çərşənbə günü, 07 oktyabr 2026
     

Tarix İnstitutu Zəyziddəki tarixi abidələrimizlə bağlı həyəcan təbili çaldı...

Image


Azərbaycan tarixinin bütün dövrlərinə aid olan abidələr xüsusi qaydada mühafizə olunmalıdır, onların bərpası həyata keçirilməlidir. Çox təəssüflər olsun ki, bəzi abidələrlə bağlı bunun şahidi ola bilmirik. Gözdən-könüldən uzaq qalan abidələr əsasən bölgələrin payına düşür. Vaxtaşırı olaraq abidələrimizlə bağlı problemləri gündəmə gətiririk və onların əsaslı şəkildə bərpa edilməsinə, mühafizə olunmasına nail olmaq istəyirik.

Məlum olduğu kimi, AMEA-nın Tarix İnstitutun Atropatena - Albaniya (Qafqaz) tarixi şöbəsinin əməkdaşları ölkənin şimal-qərb regionunda elmi ezamiyyətdə olublar.

AMEA-dan mətbuata verilən xəbərə görə, mütəxəssislər Şəkinin Baş Zəyzid kəndi ərazisində yerləşən Xaçvari kilsə, Zəyzid qalası, onlara yaxın ərazisidə mövcud olan qədim qəbristanlıq ərazisi (qədim alban qəbristanlığı olduğu deyilir) ilə tanış olublar. Bildirilib ki, bu abidələrin hər üçünün vəziyyəti qənaətbəxş deyil, kilsə və qala dağılma təhlükəsi ilə üz-üzədir, qəbristanlıq ərazisi isə qorunmaq üçün sədlərə malik deyil, ətrafı zibillik əraziyə çevrilib və ərazi olaraq da ciddi tədqiqata ehtiyacı var.

Daha sonra ezamiyyətdə olan qrup Baş Küngüt məbədi, Baş Küngüt qalası və qala divarları ilə tanış olublar.

AMEA-nın aidiyyatı institutunun təmsilçiləri sözün həqiqi mənasında çox böyük yaxşılıq edərək abidələrin vəziyyəti ilə bağlı bilgi veriblər.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu göndərmişik, lakin hələ sorğumuza cavab verilməyib. Dövlət Xidmətindən cavab verilərsə, sizə təqdim edəcəyik.

  • “Burada bir abidədən, yaxud bir yerdən söhbət getmir, ümumi olaraq əksər abidələrimizdə müəyyən problem var”

Sözügedən bölgəyə ezamiyyətə gedən AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutun Atropatena - Albaniya (Qafqaz) tarixi şöbəsinin əməkdaşlarının təmsil olunduğu qrupa rəhbərlik edən tarix üzrə fəlsəfə doktoru Ellada Bəkirova  ilə əlaqə saxladıq.

E.Bəkirova “Bakı-Xəbər”ə açıqlamasında əvvəlcə bildirdi ki, bu problemi diqqətə çatdırmaqla heç də məqsədləri hansısa bir qurumun işinə kölgə salmaq, onların fəaliyyətini pisləmək olmayıb: “Hesab edirik ki, bu abidələrin mühafizəsi ilə bağlı tədbirlər artırılmalıdır. Bu məsələni vurğulamaqda da məqsədimiz o olub ki, bu abidələrin mühafizəsi ilə bağlı tədbirlər daha da gücləndirilməlidir.  Bizim heç bir qurumla işimiz yoxdur. Sadəcə istərdik ki, bu abidələrin qorunması ilə bağlı işlər artırılsın, eyni zamanda tarixi turzimə açılsın. Tarixi turizm baxımından bizim Şimal-Qərb bölgəsində çox unikal, əhəmiyyətli abidələrimiz var. Ölkəmizə Avropadan gələn turistlərin əksəriyyəti xristian mədəniyyəti ilə, ölkənin xristianlıq tarixi ilə də maraqlanır. Onlar niyə də gedib o abidələri görməsinlər. Orada xristianlıqdan əvvələ aid olan qədim alban məbədləri də var. Qoy gedib görsünlər, tanış olsunlar, bunlar xalqımızın mədəniyyətinin, tarixinin bir parçasıdır. Biz istərdik ki, bu sahəyə diqqət artırılsın”.

E.Bəkirova bildirdi ki, problem yalnız adları çəkilən abidələrlə bağlı deyil, ümumiyyətlə başqa abidələrdən də söhbət gedir. “Ümumiyyətlə, bizim bütün alban dövrü abidələrimizin elə hissəsi var ki, uzun illərdir onların bərpası, qorunması ilə bağlı ciddi işlər görülməyib. Ətrafı kol-kos basıb, içlərindən ağaclar çıxıb, bu da abidəni dağıdır. Bu yalnız bir-iki abidəyə aid deyil, abidələrimizin çoxuna aiddir. Biz ora tədqiqatçı kimi getməmişdik. Bizim alban abidələri ilə tanışlıq layihəmiz var, dövrün mütəxəssisləri olaraq ora o layihə çərçivəsində getmişdik, sadəcə o abidələrə baxırdıq. Məqsədimiz sırf orada tədqiqat aparmaq deyildi, çünki biz arxeoloq deyilik tarixçiyik. Məsələnin nəzəri tərəfləri ilə maraqlanırıq. Bu abidələr yalnız bir qurumun balansında deyil, bir neçə qurumun balansndadır. Elə abidə var Mədəniyyət Nazirliyinə, eləsi var Turizm Agentliyinə tabedir. Heç onu ayrıd etmək də olmur ki, hansı abidə hansı qurumun kurasiyasındadır. Regional elmi bölmədən də əməkdaşlar getmişdilər, çox sağ olsunlar köməklik etdilər, abidələrin bir hissəsi tanış olduq. Yəni söhbət təkcə Şəkinin Baş Zəyzid kəndindəki abidələrdən, Baş Küngüt məbədindən, Baş Küngüt qalasından getmir. Ümumiyyətlə abidələrimizin hamısında qorunmaya ehtiyac var. Yerli əhali öz hesabına bunları saxlayırlar. Bir misal çəkim. Mamruxda qədim kilsə var, onun da düz yanında transformator qoyulub və iki dənə də elektrik dirəyi mövcuddur, biz ora gedəndə bir yıxılmışdı. Mən bunu nümunə olaraq qeyd etdim. Belə şeylər çoxdur”.

“Ellada xanım, qanunla tarixi abidələrin mühafizə zolaqları olmalıdır. Görünür, burada bu yoxdur”. E.Bəkirova qeyd edir ki, mühafizə ilə o abidələrin tabe olduğu qurumlar məşğul olmalıdır. “Biz orada gördüyümüz nöqsanlarla bağlı iradlarımızı da bildirdik, sağ olsunlar çoxunu yerindəcə aradan qaldırdılar. Orada xristianlıq dövrü alban qəbirləri vardı. Ora çox bərbad vəziyyətdə idi. Nə mənada bərbad? Ətrafı hasarlanmadığı üçün təbii olaraq ora heyvanlar da keçir, külək zibil də gətirir və sair. Biz dedik o qəbiristanlığın ərazisini təmizlədilər. Yaxud Şəkinin mərkəzində udi kilsəsi vardı, ora girmək mümkün deyildi. Xəbər etdik gəlib təmizlədilər, açdılar baxdıq, tanış olduq. Yəni bilirsiz bu bizim səlahiyyətimizdə olan iş də deyil. Bölgə də böyük bölgədir. Bölgəyə baxan adamların da sayını bilmirəm. Dediyim kimi bu abidələr də ayrı-ayrı qurumlara tabedir. Burada bir abidədən, yaxud bir yerdən söhbət getmir, ümumi olaraq əksər  abidələrimizdə müəyyən problem var. Bunu da yəqin ki, müvafiq qurumlar bilirlər. Bu bizim ikinci ekspedisiyamızdır. Abidələrin ətrafı əgər mühafizəyə alınmayıbsa o abidənin içinə kənardan daxil olanlar olur, abidənin içindən mal-heyvan çıxırdı. Halbuki, abidənin də üstünə “dövlət tərəfindən qorunur” sözü yazılıb, bəzilərinin üsündə reyestr işarəsi var. Təbii olaraq bu hamısına aid deyil. Biz sadəcə olaraq tanışlıq məqsədi ilə getmişdik, tanış olarkən də problemləri gördük və görüklərimizi ictimailəşdirməyə çalışdıq ki, bəlkə bu işin xeyrinə olar. Bizim məqsədimiz heç bir qurumun fəaliyyətini gözdən salmaq, işində nöqsan axtarmaq deyil. Bu problemi ona görə vurğuladıq ki, bu işə diqqət daha da artırılsın, abidələrin mühafzəsi daha da gücləndirilsin. Dağılıb gedəndən sonra danışmağın nə əhəmiyyəti olacaq ki. Qarabağdakı abidlərimizi ermənilər ağlar günə qoydular, bəzilərini özününküləşdirdilər, məhv etdiklərini məhv etdilər. İslam dövrü ilə bağlı abidələrimizi, məscidlərimizi hamısını məhv etdilər. Hər kəndimizdə bir məscid olub, indi heç biri qalmayıb…

Alban abidələri də bizim tariximizin xristianlıq dövrünə aid abidələrdir. Orada təkcə abidələr yox, istehkamlar da,  Küngütdə qalalar vardı, onların bir hissəsi qalıb, yaxud da ki, biz  Zəyzid qalasını gördük. Ümumiyyətlə bu abidələrin mühafizəsi ilə bağlı tədbirlər artırılmalıdır”-deyə E.Bəkirova vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ