Abşeron rayonunda sabiq deputat İlham Əliyevin evində keçirilən toy mərasimində iştirak edən digər şəxslərdə cərimələnib.
Mərasimdə iştirak edən daha 17 nəfər polis əməkdaşları tərəfindən saxlanılaraq İXM-in 211.1-ci maddəsi ilə cərimə ediliblər.
Faktı Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.
Qeyd edək ki, sabiq millət vəkili İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Hər iki şəxs 15 sutka müddətinə inzibati qaydada həbs olunub.
Xatırladaq ki, bundan əvvəl Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, AMEA Prezidentinin müşaviri Əli Abbasov, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva, Murad Adıgözəlzadə və həyat yoldaşı Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar.