Martın 30-dan 31-dək Respublikanın daxili işlər orqanları 95 cinayət faktı qeydə alıb ki, onların da 23-ü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 33 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə 36 nəfər saxlanaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı