Aprelin 7-də daxil olmuş məlumat əsasında Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Ələt-Astara yolunun Qaradağ rayonu ərazisindəki postda “VAZ-2107” markalı avtomobil saxlanıb.
Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı avtomobildən heroinə bənzər maddə aşkar edildiyindən sürücü, Biləsuvar rayon sakini Cavan Xıdırlı və sərnişini Elbir Həbiyev nəqliyyat vasitəsilə birgə Qaradağ Rayon Polis İdarəsinə təhvil verilib.
Ekspertizaya təqdim olunan E.Həbiyevə məxsus həmin maddənin çəkisi 435 qram heroin olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı