çərşənbə axşamı günü, 22 sentyabr 2026
     

Ata-oğul Qarabağ şəhidləri Orucovlar - Digər oğul isə polkovnik rütbəsində vuruşdu...

Image


Ziba Orucova: "Balalarım vətən yolunda əli silahlı şəhid oldular..."

Bir ana tanıyıram, ağ birçəkli, gözü yaşlı bir ana. Gözü yollardan yığışmayan, ürəyinin yanğısı sönməyən, atəşdən don geyən Ziba ananı deyirəm. Laçın rayonunun Fərraş kəndindəndir Ziba Orucova. Birinci Qarabağ müharibəsində həyat yoldaşı Orucov Miryusif Kərim oğlunu və oğlu kiçik leytenat Orucov Rafiq Miryusif oğlunu itirib. Torpaqlarımızın azadlığı uğrunda başlanan Vətən müharibəsində isə digər oğlu polkovnik rütbəli Tofiq Orucov iştirak edib, təəssüf ki, o da müharibədən sonra həyatını itirib. T.Orucov Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsidndə iştirak edib. 1975-ci il təvəllüdlü zabit bir müddət əvvəl ordu korpuslarından birinin mühəndis xidmətinin rəisi vəzifəsindən azad edilərək ehtiyata buraxılıb. O, Vətən müharibəsindən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

Ziba ananın yaraları çox dərindir, heç qaysaq tutmur. Həyat yoldaşı Miryusif Orucov və oğlu Rafiq Orucov Birinci Qarabağ müharibəsində şəhid olandan sonra ana ümidini Tofiqə bağlamışdı, Tofiq də ki, müharibələrdən salamat qurtarsa da, əcəli onu mülki həyatda yaxaladı.

Ziba ana deyir ki, qızım, vətənpərvərlik insana qandan, candan, gendən gəlir. Həyat yoldaşının atası Kərim Orucov da İkinci Dünya Müharibəsində iştirak edib, amma geri qayıtmayıb. Kərim Orucovun yeganə övladı Miryusif də atasının mirasına sahib çıxıb.

Miryusif Orucov 1989-cu ilin avqustunda ermənilərin Xocalı rayonunun Meşəli kəndinə basqın edəndə, Miryusif bir qrup kənd sakinləri ilə erməni daşnaklarına qarşı döyüşdə yaralanaraq əsir götürülüb və şəhid olub. Birinci Qarabağ müharibəsi şəhidi olan oğlu Rafiq Ali Məktəbdə oxuyaraq Leytenant rütbəsi alıb. 1994 -cü il Horadiz əməliyyatı vaxtı könüllü olaraq döyüşə gedir. 1994-cü il fevralın 11-də Cəbrayıl uğrunda da gedən döyüşdə şəhid olur. Məzarı Ağcabədi rayon şəhidlər xiyabanındadır.

"Mən şəhid həyat yoldaşı, şəhid anası, polkovnik və qazi anasıyam. 1988-ci ildən çox əvvəl Xocalıda yaşayırdıq. Yəni Xocalı rayonun yaxınlığında Arıçılıq sovxozu vardı, orada yaşayırdıq. Elə oldu ki, vəziyyət ağırlaşdı. Biz yaşayan yerin də hər tərəfində ermənilər vardı. Ermənilər Miryusifi tanıyırdı, araları yaxşı deyildi. Xocalı rayonunun Meşəli kəndinə köçdük. Orada da postlar vardı və kişilər o postlarda qarovul çəkirdilər. O vaxt saqqallılar vardı və tezdə bir gəlib "kənddən çıxın, qaçın, sizi öldürəcəyik" deyib bizi hədələyirdilər. Bir gün Miryisifgil postda olanda həmin saqqallılar yenə gəlirlər və atışma baş verir. Erməniyə birinci güllə atan Miryusif olub. Orada bir erməni öldürür, birini də yaralayırlar, maşınlarını yandırırlar. Çox ağır atışma olur. Ermənilərdə hava telefonu varmış, götürüb Badara kəndinə zəng edirlər ki, Miryusifin dəstəsi bizi öldürdür, ölənimiz, yaralananlarımız var, gəlin. Badaradan saqqallılar və 8 nəfər də polis işsiçi gəlir və Mirusiflə əlbəyaxa olurlar. Bir erməni meşəlikdən çıxıb arxadan həyat yoldaşımı vurur. Yanında olan yoldaşı dedi ki, Miryusifi vurdular, amma yıxılmadı. Sonra yoldaşımı götürüb Əsgərana aparırlar. Orada da ermənilər deyirlər ki, gəlin ona od vurub yandıraq. Araları yox idi Miryusiflə. Amma Əsgəranın rəisi Ağacanyan deyir ki, yox, elə olar ki, barışarıq Laçın camaatının üzünə çıxa bilmərik. O, qoymayıb yandırmağa. Oradan Xankəndiyə xəstəxanaya aparıblar ki, vəhşicəsinə öldürsünlər. Onu ermənilərdən bizim camaat çox zülmlə aldılar. Onun nəşini xəstəxanadan əli avtomatlı polislərin, tanınmış şəxslərin iştirakı ilə çıxardılar. Ermənilər yuxarıdan camaatın üstünə banka, stəkan, su atırdılar ki, biz sizin Koroğlunuzu öldürmüşük, siz yanırsınız, artıq Qarabağ bizimdir. Ermənilər hücum edir və polislər camaatın qabağını güclə kəsirlər. Az qalırmış ki, gəlib meyiti ayaqlayalar. Yəni elə vəhşilik ediblər. Çox çətinliklə meyiti aldılar. Onun meyitini bizim öz kəndimizə apardılar. Orada da atam bir qurban kəsdi ki, şükür, bu camaat salamat gəldi. Bir meyiti götürmək üçün nə qədər adam canını ortaya qoymuşdu.

Onu da deyim ki, həyat yoldaşım Orucov Miryusif 1940-cı ildə Laçın rayonunun Fərraş kəndində anadan olub. 1989-cu ildə Qarabağ müharibəsi şəhidi idi. Xocalı rayonunun Meşəli kəndində şəhid olub.

1992-ci ildə öz el-obamızdan qaçqın düşdük. Mən Bakıya gəldim. Biz də daxil olmaqla Laçından olan 60 ailəni Nabrana göndərdilər. Böyük oğlum Orucov Kərim Miryusif oğlu Tümen Ali Hərbi Məktəbini qurtarıb Rusiyada işləyirdi. O, məndən xəbərsiz Rusiyada işini atıb Azərbaycana gəlib və könüllü cəbhəyə gedib. Laçın-Qubadlı yolunu təmizləyəndə minaya düşüb ağır yaralanır. Görürlər ki, nəfəsi gəlir vertalyotla xəstəxanaya aparırlar. Çox uzun illər xəstə yatdı, 10 dəfə əməliyyat keçirib. Mina beyninin bir hissəsini aparmışdı.

Bu gün də günü zülmlə keçir. İkinci oğlum Orucov Rafiq Miryusifoğludur. O da hərbçi idi. Üçtəpədəki N saylı hərbi hissədə xidmət edirdi. O vaxt gənclər müharibəyə könüllü yazılırdı. Səfərbərlik də elan olunmuşdu. Mən ona dedim ki, Rafiq, sən də birdən cəbhəyə gedərsən, getmə bala, sənin atan o yolda gedib, iki qardaşın o yoldadır. Rafiqin mənə cavabı bu oldu: "Mən gedəcəyəm. Ana, məni yolumdan saxlama, onsuz da dediyimdən dönməyəcəyəm, müharibəyə gedəcəyəm". Yenə də israr etdim yalvardım, dedim ki, anan qurban, getmə. O mənə dedi ki, ana, ata qanı torpaq qeyrəti, biz atamızın qanını almalıyıq, torpağımızın qeyrətini çəkməliyik, vətəni düşməni xilas etməliyik. Axırıncı sözü mənə bu oldu Rafiqin. Rafiq də cəbhəyə könüllü getdi. 1994-cü ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Mehdi kəndlərində gedən ağır döyüşlərin birində şəhid oldu Rafiq. Oğlum Rafiqə mərhum Prezidentimiz Heydər Əliyev "İgidliyə görə" medal verdi. Üçüncü oğlum polkovnik Orucov Tofiq çox tanınmış polkovnikdir. Onu bütün respublika tanıyır, hamı tanıyır. O 30 il xidmət edib, soyuq səngərlərdə döyüşüb. Çox tanınmış, vətənpərvər polkovnik idi. O Tovuz döyüşlərində, 44 günlük döyüşlərində, Aprel döyüşlərində iştirak etmişdi. Kəlbəcərə birinci daxil olan Tofiqin dəstəsidir. Ona bizim hörmətli prezidentimiz 14 orden-medaı verib. O qədər tanınmış adam idi ki... O qədər, nə bilim, qoçaqlıqlar edib, orada o qədər işlər görüb ki...Bunu el bilir. Müharibə qurtarandan sonra ürəyi partladı. 2023-cü ildə ürək tutmasından Laçında rəhmətə getdi. Demək olar ki, bir ailə dağılıb, bir ailə Vətən yolunda əli silahlı şəhid olub. Vaxt vardı mənim evimdən beş igid çıxırdı, indi o beş igiddən təkcə biri qalıb. O da ürək xəstəsidir. Bir ev dağılıb, bir ailə məhv olub.

Çox ağır dərdlərim var. Balalarım vətən yolunda əli silahlı şəhid oldular..."

Vətən torpağına həyat yoldaşını və balalarını fəda edib Ziba ana. Yarası elə simləyib ki, heç bir təbib, loğman ona dərman ola bilməz. Vaxtilə evindən beş igid çıxırmış Ziba ananın, toylu-büsatlı, bəxtəvər günləri imiş. Ana oğullarının boyuna baxıb fəxr edərdi, indi məzarlarına sarılıb göz yaşı tökür...

Bu dərdin dərmanı yox,
Ağlama, anam ağlama.

Mənzil uzaq, yollar çətin,

Ora gedənlər qayıtmaz

Ümidi yola bağlama

Ağlama, anam ağlama...

Ziba ana danışdıqca göz yaşları yanaqları boyu axıb gedir. Deyir qızım, o qədər ağlayıram ki, göz yaşımı yığsalar bir dəryanı doldurar.

İgid Rafiqin, igid Tofiqin, igid Kərimin anasıdır Ziba ana. Hamımızın anasıdır o... Qapısını döyək, halını soruşaq, dərdinə dərman olmağa çalışaq. O ananın bizə, bizim də ona ehtiyacımız var.

Vətən üçün qəhrəmanlar yetişdirən ananın özü ən böyük qəhrəmandır, Ziba anamız kimi!!!

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

21.09.2026 / 23:08
ABŞ-dan bütün dünyaya İran təhdidi - dollar sistemindən çıxarılacaqsınız…

21.09.2026 / 22:45
Tramp ABŞ ordusuna husilərə hücum əmr verdi, qısa müddət sonra qərarını ləğv etdi...

21.09.2026 / 22:19
Avroittifaq Rusiyaya qarşı sanksiyaları uzadır - milyarderlər siyahıdan çıxarılır…

21.09.2026 / 21:56
Tramp Rusiyanın neft sənayesi üzərində nəzarəti itirdiyini dedi – zavodların çoxu vuulub…

21.09.2026 / 21:40
Paşinyan Rusiyanı Ermənistanda ancaq metro tikintisinə buraxır...

21.09.2026 / 21:22
"Karusel səsverməsi" Putinin də, Dumanın da dadına yetişdi...

21.09.2026 / 21:07
Azərbaycan 2023 - Antiterroru keçirməsəydi... Olacaq hansı dəhşətlərdən yan keçdik...

21.09.2026 / 20:42
Paşinyan Putinə - “qonşu ilə münaqişədə olan Ermənistanla sülh içindəki Ermənistanın fərqini bilin”...

21.09.2026 / 20:20
Ötən il 1,2 faiz böyüdük - bu il 3,5 faiz arta bilərik?... Müzakirə...

21.09.2026 / 20:03
Azərbaycan güclü alternativ tapacaq - Cənub Qaz Dəhlizinə görə Avropaya mesaj...

21.09.2026 / 19:44
Özbəkistan Naxçıvan vasitəsilə Türkiyə limanlarına çıxışı nəzərdən keçirir

21.09.2026 / 19:27
Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTO/VİDEO

21.09.2026 / 19:10
Hörmüz boğazında daha bir tanker vuruldu – yaralılar var…

21.09.2026 / 18:29
İrana hücum Trampın neçənci “qələbəsi” sayıldı...

21.09.2026 / 18:15
Husilər Pakistanın, Səudiyyə və Türkiyənin hərbi "Məkkə ittifaqını" dağıda bilər...

21.09.2026 / 18:10
Nazirlər Kabineti dövlət məktəblərində geyim formaları qaydalarına dəyişikliyi təsdiqlədi

21.09.2026 / 18:00
Çin Orta Asiya üzərindən İrana dəmiryolu açdı - Pekin ABŞ-a şok yaşatdı...

21.09.2026 / 17:53
Rusiya ilə Ermənistanın əmlak savaşı hər ikisini siyasi uçuruma aparır...

21.09.2026 / 17:36
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

21.09.2026 / 17:30
Qarabağdakı əməliyyatlarla bağlı dünyanın susduğu daha bir məqam...

21.09.2026 / 17:20
Qafqaz Albaniyasının yazılı irsi: Alban əlifbasının genezisi, məhv edilməsi və tarixi saxtalaşdırma cəhdləri

21.09.2026 / 17:05
Albanlar erməni idilərsə, niyə özlərinə fərqli əlifba yaratdılar...

21.09.2026 / 16:58
Türk Dövlətləri Təşkilatının qlobal rolu artır

21.09.2026 / 16:40
ABŞ Ermənistan ordusunu Rusiya və İrana qarşı hazırlayır - ən sonda Azərbaycan...

21.09.2026 / 16:37
Ermənistanı Avropa İttifaqı ilə bir neçə konkret mərhələli çətinlik gözləyir...

21.09.2026 / 16:31
Azərbaycan U-15 dünya çempionatı ilə bağlı viza qaydalarını asanlaşdırır

21.09.2026 / 16:18
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

21.09.2026 / 16:14
ABŞ-Çin "süni intellekt müharibəsinə" start verildi...

21.09.2026 / 16:08
Həsən Həsənov: “Albaniya ərazisində üç fərqli dinin mövcud olub”

21.09.2026 / 15:58
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

21.09.2026 / 15:51
Həsən Həsənov: “Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır, Qazaxıstanda da alban adlı tayfalar var”

21.09.2026 / 15:40
Tramp növbəti dəfə Zelenskiyə çağırış etdi – Rusiyanın neft zavodlarına hücumu dayandırın…

21.09.2026 / 15:33
Tarixçi alim dərsliklərdəki nöqsanlarla bağlı nazirliyə müraciət edib

21.09.2026 / 15:26
Ukraynadan Rusiyaya daha bir ağır zərbə - 60 milyon dollarlıq radar stansiyası vuruldu…

21.09.2026 / 15:17
Həsən Həsənov: “Albaniya Atropatenanın törəməsidir”

21.09.2026 / 15:10
Venesuelanın 4 milyardlıq qızıl ehtiyatı da ABŞ-ın əlinə keçdi - 31 ton qızıl Nyu-Yorka aparıldı…

21.09.2026 / 15:05
Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

21.09.2026 / 14:53
“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminar təşkil olunub

21.09.2026 / 14:29
Polis Lerikdə əməliyyat keçirdi - bir nəfər 15 kq narkotiklə yaxalandı...

21.09.2026 / 14:17
Tramp Rusiya ilə geniş iqtisadi-ticarət əlaqələrinə başlayır - Ukraynaya zərbə...

21.09.2026 / 14:01
Putin Abxaziya və Cənubi Osetiyanı birləşdirməkdən hələlik vaz keçir - səbəb...

21.09.2026 / 13:46
Hörmüz boğazı iki il ərzində əhəmiyyətini itirəcək? – Qətərdən ABŞ-ın iddiasına reaksiya…

21.09.2026 / 13:31
Ukrayna Ufada neft emalı zavodunu vurdu...

21.09.2026 / 13:19
Formula 1 Azərbaycanla bağlı paylaşım etdi - Biz yenə Bakıdayıq!

21.09.2026 / 13:12
Avropa Ukraynanı qışa hazırlayır – Kiyevə gizli şəkildə silah daşınır…

21.09.2026 / 13:04
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

21.09.2026 / 12:53
Alban-Udi icmasının nümayəndələri Gəncəsər məbədini ziyarət ediblər

21.09.2026 / 12:30
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirildi

21.09.2026 / 12:16
Tovuzda 7 evi soyan oğru yaxalandı...

21.09.2026 / 12:08
Səyyad Aran deputatların səlahiyyətinin artırılmasını təklif etdi

21.09.2026 / 11:55
Kremlin müharibədən sonrakı ilk sınağı – seçicilər seçki qutusunda Putinə bu mesajı verdi…

21.09.2026 / 11:36
"Ermənistanda ən böyük revanşist elə kilsədir" - Fərhad Məmmədov

21.09.2026 / 11:21
Qazaxıstan Xəzərdə Rusiya ilə neft kəşfiyyat layihəsini sanksiyalara görə dayandırdı...

21.09.2026 / 10:57
İran Hörmüz boğazı üzərində ABŞ PUA-sını vurdu...

21.09.2026 / 10:43
"Qafqaz Albaniyasının tarixinin müəyyən dairələr tərəfindən dəyişdirilərək erməniləşdirilməsinə cəhdlər edilir" - Fərid Şəfiyev

21.09.2026 / 10:34
Zakir Həsənov hərbi polisin döyüş hazırlığı prosesini izlədi - FOTO/VİDEO

21.09.2026 / 10:26
Avropa kəşfiyyatlarından xəbərdarlıq... Rusiya yaxın aylarda NATO-ya hücum edə bilər...

21.09.2026 / 10:10
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

21.09.2026 / 09:58
Ramiz Mehdiyev məhkəmə qarşısına çıxarılır...

21.09.2026 / 09:34
Tehranda Fransa səfirliyi ilə əlaqəli dil mərkəzinin gizli fəaliyyəti ifşa edildi - bağlandı...

21.09.2026 / 09:08
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu həftə açıqlayacaq...

21.09.2026 / 08:06
Təbiətə münasibət özümüzdən başlayır

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ