31/05/2020 23:48
728 x 90

Bakıda kofe mağazasında oğurluq anbaan kameralarda... - VİDEO

img

Bakıda oğurluq hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə Azərbaycan prospekti 29 ünvanında kofe mağazasında qeydə alınıb.

Belə ki, gecə vaxtı obyektin qapısını qıraraq içəri daxil olan iki nəfər şəxs mağazanın ofisindən oğurluq edib. Həmin şəxslər ofisdən mağazaya aid kofe çeşidləri, iki kompüter və fotoaparat aparıblar. Mağaza sahibi bildirib ki, oğrular təqribən 6 min manat civarında ziyan vurublar.

Zərərçəkmiş şəxs hadisə ilə bağlı polisə müraciət etdiyini söyləyir.

Son xəbərlər