Cümə axşamı günü, 08 oktyabr 2026
     

Nazir Əbülfəs Qarayevin sahibkarlara bir çağırışının əsasları...

Image


Azərbaycanda tarixi abidələrə ictimai münasibət elə də ürəkaçan deyil. Vaxtaşırı olaraq vətəndaşlar tərəfindən yeraltı və yerüstü arxeoloji abidələrin dağıdılmasının şahidi oluruq. Bu xüsusən də özünü daha çox yeni binalar, restoran və kafelər, otellər inşa edilərkən, su-kanalizasiya xətləri çəkilərkən daha çox büruzə verir.

Tarixi abidələrə biganə münasibət Mədəniyyət Nazirliyini də hərəkətə keçməyə vadar edib. Belə ki, mədəniyyət naziri Əbülfəs Qarayev tarixi abidələrin qorunması ilə bağlı sahibkarlara və ictimaiyyət nümayəndələrinə müraciət edib.

Qeyd edək ki, indiyə qədər yerli sahibkarlar və iş adamları tərəfindən otellər, restoranlar və digər ictimai iaşə obyektləri inşa etdirilərkən ərazidə üzə çıxan arxeoloji abidələrin bir çoxu məhv edilib. Ekspertlərin bildirdiyinə görə, paytaxtda da belə hallar baş verib. Bəzi məşhur otellərin himi qazılarkən aşkarlanan maddi mədəniyyət qalıqları buldozerlə kürünüb. Bu günə kimi həm paytaxtda, həm də bölgələrdə analoji hallar baş verib.

Maddi irs üzrə ekspertlərdən birinin bildirdiyinə görə, Oğuz-Qəbələ-Bakı su kəməri çəkilərkən Ağsu ərazisində 25 küp qəbir dağıdılıb, bundan əlavə, Goranboy rayonunda qədim tarixə malik olan bir qədim kurqan tamamilə məhv edilib. Şamaxıda, Ağstafada, Bakıda belə halların baş verdiyini deyən ekspertin sözlərinə görə, yeraltı tarixi abidə yerləşən ərazilərdə iş görən şirkətlər qazıntı zamanı üzə çıxan arxeoloji abidələr haqqında aidiyyəti dövlət qurumlarına məlumat vermək əvəzinə, tamamilə sözügedən abidələri dağıdıb yox edirlər. Bir müddət əvvələ qədər İçərişəhərdə baş verən dağıntı işlərinin də sahibkarlar tərəfindən həyata keçirildiyini deyən ekspert bildirdi ki, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın məsələyə müdaxiləsindən sonra burada iş görən sahibkarlar əməllərini dayandırıblar. Şamaxıda isə sahibkar səhlənkarlığı üzündən qədim bir saray qalığının yox edildiyini deyən ekspert hesab edir ki, kimliyindən asılı olmayaraq, hər kəs maddi-tarixi dəyərlərimizə sahib çıxmalıdır. Bundan başqa, rayonlarda su-kanalizasiya xətlərinin çəkildiyi zaman yerli abidələrə ciddi zərər dəydiyini deyən ekspertin sözlərinə görə, bunun da baş verməsinə səbəb həmin abidələrin yerləşdiyi ərazilərin aidiyyəti qurumların nəzarətində olmamasıdır. Yerlərdəki qurumların həmin ərazidəki yeraltı və yerüstü abidələrin çoxundan xəbərsiz olması da analoji vəziyyətin baş verməsinə şərait yaradır. Azərbaycanda bir çox sahibkarın vətəndaşlıq hissinin zəif olduğunu deyən ekspertin qeyd etdiyinə görə, onlar ərazidə iş görərkən qarşılarına çıxan abidələrin mühafizəsinə deyil, dağıdılmasına can atırlar.

Ekspert qeyd etdi ki, başqa ölkələrin sahibkarları ilə müqayisədə bizim sahibkarlar tarixi-maddi  dəyərlərə qarşı çox laqeyddirlər.

  • Qafar Cəbiyev: “Sahibkarlar, eləcə də digər vətəndaşlar iş görərkən tarixi abidələrlə qarşılaşırlarsa, onları dağıtmaqdansa, bu barədə aidiyyəti qurumlara məlumat versinlər”

Tarix elmləri doktoru, tanınmış arxeoloq-alim Qafar Cəbiyev “Bakı-Xəbər”ə bu kimi halların geniş yayıldığını təəssüflə bildirdi. “Mədəniyyət nazirinin bu xatırlatması, xəbərdarlığı çox yerində edilən bir xəbərdarlıqdır. Həqiqətən də bu sahədə çox ciddi problemlər var. Təsərrüfat işləri görülərkən, tikinti işləri aparılarkən, yol çəkilərkən vaxtaşırı olaraq müxtəlif ərazilərdə tarixi dəyərlər üzə çıxır və təəssüflər olsun ki, bir çox hallarda bu barədə müvafiq qurumlara məlumat verilmir. Beləliklə də tarixi dəyərlər, tariximiz üçün son dərəcə əhəmiyyətli olan yadigarlar əldən-ələ düşür, sındırılır, dağıdılır. Biz isə bunları ürək ağrısı ilə qeyd etməyə borcluyuq. Bu cəhətdən də nazir Əbülfəs müəllimə bir arxeoloq kimi təşəkkür edirəm ki, bu məsələni diqqətdə saxlayır, geniş mənada ictimaiyyətin səylərini, diqqətini bu vacib faktora yönəldir”.

Q.Cəbiyev vurğuladı ki, sahibkarlarda vətənpərvərlik hissləri olmalıdır. O, həmçinin, qeyd etdi ki, Azərbaycan sahibkarları ilə müqayisədə başqa ölkələrdə sahibkarlar belə məsələlərə çox həssaslıqla yanaşırlar. “Bakı-Tiflis-Ceyhan neft kəməri çəkilərkən bilirsiniz gürcülər nə oyunlar çıxardılar? Kəmərin keçdiyi müəyyən ərazilərlə bağlı deyirdilər ki, burada tarixi abidələr var və onları öyrənmək lazımdır. Yəni dünyanın hər yerində tarixi mədəni irsə, arxeoloji abidələrə son dərəcə həssas münasibət var. Bu, qanunla müəyyən edilmiş bir məsələdir. Vətəndaş mövqeyi başqa bir məsələdir, milli-mənəvi dəyərlərə hörmət fərqli bir işdir. Ancaq burada söhbət qanunlara hörmətdən gedir. Burada hər şey qanunla müəyyən edilib. O abidələri dağıtmaq olmaz. Sahibkarlar, eləcə də digər vətəndaşlar iş görərkən tarixi abidələrlə qarşılaşırlarsa, onları dağıtmaqdansa, bu barədə aidiyyəti qurumlara məlumat versinlər. Tarixi arxeoloji abidələrin bizə bəlli olduğundan yüz dəfələrlə çox hissəsi isə torpağın altındadır. Bu da heç kəsə məlum deyil. Bu abidələr əksər hallarda təsadüf nəticəsində ortaya çıxır. Onların üzə çıxmasına ya antropogen, ya da təbii təsirlər səbəb olur. Təbii təsir odur ki, yağış yağır, sel gəlir, zəlzələ olur və yarğanlar əmələ gəlir, burada da qədim tarixi yadigarlar üzə çıxır. Antropogen təsir isə insanın təbiətə müdaxiləsi nəticəsində baş verir və bu abidələr üzə çıxır. Üzə çıxan abidələr məhv edilməməli, onlar dərhal fiksasiya olunmalı və müvafiq yerlərə çatdırılmalıdır. Bunun kökündə nə durur? Bizdə artıq yeri bəlli olan, bu barədə elmi fikirlərin formalaşdığı abidələrimizdə də dağıntılara yol verilir. Ağstafadakı son hadisə də, Goranboy ərazisində dağıdılan qədim kurqan da dediyimizə sübutdur. Goranboyda nəhəng bir kurqan dağıdıldı. Bu bizim üçün çox ciddi bir itki idi. Yəni bunların kökündə duran əsas məsələlərdən biri odur ki, hətta yerli təşkilatlar belə öz ərazilərində olan abidələrin siyahısını, yerini, mühafizə zonasını dəqiq bilmirlər, onların tarixi barədə məlumatsızdırlar. Yəni bu istiqamətdə Akademiya da, Mədəniyyət Nazirliyi də, yerli qurumlar da əlaqəli şəkildə işləməlidirlər. Hər bir qurum öz üzərinə düşən işləri görməlidir. Bu bizim tariximizdir. İtirə-itirə hara gedirik?”

Q.Cəbiyev Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi zamanı abidələrin dağıdılması məsələsinə də münasibət bildirdi. “Dövlətin öz işi var, dövlət qanunları qəbul edir və o qanunlara əməl etmək vətəndaşların borcudur. Arxeoloji abidələrlə bağlı qanun qəbul edilib, müvafiq sənədlər var, əlaqədar qurumlar mövcuddur. Hər kəs gərək öz mövqeyində bu məsələlərə həssas yanaşsın. Mən deyə bilmərəm ki, Oğuz-Qəbələ-Bakı su kəməri çəkilərkən 25 küp qəbir dağıdılıb, bəlkə dağıdılan abidələrin sayı daha çox olub. Bunu heç kəs deyə bilməz. Əfsuslar olsun ki, tikinti, təsərrüfat işləri zamanı abidələr vaxtaşırı olaraq dağıntıya məruz qalır” - deyə Q.Cəbiyev vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ