Şəmkir Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin Şəmkir Sərhəd Dəstəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Kür qəsəbə sakini Eldəniz Tağıyev saxlanıb.
Həmin şəxsin yaşadığı evə baxış zamanı oradan ümumi çəkisi 2 kiloqrama yaxın olan 108 ədəd narkotik tərkibli bitki aşkarlanıb.
Bundan başqa, E.Tağıyevin evində istifadə üçün hazır olan qurudulmuş marixuana və çətənə kollarının toxumu da aşkar edilərək götürülüb. Saxlanan şəxs dibçəklərdə və digər xırda tutumlu qablarda xüsusi aqrotexniki qaydada əkdiyi narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün becərdiyini deyib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanıb, istintaq aparılır.
Natiq Cavadov DİN mətbuat xidmətinin əməkdaşı