Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.
Belə ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Bəxtiyar Qasımovun mənzilindən 1 ədəd pnevmatik, 1 ədəd idman tapançası və 28 ədəd patron aşkar edilərək götürülüb.
Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə Ayaq Qərvənd kəndində yaşayan Şəfayət Abdullayevin evindən 3 ədəd tüfəng, 1 ədəd idman tapançası, 52 ədəd müxtəlif çaplı patron, 1 beşbarmaq, 1 süngü-bıçaq, 1 bıçaq, 29 ədəd giliz və 1 patron darağı aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı