Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə aprelin 3-də Beyləqan şəhərində şəhər sakini Ramilə Əsədovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilindiyinə görə tutulmuş şəhər sakini Rövşən Nəsirovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun törətdiyi digər ağır cinayətin də üstü açılıb.
Belə ki, istintaq və əməliyyat-axtarış tədbirləri ilə R.Nəsirovun ötən il oktyabr ayının 19-da şəhər sakini Kənan Məhərrəmovu Beyləqan şəhərindəki yaşadığı evə apararaq bıçaqla qətlə yetirdiyi, sonra isə təmiri başa çatmamış otaqda torpağa basdırdığı müəyyən edilib.
K.Məhərrəmovun meyiti ekshumasiya edilib. >