Aprelin 4-dən 5-dək Respublikanın daxili işlər orqanları 97 cinayət faktı qeydə alıb ki, onların da 16-sı “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 30 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 45 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı