Anar müsahibəsində, necə deyərlər, çulunu sudan çıxarmaq üçün qayıdır ki, bəs, biz pianoçu Fərhad Bədəlbəylini də Birliyə üzv etmişik, onun da gözəl şeirləri var və.s...
Bəlkə bu adam həqiqətən də Yazıçılar Birliyini Bəstəkarlar İttifaqı ilə "birləşdirmək" istəyir? Yoxsa bütün ədəbi dəyərləri bu şəkildə məhv etməkdə Anarın məqsədi 35 illik diktaurasının sonunda AYB-ni dağıtmaqdır?..Zatən Anar gələcək tanımır. Anara görə ədəbi həyat da, vaxt da özünə qədərdi, özündə bitir. Bəlkə də bu onun həm də ən sarsılmaz "istəyi, məqsədidir". Anar üçün gələcək zaman şəkilçisi yalnız Nargin adasında mövcuddur...
Budur o qurumun idarəçiliyindəki Anar "prinsipi", Anar "xarakteri", Anar "maraqlarının" mahiyyəti...
Onsuz da Anar Yazıçılar Birliyinin tarixində və taleyində "edam kötüyünün sahibi" kimi qalacaqdır. Bəli, Anarın "edam kötüyündə" neçə-neçə ədəbi gənclik öz talesizliyinə qovuşdu...
Görəsən, Elza Seyidcahana telefon açan Anarın əlləri bir vaxt Əlisa Nicatın sobasının soyuqluğunu hiss edə bilmişdimi? Əlbəttə ki, yox. O soyuqluğu hiss etmək üçün bu məmləkətdə öncə neçə-neçə Əlisa Nicatların, Şərif Ağayarların, Pərviz Cəbrayılların...fonunda Azərbaycan yazıçısının "tale soyuqluğunu" hiss etmək lazımdır. Buna isə Anarın "diktator prinsipləri" imkan verməz (necə ki, verməyib, vermir!).
Anar öz "prinsipləri" qarşısında gücsüzdür, məğlubdur. Çingiz Abdullayevlərin, Rəfael Hüseynovların, Azər Turanların, Nizami Cəfərovların, Əsəd Cahangirlərin...Anar haqqında "rəngli-rəngli çıxışları, yazıları" məhz Anar məğlubiyyətinə bir "təsəllidir", Anar məğlubiyyətinin "tablosudur".
Gərək Anar unutmasın, unutmasın ki, ən böyük həqiqətlər tabloların kətan üzüdür...”
Emil Rasimoğlu şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü
P.S. AYB-dən ya hörmətli Anar müəllimin, ya da başqa bir adamın bununla bağlı fikri, açıqlaması, istənilən istiqamətdə reaksiyası olarsa onu da çap edə bilərik.