Bakı Şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğunun birgə məlumatına görə, 28 iyun 2017-ci il tarixdə, saat 21:10 radələrində Xətai rayonu ərazisində Masallı rayon sakini, 1962-ci il təvəllüdlü Məmmədov Əlifağa Abdul oğlu sərxoş vəziyyətdə idarə etdiyi özünə məxsus "BMW" markalı, AZ90-XU-928 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyada, 1995-ci il təvəllüdlü Məmmədova Reyhan İlqar qızını vurub, sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Fakta görə Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Cinayəti törətməkdə şübhəli bilinən Ə.Məmmədov tutulub.
R.Məmmədovanın yolun piyadalar üçün nəzərdə tutulmuş hissəsindən keçərkən yol hərəkəti qaydalarını pozmuş digər sürücülərin inzibati qaydada məsuliyyətə cəlb olunması təmin ediləcək. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.