Abşeron rayon Məhkəməsində karantin qaydalarını pozaraq övladına toy edən sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.
Adıçəkilən şəxslər İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirləndirilirlər.
Hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Məhkəmənin qərarı ilə İlham Əliyev və qudası Rövşən Mustafayev 211.1-ci maddə ilə 15 gün həbs edilib.