Astara rayonunda bir nəfərin “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə ayrı-ayrı şəxslərə koronavirus infeksiyası ilə (COVID-19) bağlı dövlət qurumlarının rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək uydurma məlumatlar göndərdiyi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həyata keçirilmiş müvafiq tədbirlərlə həmin məlumatları yayan şəxsin rayonun Səncərədi kənd sakini Dunyamalı Məmmədov olması müəyyən edilib və o, Astara RPŞ-yə dəvət olunub.