02/06/2020 06:32
728 x 90

Balakəndə satıcını balta ilə hədələyib spirtli içki tələb edən şəxs tutuldu - FOTO

img

Balakən Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən şərab evlərinin birində quldurluq cinayətinin baş verməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumat görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib. Bir nəfər naməlum şəxsin mağazaya daxil olub satıcıya balta ilə hədə-qorxu gələrək, ondan spirtli içki tələb etdiyi müəyyən olunub.

Polis əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayətini törədən şəxsin Balakən şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş 60 yaşlı Hikmət Mansurov olduğu müəyyən olunub. O, şübhəli şəxs qismində saxlanıb və cinayəti sərxoş vəziyyətdə törətdiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər