Göyçayda gizli fəaliyyət göstərən kafe aşkar olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, karantin rejimi qaydalarının təmin olunması məqsədilə Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman Birinci Ərəbcəbirli kəndində gizli şəkildə fəaliyyət göstərən kafe aşkar edilib.
Həmin kafenin sahibi Sabit Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və Göyçay Rayon Məhkəməsinin qərarı ilə inzibati həbs olunub.