisi, partiyanın öz daxilində bölünməsi, ikincisi isə Özgür Özəl və Əkrəm İmamoğlunun ortaq liderliyi altında yeni siyasi partiyanın yaranmasıdır. Lakin həmin partiyada da monolitliyin qorunması çətin görünür. Çünki hər iki lider prezidentliyə iddialıdır".

Şahtaxtı bildirib ki, CHP rəsmən parçalanacağı təqdirdə partiyanın əmlakı üzərində də ciddi mübahisələr yarana bilər: "Partiyanın əmlakının bölünməsi ilə bağlı çəkişmələr AKP-nin maraqlarına uyğun gəlir".

O vurğulayıb ki, bütün bunlarla yanaşı, Türkiyədə siyasi sabitliyin qorunması Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır: "Azərbaycan-Türkiyə müttəfiqliyi hər hansı siyasi partiyaya bağlı deyil. Bu münasibətlər iki dövlət arasında formalaşmış strateji əməkdaşlığa əsaslanır və Şuşa Bəyannaməsi ilə təsbit olunub”.

Şərhçi Türkiyədəki sosial-iqtisadi vəziyyətə də toxunaraq qeyd edib ki, ölkədə müəyyən gərginlik müşahidə olunur: "Türkiyənin milli valyutası son dövrlərdə az qala hər gün dəyər itirir. Bunun əsas səbəblərindən biri ölkənin ətrafında formalaşan geosiyasi risklərdir. Qara dənizin şimalında Rusiya-Ukrayna müharibəsi, cənub istiqamətində isə ABŞ, İsrail və İran arasında gərginlik mövcuddur. Bu amillər Türkiyə iqtisadiyyatına ciddi təsir göstərir" .

Sabir Şahtaxtı Türkiyə Böyük Millət Məclisinin zəngin parlament ənənələrinə malik olduğunu xatırladaraq, deputat transferlərinin ölkə siyasətində yeni hadisə olmadığını deyib: "BMM-də millət vəkillərinin bir partiyadan digərinə keçməsinin dəfələrlə şahidi olmuşuq. Belə transferlər bəzən hökumətin formalaşdırılması prosesinə belə təsir göstərib. Yaxın keçmişdə CHP-dən İYİ Partiyaya keçən deputatlar həmin partiyanın parlamentdə təmsil olunmasına imkan yaratmışdı".

Onun sözlərinə görə, hazırda da CHP sıralarında təmsil olunan bəzi deputatların digər partiyaların rəhbərləri ilə də təmasları istisna deyil: "İstisna deyil ki, bu görüşlər nəticəsində parçalanmaqda olan CHP-dən digər partiyalara, hətta MHP-yə keçidlər baş versin" .

Şahtaxtı hesab edir ki, AKP-nin son illərdə parlament çoxluğunu əsasən MHP ilə qurduğu ittifaq hesabına təmin etməsi gələcək seçkilər baxımından müəyyən risklər yaradır: "Bütün bu amilləri nəzərə alsaq, növbəti parlament seçkilərindən sonra hökumətin formalaşdırılması prosesində risklərin meydana çıxacağı istisna deyil".

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ