Cümə axşamı günü, 08 oktyabr 2026
     

UNESCO-nun 43-cü sessiyası xalq sənəti növlərimizin də Dünya İrs Siyahısına salınma yollarını açdı...

Image


Xalq sənəti növləri xalqların mədəniyyətinin əsas xəttini təşkil edir. Zəngin mədəniyyətə malik olan Azərbaycanda xalq sənəti tarixən inkişaf edib və müxtəlif sənət növləri sənətkarlar tərəfindən yaşadılıb.

Bu gün Azərbaycanda dövlət səviyyəsində xalq sənətinin inkişafı və sənətkarların bu sənəti yaşatması üçün hər cür şərait yaradılır. Dünyada öz yeri olan Azərbaycanda tarixən mövcud olan xalq sənətinin bütün növlərinin yaşadılması, təbliğ edilməsi, gənclərə öyrədilməsi ənənəsi davam etdirilir. Bu günə kimi xalq sənətinin təbliği istiqamətində müxtəlif satış-sərgilər keçirilib. Bu da xalq sənətinin təbliğinə xidmət etməklə yanaşı, həm də bu sahə ilə məşğul olanlara stimulverici təsir göstərib.

İyulun 3-də Azərbaycanda ilk dəfə Respublika Sənətkarlıq Festivalı başlayıb. İyulun 7-də başa çatacaq festival UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil olunub.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan festivalda respublikamızın paytaxt və regionlarından olan sənətkarların iştirakının təmin olunması məqsədilə sənətkarlığın müxtəlif istiqamətləri ilə peşəkar səviyyədə məşğul olan ustalar dəvət edilib. Tədbir beynəlxalq təcrübə nəzərə alınaraq, insanların daha rahat gəlmələri üçün açıq səma altında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qarşısındakı meydanda, Nizami küçəsində təşkil edilir. Tədbir festival-yarmarka və karnaval formasında keçirilir.

Festivalın keçirilməsi üçün 40 müxtəlif formalı örtüklü, müasir tərtibatlı və hər birində 2-3 sənətkarın öz işlərini sərgiləyəcəyi stendlər quraşdırılıb. Tədbirdə Bakı və Sumqayıt şəhəri, habelə Abşeron yarımadasının digər yerlərində fəaliyyət göstərən təxminən 60 sənətkar, bölgələrdən 40-a yaxın sənətkar dəvət edilib.

Tədbirin keçirildiyi ərazidə informasiya-məlumat mərkəzləri yaradılıb. Festival ərəfəsində əl işlərinin marketinqi sahəsində müasir, innovativ üsulların istifadəsi, həmçinin, milli dəyərlərin yaşadılması istiqamətində mütəxəssislərin və sənətkarların iştirakı ilə konfrans keçirilib (Milli Kitabxanada). Festivalda gənc nəslə, ziyarətçilərə əl işləri sənətinin texnologiyasının öyrədilməsi, nümayiş etdirilməsi məqsədilə “master klub” qurulub və ustad dərsləri təşkil ediləcək. Yeni əl işləri sənəti nümunələrinin təqdim olunması və onlara dəstək göstərilməsi üçün “wall art” və “street art” üçün şərait yaradılıb.

Festivalın cəlbediciliyinin artırılması üçün “şəhərcik” plan-quruluşundan istifadə edilir. Belə ki, uyğun və ya yaxın sənətkarlıq istiqamətləri eyni stenddə yerləşdirilir və bu stendlər simvolik olaraq sənətkarlıq kəndini, qəsəbə və məhəlləsini formalaşdıracaq. Beləliklə, festivalı ziyarət edən şəxslər “xalçaçılar kəndi”, “dulusçular məhəlləsi”, “misgərlər qəsəbəsi” və s. ilə tanış olmaq imkanı əldə ediblər.

Festival barədə kitabçalar və kataloqlar nəşr olunacaq, iştirakçılar diplomlarla təltif ediləcəklər. Festivalda uğurla iştirak edən, əl işlərinin keyfiyyəti və aktuallığı ilə seçilən sənətkarların xarici ölkələrdə keçirilən beynəlxalq sərgi-yarmarkalarda, habelə digər tədbirlərdə iştirakına köməklik göstərilməsi nəzərdə tutulur.

  • Ənvər Çingizoğlu: “... erməni təxribatına verilən ən güclü cavabdır”

UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil olunan I Respublika Sənətkarlıq Festivalının əhəmiyyətini vurğulayan etnoqraf Ənvər Çingizoğlu “Bakı-Xəbər”ə bildirdi ki, bu festival Azərbaycanın sənətkarlıq irsinin təbliği baxımından çox əhəmiyyətlidir. Bu festivalın keçirilməsinin təsadüfi hal olmadığını deyən etnoqrafın sözlərinə görə, Azərbaycanın ənənəvi xalq sənəti növlərinin bu şəkildə təbliği bizə imkan verəcək ki, gələcəkdə onların müəyyən bir hissəsini UNESCO-nun müvafiq siyahılarına daxil edək. Kəlağayı, Lahıc misgərlik sənətləri kimi şedevrlərimizin UNESCO-da yer aldığını deyən Ə.Çingizoğlu qeyd etdi ki, Bakı sessiyasının gedişində I Sənətkarlıq Festivalının keçirilməsi ilə bağlı verilən qərar çox müsbətdir. Bu gün Azərbaycanda mövcud olan və özündə böyük tarixi dövrü əhatə edən xalq sənəti növlərinin dünya ictimaiyyəti üçün maraq kəsb etdiyini deyən Ə.Çingizoğlunun sözlərinə görə, Azərbaycan sənətkarlarının əl əməyi UNESCO rəsmilərinin və sessiya iştirakçılarının da diqqətini çəkəcək. “Bakı sessiyasının gedişində belə bir festivalın keçirilməsi doğrudan da böyük əhəmiyyətə malikdir. Bu, Azərbaycanın sahib olduğu qədim və zəngin, eyni zamanda, bənzərsiz mədəniyyətinin təqdim edilməsi deməkdir. Xalq sənətinin təqdimatı baxımından bu festival çox faydalı olacaq. Festivala gələnlər burada öz gözləri ilə müxtəlif xalq sənəti növlərinin necə yarandığının şahidi olacaqlar. Bilirsiniz, Azərbaycan xalqı yaradıcı xalq kimi tarixdə öz sözünü həmişə deyib, deməkdə də davam edir. Xalqımızın elə qədim yaradıcılıq nümunələri, sənət növləri var ki, onların dünyada analoqu yoxdur. Bu sənət növləri o qədər rəngarəngdir ki, orada xalqımızın bütün ruhu, əhval-ruhiyyəsi, mənəviyyatı, məişət mədəniyyəti əksini tapıb. Xalqımızın dəyərli sənət növləri neçə min il bundan əvvəl yaranaraq formalaşmağa başlayıb. Bəşər sivilizasiyasının elə bir dövrü yoxdur ki, həmin çağa aid materiallardan sənət əsərləri yaradılmasın. Daş, tunc, mis və sair dövrlərdən başlayaraq Azərbaycan ustaları müxtəlif sənətkarlıq nümunələri ərsəyə gətiriblər. Təbii ki, bundan əvvəl daş mədəniyyəti dövrünün elementləri daş alətlərin hazırlanmasında, sənətkarlıq məmulatlarının meydana gəlməsində xüsusi rol oynayıb. Sonrakı mərhələlərdə sənətkarlıq daha da inkişaf edərək özünü çoxçeşidli sahələrdə büruzə verib. Azərbaycan bəşər sivilizasiyasının ilk ünvanlarından biri kimi çox böyük bir mədəni-mənəvi irsə malikdir. Bütün dünya onun bu möhtəşəmliyinə heyran kəsilib”. Ə.Çingizoğlu qeyd etdi ki, bu festivalda xalqımızın qədim sənət növləri olan misgərlik, dulusçuluq, ağac oyma, dəmirçilik, xalçaçılıq, ipəkçilik, toxuma, hörmə, sazbəndlik, şəbəkə, sərraclıq, papaqçılıq, həsirçilik, tikmə və s. nümayişi həqiqətən də maraqlıdır. O vurğuladı ki, bu gün, Bakı da daxil olmaqla, Azərbaycanın müxtəlif şəhər və rayonlarında sənətkarlıq mərkəzlərinin yenidən diqqət mərkəzinə gətirilməsi birbaşa dövlətin əməyi sahəsində baş verib. “Şəkidə ipəkçilik, milli mətbəx, İsmayıllıda misgərlik, başqa bir rayonda dulusçuluq, Tovuzda, Gəncədə, Qazaxda sazbəndlik, digər bir bölgəmizdə dəmirçilik, papaqçılıq inkişaf etdirilir. Bundan başqa, sənət növlərimiz də bu inkişafdan kənarda qalmır. Bu gün Azərbaycanın xalq sənətkarları, eyni zamanda, Bakıda fəaliyyət göstərirlər. Hazırda şəhərimizdə sazbənd emalatxanaları, zurna-balaban və digər nəfəs alətləri ustalarının sexləri, xalça sexləri, dulusçu, misgər və s. məkanları öz işini davam etdirir. Papaqçı dükanları da Bakının bir neçə yerində papaq həvəskarlarının ziyarət yerinə çevrilib. Bu gün bu sənətkarların iştirakı ilə festival keçirilirsə, bu o deməkdir ki, Azərbaycanın xalq sənətinin gələcəyi işıqlıdır. Düşünürəm ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin  Bakı sessiyası çərçivəsində I Respublika Sənətkarlıq Festivalının keçirilməsi bizə imkan verəcək ki, xalq sənəti növlərimizi bütövlükdə təqdim edək və daha çox xalq sənəti növümüzün UNESCO-ya daxil edilməsinə nail olaq. Bilirsiniz ki, bizim xalq sənəti növlərimizə iddia edənlər, hətta onları öz adlarına çıxanlar da var. Bədnam qonşularımız bizim bir sıra xalq sənəti növlərini öz adlarına UNESCO-ya daxil etməyə çalışırlar. Balaban, saz kimi qədim musiqi alətlərimizin ermənilər tərəfindən təxribata məruz qaldığı məlumdur. Ancaq biz buna imkan verməməliyik. Bu xalq sənəti növlərinin Azərbaycan xalqına məxsus olduğunu hər zaman bu cür festivallarla sübut etməliyik. Əlbəttə, bu festivalın keçirilməsi həm də erməni təxribatına verilən ən güclü cavabdır. Erməni təxribatının qarşısının alınmasında Mədəniyyət Nazirliyinin, xüsusən də Heydər Əliyev Fondunun rəhbəri, ölkəmizin Birinci vitse-prezidenti, UNESCO-nun ölkəmizdəki xoşməramlı səfiri Mehriban Əliyevanın çox mühüm xidmətləri var. Biz UNESCO-da ermənilərin bütün saxtakarlıqlarını ifşa edə bilirik” - deyə etnoqraf bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ