İmişli Rayon Polis Şöbəsinə müraciət edən Hacalmuradlı kənd sakini Tofiq Babayev martın 28-nə keçən gecə şəhər ərazisində nəzarətçi işlədiyi avtomobil təsərrüfatının anbarından 17 ədəd avtomobil təkərinin oğurlandığını bildirib.
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən 4 nəfər qısa müddətdə müəyyən edilərək saxlanıb. Araşdırmalarla onların rayon sakinləri Səbuhi Soltanlı, Etibar Quliyev, Atakişi Hüseynzadə və Gədəbəy rayon sakini Səddam Mustafayev olduğu bəlli olub.
Faktla bağlı İmişli RPŞ-də cinayət işi başlanıb. Araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı