Aprelin 7-dən 9-dək Respublikanın daxili işlər orqanları 173 cinayət faktı qeydə alıb ki, onların da 30-u “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 22 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı