Məlum olduğu kimi, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib.
Mədəniyyət Nazirliyindən “Bakı-Xəbər”ə verilən məlumata görə, bu münasibətlə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 15-i saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Nizaminin sözlərinə yazılmış əsərlərdən ibarət Vokal Musiqisi axşamı, noyabrın 17-si saat 19:00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Gənclər Kamera Orkestrinin (Baku Chamber Orchestra) konserti, habelə noyabr 16-sı saat 19:00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qara Qarayevin "Yeddi Gözəl" baletinin nümayişi, noyabrın 20-si saat 19:00-da Fikrət Əmirovun "Nizami" baletinin premyerası keçiriləcək.