Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində aprelin 7-də həyata keçirilən əməliyyatla külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
Belə ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Bakı şəhər sakini Almas Cəlilovanın rayon ərazisində yaşadığı evdə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oradan çəkisi 1 kiloqram 59 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı