şənbə günü, 14 noyabr 2026
     

Azıx mağarası ilə bağlı nə problem var? - Arxeologiya İnstitutu hər şeyi Dövlət Xidmətinə verib…

Image


Azıx mağarası artıq bir ildir ki, işğaldan azad olunub. Uzun illər düşmən tapdağında qalan, sərvətləri daşınan, istismar edilən Azıx mağarası 9 noyabr 2020-ci ildə rəşadətli ordumuz tərəfindən yenidən xalqımıza bəxş edilib. Dünyanın ən qədim insan yaşayış məskənlərindən biri olan Azərbaycanın Azıx mağarası işğaldan azad olunduqdan sonra hər kəs düşünürdü ki, Azıxa tez bir zamanda yerli və beynəlxalq ekspedisiya təşkil ediləcək, orada böyük işlər görüləcək.

Çox təəssüflər olsun ki, bu bir il müddətində Azıxda hər hansı bir iş görülməyib. Əldə etdiyimiz məlumatlara görə, nəinki Azıxa ekspedisiya göndərilməyib, heç mağaranın mühafizəsi belə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilmir. Məlumatımıza görə, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən Azıxla bağlı bütün lazımi faktlar, informasiyalar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə təqdim edilib.

Azıx mağarasının mühafizəsi necə həyata keçilir? Yerli və beynəlxalq ekspedisiyanın təşkili üçün şərait niyə yaradılmır, beynəlxalq ekspertlər niyə Azıxa cəlb olunmur?

Sorğumuzu mədəni irslə bağlı cavabdeh qurum olan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə ünvanladıq, lakin Dövlət Xidmətindən bildirdilər ki, suallarımıza gələn həftənin birinci günü cavab veriləcək. Bildirək ki, Dövlət Xidmətinin mövqeyini də dərs edəcəyik.

Bu səbəbdən də mövzunu ekspertlərlə müzakirə etdik.

  • Azad Zeynalov: “Azıxda mühafizə bərpa olunmalıdır”

Azıx işğaldan azad edildikdən sonra ora ilk dəfə ayaq basan arxeoloq, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov “Bakı-Xəbər”ə bildirdi ki, Azıx işğaldan azad ediləndən sonra beş dəfə Azıxa gedib. Hazırda abidə ilə bağlı heç bir iş görülmədiyini deyən A.Zeynalovun sözlərinə görə,   əslində orada işlər görüləməlidir, amma təəssüf ki, heç bir iş görülmür: “Mən ora beş dəfə getmişəm. Bir dəfə materialları gətirməyə, ikinci dəfə abidənin qiymətləndirilməsi məsələsinə görə getmişdim. Yəni o abidəyə nə qədər ziyan dəyib-dəymədiyini müəyyənləşdirmək üçün. Bunlar keçən ilin noyabrında, bir il bundan əvvəl olub. Bundan sonra mən neçə dəfə Azıxa getmək üçün cəhdlər etmişəm. Təəssüf ki, bu il icazə vermirlər”.

“Azad müəllim, sizin ora getməyinizə kimlər mane olur? Bəs buna Dövlət Xidməti nə deyir” sualına cavab olaraq A.Zeynalov bildirdi ki, hələ bu barədə bir söz deyilmir: “Dövlət Xidmətinə məlumat vermişəm. Təəssüf ki, hərəkət yoxdur. Hələ qalıb. Bizim instituta yeni rəhbərlik gəlib. Ümid edirəm ki, yaxın vaxtlarda nə isə dəyişsin və bu işlərə təkan verilsin. Ən azı, o abidədə qorunma işləri, konservasiya işləri görülməlidir ki, qalan təbəqələr dağılmasın, məhv olmasın, ən azı bunları görmək lazımdır. Söhbət hələ geniş tədqiqatlardan getmir. Amma orada hələlik ilkin təmizlik, konservasiya işləri görülməlidir. Camaat Azıxa gedib-gəlir”.

Azıx mağarasının mühafizəsinin hansı şəkildə həyata keçirildiyinə gəlincə, A.Zeynalov mühafizənin olmadığını dedi: “Abidənin hazırda mühafizəsi tamamilə yoxdur. Təəssüf ki, yoxdur. Amma bu olmalıdır. Ən azı, Azıxın mühafizəsi bərpa olunmalıdır. Orada konservasiya işləri aparılmalıdır və eyni zamanda elə bir şərait yaranmalıdır ki, təbəqələri qorumaq mümkün olsun. Camaatın qarşısını almaq olmur, ora gedirlər. Amma o təbəqələrin qorunması üçün ya onların üzərinə döşəmələr salınsın, ya da ağac körpülər olsun ki, o təbəqələr dağılmasın. İnsanlar ora gedib-gəlir, bilmirlər ki, mədəni təbəqənin üstü ilə gedirlər. Ən azından, orada bir lövhə açılmalıdır. Azıxda mühafizə bərpa olunmalıdır, ora taxtalardan döşəmələr qoyulmalıdır ki, camaat mədəni təbəqələri dağıtmasın. Qısa müddətdə konservasiya işləri görülməlidir. Mən öz tərəfindən Dövlət Xidmətinə Azıxda problem olması ilə bağlı məlumat vermişəm, bütün lazımı faktları onlara göndərmişəm”-deyə A.Zeynalov qeyd etdi.

  • Rizvan Hüseynov: “Azıx abidəsinin mühafizəsi, sözsüz ki, çox yüksək səviyyədə təşkil olunmalıdır”

Qafqaz Tarixi Mərkəzinin rəhbəri Rizvan Hüseynov isə bizimlə söhbətində bildirdi ki, Azıxın mühafizəsinin hansı şəkildə həyata keçirildiyi haqda məlumatı yoxdur, amma Azıxda mütləq mənada beynəlxalq ekspedisiyanın işləməsinə ciddi ehtiyac var: “Nəzərə alsaq ki, Azıx mağarası dünya irsi siyahısının nömrə 1 siyahısında qeyd olunur. Dünyanın bütün ölkələrində tədris edilən tarix kitablarında Azərbaycan haqqında bir-iki məlumat gedibsə, onun ən önəmlilərindən biri Azıx mağarasıdır. Dünya əslində Azərbaycanı qədim Azıx abidəsi ilə tanıyıb. Azıx abidəsinin mühafizəsi, sözsüz ki, çox yüksək səviyyədə təşkil olunmalıdır. 2022-ci ilin yaz aylarından başyaraq burada ekspedisiya təşkil olunmalıdır, ilkin olaraq ekspertlərdən ibarət bir qrup yaradılmalıdır. Vaxt itirmədən elə indi Azərbaycan ekspertlərindən ibarət bir qrup yaradılmalıdır. Qafqaz Tarixi Mərkəzi olaraq ətrafımızda bir qrup peşəkar mütəxəssis, ekspert toplaşdığı üçün biz də bu işə töhfə verməyə hazırıq”.

R.Hüseynov qeyd etdi ki, problemlərin təsviri yerli ekspertlər tərəfindən verildikdən sonra xaricdən bizə dost olan ekspertlər cəlb edilməlidir. R.Hüseynovun sözlərinə görə, yaz aylarında proses başlanarsa, yerli və beynəlxalq ekspertlər həmin ekspedisiyaya cəlb olunmalıdır. O hesab edir ki, yazdan başlamalı olan bu proses payız aylarına qədər davam etməli və böyük materiallar toplanmalıdır: “Nəticə etibarı ilə dünya irsinin siyahısında olan Azıx abidəsinə yeni nəfəs verək”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ