çərşənbə günü, 07 oktyabr 2026
     

Cənubi Azərbaycan soydaşlarımızın zəngin aşıq sənəti çətin şəraitdə uğurla yaşadılır…

Image


Güney Azərbaycan sazımızın, sözümüzün əsas ünvanlarından biridir. Hətta bir sıra ustadların rəvayətinə görə, aşıq sənətinin ilk ocaqlarından biri Güney Azərbaycandır. Bu rəvayəti araşdırsaq, onun gerçəklik üzərində kökləndiyini görə bilərik. Tədqiqatçılar da çox gözəl bilir ki, Urmiya gölünün ətrafında aparılan arxeoloji tədqiatlar zamanı əlində saz-qopuz təsvir edilmiş heykəl aşkarlanıb. Bu da onu göstərir ki, ozanlıq, aşıqlıq sənəti ta qədim dövrlərdən bir parçamız olan güneydə mövcud olub.     

Bəlkə elə onun nəticəsidir ki, Urmiyada çox güclü və zəngin aşıq mühiti formalaşıb. Təkcə Urmiyada deyil, Güney Azərbaycanın Qaradağ, Təbriz, Ərdəbil, Xoy, Marağa, Zəncan, bir sözlə, hər diyarında saz var, aşıq var. Güney Azərbaycanda aşıq sənəti əsrlərdir ki, mövcuddur, yaşayır, indən sonra da yaşadılacağına heç bir şübhəmiz yoxdur. Çünki saz, aşıq sənəti xalqımızın qanında, iliyindədir, genində, yaddaşındadır, bunu silmək isə mümkün deyil.

Məsələ bundadır, İran rejimi uzun illər saza qarşı mübarizə aparıb, soydaşlarımızı milli kökündən qoparmaq üçün hər vasitəyə əl atıb. Pəhləvilər dövründə hətta əlinə saz götürüb çalan adamları dar ağacına da çəkdirib. Güneyli ustadlardan eşitmişik ki, hətta şah rejimi 40 ildən artıq bir müddətdə aşıq sənətinə qadağa qoyub, sazlar köynəklərində qalıb, amma yenə də milli ruh qalib gəlib və imran dilli sazımız köynəyindən çıxıb yenə də məclislər yaraşığına çevrilib. 

Güney Azərbaycan aşıq sənətindən danışarkən ustadlarımızı, adı bəlli aşıqlarımızı xatırlamlıyıq.

Tufarqanlı Abbası, Tikmədaşlı Xəstə Qasımı, Dirili Qurbanini, Miskin Abdalı, daha neçə-neçə ustadları yada salmalıyıq.  

Aşıq Qurbani, yaxud Dirili Qurbaninin 1477-ci ildə indiki Cəbrayıl rayonun Diri kəndində anadan olduğu və 1550-ci ildə də öz doğma kəndində vəfat etdiyi yazılır. Bəs XV–XVI əsrlərdə yaşamış Dədə Qurbanini Arazın o tayına, Güney Azərbaycana bağlayan nə olub?

Təbii ki, burada rəqəmlər göstərsək də, amma onun nə zaman anadan olduğu və ya vəfat etdiyi dəqiq deyil. O, Şah İsmayıl Xətainin müasiri idi və fəaliyyətinə sarayda davam edirdi. Şah İsmayıl Xətainin dövründə aşıq sənəti özünün intibah dövrünü yaşayıb və böyük inkişaf yolu keçib, bu inkişafda Dirili Qurbaninin də xüsusi yeri olub. Xətainin özünün də sazda gözəl ifa etdiyi, ana dilimizdə gözəl şeirlər yazdığı, xüsusən də aşıq şeiri üslubunda yaradıcılıq örnəkləri ortaya qoyduğu məlumdur. Saz, aşıq sənəti Səfəvi sarayının zinəti olub desək, yanılmarıq.

Tədqiatçıların yazdıqlarına görə, xalq dastanlarına görə Qurbani tanrının onun yuxusuna müdaxilə etməsindən sonra aşıq olub. O bu yuxuda böyük bir saray və bağda dayanan gözəl bir qız görür. O qızın adı Pərizat (Pəri) olur və Qurbaniyə baxır. Beləliklə, Qurbani həmin qıza aşiq olur, ancaq gördüklərinin sadəcə bir yuxudan ibarət olduğunu anlayır. Bu dastan "Qurbani və Pəri" adlı aşıq hekayəsinin əsasına çevrilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Qurbani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

“Qul”, “Şikəstə”, “Bikəs” təxəllüsləri ilə şeirlər yazan Abbas Tufarqanlının XVI əsrin sonları - XVII əsrin əvvəllərində Güney Azərbaycanda yaşayıb yaratdığı qeyd edilir. Onun adıyla bağlı olan "Abbas-Gülgəz" dastanı da Azərbaycan məhəbbət dastanları arasında xüsusi seçilir, aşıqların repertuarında xüsusi yer tutur.

Yaşa, sevdicəyim, yaşa

Yazılanlar gələr başa

Bir yandan özün bas daşa

Bir yandan el car eyləsin.

 

Abbas ağlar zarı-zarı

Getməz könlünün qübarı

İlqarından dönən yarı

Tanrı tez bazar eyləsin.

Bu, Tufarqanlı Abbasın şeir yaradıcılığından bir örnəkdir.

Onu da qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Abbas Tufarqanlı Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Tikmədaşlı Xəstə Qasımın Güney Azərbaycanda aşıq sənətinin formalaşmasında, inkişafında xüsusi yeri olub. Xəstə Qasım 1684-cü ildə Şərqi Azərbaycanın Tikmədaş kəndində doğulmuş şair, filosof, aşıqdır. XVIII əsrdə yazıb yaradan sənətkar barədə günümüzə maraqlı əhvalatlar, onun şeirləri gəlib çatıb. Yazılı mənbələrdə qeyd edilir ki, rəvayətlərə görə, Xəstə Qasım XVIII əsrdə Tehran-Təbriz yolunun kənarında Qarqalan dağının ətəyində yerləşən Tikmədaş kəndində dünyaya gəlib. Doğma kəndində molla məktəbini başa vurandan sonra dövrünün elm mərkəzlərindən olan Ərdəbildə təhsil alıb, Şeyx Səfi mədrəsəsində yaradıcılığa da elə o illərdə başlayıb. "Xəstə Qasımın Ərdəbil səfəri" dastanına görə, müəllimi ona nə qədər dərs öyrətsə də, Qasım başa düşmür, axırda müəllimi onun məktəbdən çıxaracağı ilə hədələyir. Qasımın əli hər yerdən üzülür. O gecə yuxuda Həzrəti Əlini görüb ondan badə alır, bir gecənin içində təriqətin ən yüksək qatlarına çatır.

Xəstə Qasım sonralar 14 il müddətində Qum və Nəcəf şəhərlərində dini təhsil alır. Ömrünün 20 ildən çoxunu elmləri öyrənməyə sərf edir.

Şeirlərindən bəlli olduğu kimi, Xəstə Qasım Qurani-Kərimi əzbərdən bilməklə yanaşı, müqəddəs kitabı avazla oxuyar, eyni zamanda mahir xəttat olduğuna görə öz xətti ilə Quranın və başqa qiymətli kitabların üzünü köçürərmiş.

"Xəstə Qasım", "Biçarə Qasım", "Molla Qasım" təxəllüsləri ilə şeirlər yazan aşığın "Xəstə" təxəllüsünü götürməsi ilə bağlı da müxtəlif fikirlər söylənməkdədir. Bu fikirlər arasında haqq aşığının özünü eşq xəstəsi adlandırması gümanı da var. Çünki Xəstə Qasım gənc yaşlarından təsəvvüf dairəsinə daxil olmuş, ali həqiqət axtarışına çıxmışdır.

Xəstə Qasımın yaradıcılığı çoxşaxəliliyi ilə seçilir. O, klassik şeir janrlarında — qəzəl, qəsidə, məsnəvi yazmaqla yanaşı, ilk dəfə aşıq ədəbiyyatında "döşləmə" şeir növünün əsasını qoymuş, qoşma-müstəzad, aşıq yaradıcılığında bugünədək məlum olan ilk dodaqdəyməz nümunəsini də elə o yaratmışdır.

Bunlardan əlavə, Xəstə Qasım həm də "əvvəl-axır" deyilən şeir-sənət nümunəsini ilk dəfə bir gəraylısında işlətmişdir.

 

Ay ariflər, bir tərlanım uçubdur,

Sağ əlimdən sol əlimə alınca.

Onu tutan xeyrü-bəhrin görməsin,

Mən yazığın naləsi var dalınca.

Ancaq aşıq ədəbiyyatında Xəstə Qasım daha çox öz ustadnamələri ilə məşhurdur.

Ömrünün çoxunu qürbətdə keçirdiyindən Xəstə Qasımın yaradıcılığında Vətən həsrətli şeirlərinin də xüsusi yeri var.

Xəstə Qasımın adı ilə bağlı "Xəstə Qasımın Dərbənd səfəri", "Xəstə Qasımın Urmiyə səfəri", "Xəstə Qasımın Dağıstan səfəri" dastanları günümüzə qədər gəlib çatmasa da, "Əliyar və Məsum", "Camal ilə Abdulla" (Azərbaycanda yayılmış "Cahan ilə Abdulla"), "Xəstə Qasım və Mələksima" dastanlarının onun tərəfindən yaradıldığı söylənilir.          

Bunlar ustad aşıq haqda alimlərin araşdırmalarındandır.

Güney Azərbaycanda aşıq sənəti ən çox XX əsrdə basqılara məruz qalıb, dilimizlə, mədəniyyətimizlə, ədəbiyyatımızla yanaşı sazımızın da susdurulmasına çalışılıb. Amma adı bəlli ustadların, başlıcası isə xalqımızın iradəsi qarşısında qadağalar ləğv olunub. 

Urmiyalı aşıq Dərvişi də xatırlamaq yerinə düşərdi. Uzun illər ifasını radio dalğalarında eşitdiyimiz ustad aşıq Güney Azərbaycan aşıq sənətinin dayaqlarından olub. Güney Azərbaycan aşıq mühitinin çox görkəmli simalarından biri sayılan ustad Dərviş Vahabzadənin xatirəsinə aşıq festivalları tədbirləri düzənlənir.

1930-cu ildə Urmiyədə dünyaya gələn Dərviş Vahabzadə o dönəmin ustad aşıqları Həsən xan Çoban və Fərhad Səlimidən dərs alıb.

Yazılanlara görə, Aşıq Dərvişinin Urmiyə Radiosu ilə canlı çıxışları o günlərdə radionun ən çox dinlənən proqramı olub.

Məşhur aşıq 1993-cü ilin avqustunda vəfat edib, doğma elində dəfn olunub.

Güney Azərbaycan aşıqlarından danışarkən ustad aşıq Dehqanı da yada salmalıyıq. Onun ifasında indiyə qədər saysız klassik saz havaları dinləmişik.

Güney Azərbaycanda aşıq sənətinin tarixi çox qədimdir. Güneyimizin aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Dirli Qurbani (güney-qüzey), Miskin Abdal, Dollu Məhəmməd, Balovlu Miskin, Aşıq Cavad, Aşıq Dehqan, aşıq Dərviş kimi neçə-neçə ozanları, aşıqları olub. Hələ biz Güneydən Qüzeyə gəlib uzun illər burada aşıqlıqla məşğul olan ustad aşıq Hüseyn Cavanı demirik. O Hüseyn Cavan ki, aşıq sənətinin görkəmli nümayəndələrindən biri olub, Cənub sevdalı ifalar edib.

Bu gün güneydə onlarla saz ocaqları var və ustad aşıqlar gənc nəsilə aşıq sənətinin sirrlərini öyrədir.

Güneyin ustad aşıqlarından biri olan aşıq Çingiz Biriyanın koronavirus səbəbindən vəfatı o taylı, bu taylı aşıq sənətinə həqiqətən də zərbə oldu. Amma onun sənətini davam etdirən onlarla aşıq var.

Bu gün aşıq Sədaqət Gənceyi, aşıq Çingiz Mehdipur, aşıq Məhbub Xəlili, aşıq Səlcuq Şahbazi, Cavad Məhərrəmi, Muxtar Qayabaşı, adını qeyd etmədiyimiz daha neçə-neçə sənətkarlar bu sənəti Güney Azərbaycanda yaşadırlar...Onu da vurğulayaq ki, Güney Azərbaycan aşıqları tez-tez Şimali Azərbaycana da gəlirlər, burada keçirilən tədbirlərdə, festivallarda, konsertlərdə çıxış edirlər. Bu dəvətlər də əsasən Mədəniyyət Nazirliyinin xətti ilə baş tutur.

Müasir dövrdə Güneydə aşıq sənəti özünün yüksəliş dövrünü yaşayır və milli kimlik pasportumuz olan sazımızı yaşadırlar...

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ