Mayın 11-də Bakı şəhər sakini Qızqayıt Abbasova Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinə müraciət edərək, banklardan birindəki hesabından 207 manat pulunun yoxa çıxdığını bildirib.
Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə Q.Abbasovanın pulunun Qazax rayon sakini Əli Əliyev tərəfindən internet vasitəsilə çıxarıldığı müəyyən edilib və o, iyunun 12-də Nəsimi rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.