Sumqayıt şəhər sakini Dəyanət Hümbətov DİN-in "102 Zəng Mərkəzi"nə telefon açaraq, 39-cu məhəllənin ərazisindəki avtoservisin yaxınlığında saxladığı mikroavtobusun oğurlanması barədə məlumat verib.
Dərhal hadisə yerinə gələn Sumqayıt ŞPİ 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin mikroavtobusun texniki cəhətdən nasaz vəziyyətdə olduğundan uzun müddətdən bəri təmirə saxlandığı, buna görə də onu sürərək aparmağın mümkün olmadığı müəyyən edilib.
Polis əməkdaşları həmin avtomobilin evakuatorla aparılması barədə məlumat əldə ediblər. Aparılan əməliyyat tədbirləri ilə həmin evakuator tapılaraq sürücüsü Polis Bölməsinə dəvət edilib. O, mikroavtobusu müraciət edən şəxslə birlikdə şəhər ərazisindəki metal qəbulu məntəqələrindən birinə apardıqlarını bildirib.
Həmin məntəqədə olan polis əməkdaşları avtomobilin 40 manat müqabilində satıldığını aşkar ediblər.
Oğurluğu törədən şəhər sakini Tural Hüseynov 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıb. T.Hüseynov ifadəsində köhnə mikroavtobusun uzun müddətdən bəri həmin yerdə saxlandığından sahibsiz olduğunu düşünərək bu əməli törətdiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.
Natiq Cavadov DİN mətbuat xidmətinin əməkdaşı