Cümə axşamı günü, 08 oktyabr 2026
     

Ermənilər Yaponiyada “Şur” muğamı və balabanın da “axırına çıxdılar”

Image


Ermənilərin Azərbaycan mədəniyyətinə qarşı həyata keçirdikləri təxribatların miqyası get-gedə genişlənir. Bilirik ki, milli musiqi alətlərimiz də daxil olmaqla, muğamlarımızı, xalq və bəstəkar mahnılarımızı, rəqslərimizi “erməni mədəniyyəti” adı ilə qələmə verən ermənilər bu əməllərinə görə hələ də müvafiq beynəlxalq qurumlar tərəfindən cəzalandırılmayıblar.

İndiyə qədər heç bir beynəlxalq qurum ermənilərin saxtakar əməllərinin qarşısının alınması istiqamətində heç bir addım atmayıb. Baxmayaraq ki, Azərbaycan rəsmi qaydada həm UNESCO-da, həm də digər ümumdünya təşkilatlarında ermənilərin Azərbaycan mədəniyyətinə əl uzatması məsələsini çox kəskin şəkildə gündəmə gətirib. Lakin həmin qurumlar erməni saxtakarlığının qarşısının alınmasında heç bir əməli tədbir görmürlər.    

Milli musiqi alətimiz balabana uzun illərdir iddia edən ermənilər artıq dünyanın bir çox ölkəsində, o cümlədən də Yaponiyada onu “erməni aləti” kimi təbliğ edirlər. Çox təəssüf ki, ermənilər Azərbaycan musiqisi və balabanla bağlı saxtakarlığa bu dəfə yaponları da cəlb etməyə nail olublar.

Ermənistan mətbuatının yazdığına görə, sosial şəbəkədə yapon Kento Sudzuki və Yasutka Taruminin balabanla ifası yayılıb. Onlar “Şur” müğamının ladında müəyyən gəzişmələr ediblər. Erməni KİV-i  bunu “Dili yaman” (“Dle yaman”) erməni xalq mahnısı kimi təqdim edib, bununla da yapon musiqiçilərini saxtakarlıqlarının iştirakçısına çeviriblər.

Qeyd edilənə görə, balaban ifaçısı Kento Sudzuki cari il iyunun əvvəlində Ermənistanda keçirilən “Yeni adlar” XI beynəlxalq yeniyetmə ifaçılar festivalında iştirak edib. Yapon balabançının ifasına münasibət bildirən mütəxəssislər bildiriblər ki, ermənilər yenə də Azərbaycan musiqisi və balabanı ilə bağlı saxtakarlıq ediblər.

  • Sərdar Məmmədli: “Balabanın uzaq Yaponiyada “erməni aləti” kimi təqdim edilməsi növbəti erməni saxtakarlığıdır”

Əməkdar mədəniyyət işçisi Sərdar Məmmədli “Bakı-Xəbər”ə bildirdi ki, bu gün Azərbaycan milli musiqi aləti olan balabana bədnam qonşularımız olan ermənilərin iddialı olması sayəsində bu milli musiqi alətimiz dünyada “erməni musiqi aləti” kimi təbliğ olunur. O bunun növbəti erməni saxtakarlığı olduğunu bildirməklə dedi ki, ermənilər balabana “duduk” adı verərək dünyanın bir sıra ölkələrində “erməni musiqi aləti” kimi təqdim etməsinin qarşısı bütün vasitələrlə alınmalıdır.

Onun sözlərinə görə, tamamilə erməni ruhuna, düşüncəsinə yad olan balabanın Azərbaycan xalqına aid milli musiqi aləti kimi dünyada təbliğ edilməsi aktual məsələyə çevrilib. S.Məmmədlinin fikrincə, balaban Azərbaycan milli musiqi aləti kimi UNESCO-ya daxil edilməlidir ki, bu məsələyə birdəfəlik son qoyulsun. “Balaban Azərbaycan milli musiqi aləti olaraq UNESCO-ya daxil edilərsə, biz onun beynəlxalq səviyyədə qorunma altına alınmasına nail olarıq. Bu həm də erməni iddiasının kökünə birdəfəlik balta vurmuş olar. Balaban Azərbaycan xalqının min illər əvvəl yaratdığı musiqi alətidir və bütün bəşəriyyət bu musiqi alətinin bizə məxsus olduğunu bilməlidir. Təəssüflər olsun ki, ermənilər uzun illərdir bizim musiqi alətimizi öz adları ilə təqdim edirlər. Balabanın uzaq Yaponiyada “erməni aləti” kimi təqdim edilməsi növbəti erməni saxtakarlığıdır. Biz bu hala qarşı mübarizə tədbirlərimizi gücləndirməliyik. Ermənilərin yaponiyalı gəncləri balaban ifaçılığına cəlb etməsi, bu alətdə ifa etmələri üçün onlara master klass keçmələri gülüncdür. Çünki ermənilər balabanın nə olduğunu bilmirlər. Öz mədəniyyətləri olmadığı üçün, başqa xalqların mədəniyyətini mənimsəyirlər və onları öz adlarına təqdim edirlər. Balabana, “Şur” muğamına qarşı irəli sürülən erməni iddiasının heç bir əsası yoxdur. Bütün dünya bilir ki, muğam Şərq xalqlarına, o cümlədən də Azərbaycan xalqına məxsusdur. “Şur” muğamı da bizim doğmamızdır. Azərbaycanda, azərbaycanlıların sıx yaşadığı digər respublikalarda çox yüksək səviyyədə yaşadılıb, təbliğ edilib. Dövlətimiz balaban sənətinin inkişafına böyük dəstək verir. Balaban ustaları hər zaman dövlətin, Mədəniyyət Nazirliyinin diqqətindədir. Aşıq sənəti, muğam sənəti, tar və kamança kimi balaban da UNESCO-ya daxil edilməlidir ki, ermənilər bir daha bu alətin adını çəkməsinlər. Yenə də deyirəm, nə balabanın, nə “Şur” və digər muğamların erməni ilə heç bir əlaqəsi yoxdur. Sadəcə, özünün heç bir mədəniyyəti, musiqi aləti olmayan bədnam qonşularımız balabanı mənimsəmək, öz adlarına çıxmaq istəyirlər. Hər yerdə balabanı öz adlarına təqdim etməyə cəhd göstərirlər. Bunun qarşısı beynəlxalq səviyyədə alınmalıdır ki, onlar bir daha balabanın adını çəkməsinlər. Bizim elə bir musiqi alətimiz yoxdur ki, ermənilər onu mənimsəmək istəməsinlər” - deyə sənətkar qeyd etdi.

  • Şirzad Fətəliyev: “Azərbaycan tərəfi Yaponiyaya hər hansı bir formada çatdırmalıdır ki, “Şur” da bizimdir, balaban da, bunların ermənilərlə heç bir əlaqəsi yoxdur”

Əməkdar artist, tanınmış balaban ustası Şirzad Fətəliyev “Bakı-Xəbər”ə bildirdi ki, balaban ustası kimi illərdir erməni yalanına qarşı mübarizə aparır. Balaban sənətini dünyanın bir sıra ölkələrində təbliğ etdiyini deyən Ş.Fətəliyev qeyd etdi ki, xaricilər balabana çox böyük maraq göstərirlər: “İllərdir erməni yalanına qarşı mübarizə aparıram. Balaban milli musiqi alətimiz kimi hər zaman təbliğ edilməsinə baxmayaraq, ermənilər bu musiqi alətinə qarşı iddialarını davam etdirirlər. Aşıq sənəti UNESCO-ya daxil edilib. Balaban sənəti də tarixən aşıq sənəti ilə paralel inkişaf edib. Bu baxımdan balaban sənəti də UNESCO-ya daxil edilməlidir. Balabanın Azərbaycan milli musiqi aləti kimi UNESCO-da təsdiq ediləcəyi günü səbrsizliklə gözləyirəm. Mən özüm dəfələrlə Avropanın müxtəlif ölkələrində balabanı səsləndirmişəm, təbliğ etmişəm. Fransada, UNESCO-nun özündə Qazax-Tovuz və Şirvan aşıqları ilə çıxış etmişik. Bütün dünyada təsdiq edilməlidir ki, balaban Azərbaycan xalqının yaşı çox qədim olan milli musiqi alətidir. Bu gün ermənilərin balabanı Yaponiyada “erməni musiqi aləti” kimi təqdim etməsi gülüncdür. Ermənilər çalışırlar ki, hər yerdə balabanı “erməni musiqi aləti” kimi tanıtsınlar. Biz buna qarşı mübarizədə fəal olmalıyıq. Mən bir balaban ifaçısıyam və öz sənətimi yaxşı bilirəm. Balaban haqqında tarixi mənbələrdə olan məlumatlardan xəbərdaram. Bütün mənbələrdə balabanın Azərbaycanın milli musiqi aləti olduğu qeyd edilir. Azərbaycan tərəfi Yaponiyaya hər hansı bir formada çatdırmalıdır ki, “Şur” da bizimdir, balaban da, bunların ermənilərlə heç bir əlaqəsi yoxdur. Ermənilər harada fürsət düşdü, orada bizim musiqimizi öz adlarına təqdim edirlər” - deyə Ş.Fətəliyev vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ