DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, 2016-ci ilin iyul ayında Xızı Rayon Polis Şöbəsinə müraciət edən Yaşma sakini Azad Cəlilov bildiriib ki, İlqar adlı şəxs 2015-ci ilin iyul ayında ona məxsus Siyəzən rayonu ərazisində yerləşən daş karxanasından ümumi dəyəri 33189.00 manat olan tikinti materialını əvəzsiz alaraq pulunu mənimsəyib.
Xızı Rayon Polis Şöbəsi tərəfindən barəsində axtarış edilən Bakı şəhər sakini İlqar Məmmədov Quba RPŞ əməkdaşları tərəfindən 01 aprel tarixində rayon ərazisində saxlanaraq istintaqa təqdim edilib.
Ətrafında keçirilmiş tədbirlərlə məlum olub ki, İ.Məmmədov zərərçəkmiş A.Cəlilovdan dələduzluq yolu ilə əldə etdiyi çınqıl materialını qabaqcadan külli miqdarda borclu olduğu Bakı şəhər sakini Azər Əhmədova tonu 9 (doqquz) manatdan sataraq borcunu ödəyib.
Qeyd edilən faktla bağlı Xızı Rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar aparılır.
Nizam HƏMİDOV polis leytenantı