DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xızı rayon sakini Elnur Hüseynov RPŞ-yə ərizə ilə müraciət edərək, ona məxsus 42 baş qoyunun oğurlandığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs - Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş İlqar Rüstəmov polis əməkdaşları tərəfindən saxlanıb. Dindirilmə zamanı İ.Rüstəmov törətdiyi cinayəti etiraf edib, çoban işləyən zaman Elnur Hüseynova məxsus 42 baş qoyunu mənimsəyərək satdığını bildirib.
Faktla bağlı Xızı Rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar aparılır.
Nizam HƏMİDOV polis leytenantı