02/06/2020 05:36
728 x 90

Lökbatanda xüsusi karantin qaydalarını pozan kafe, Xətaidə isə kişi salonu aşkarlandı - FOTO/VIDEO

img

Xüsusi karantin qaydalarını pozan kafe və kişi salonu aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, xüsusi karantin rejimi ilə əlaqədar olaraq ictimai iaşə obyektlərinin faəliyyətinin qadağan edilməsinə baxmayaraq bəzi sahibkarların bu qaydalara əməl etməkdən yayınması hallarına təəssüf ki, hələ də rast gəlinməkdədir.

Belə ki, Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci massivdə fəaliyyət göstərən “Köhnə Faxralı” adlı kafe aşkar edilib. Həmin obyektə baxış zamanı xüsusi karantin qaydalarına zidd olaraq vətəndaşlara xidmət edildiyi məlum olub.

Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının keçirdikləri daha bir tədbir zamanı rayonu Məzahir Rüstəmov küçəsində fəaliyyət göstərən kişi salonu aşkar edilib. Həmin salona baxış zamanı xüsusi karantin qaydalarının əleyhinə olaraq müştərilərə xidmət göstərildiyi müəyyən edilib.

Hər iki obyektin sahibi və karantin aydalarını pozan digər şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək cərimə ediliblər.

Son xəbərlər