Bazar günü günü, 18 oktyabr 2026
     

Manat rubla nisbətdə daha dayanıqlı mövqeyə sahiblənir

Image


Məlum olduğu kimi, ABŞ mart ayında Solsberi şəhərində baş verən insidentlə bağlı Rusiyaya qarşı sanksiyaların tətbiqinə başlayıb. Xatırladaq ki, ABŞ Dövlət Departamenti yeni sanksiyalar barədə sənədi hələ keçən həftə dərc edib və sanksiyalar avqustun 27-də səhər saatlarında qüvvəyə minib.

Bu, Solsberi hadisəsi ilə əlaqədar Rusiyaya qarşı tətbiq edilən ilk sanksiyalardır. Sənədə hərbi sahədə bəzi məhdudiyyətlər, məsələn silah, ikili təyinatlı məhsulların və texnologiyaların, milli təhlükəsizlik baxımından “həssas” texnologiyaların satışı, həmçinin 1961-ci il “Xarici yardım barədə” qanun çərçivəsində Moskvaya göstərilən xarici köməyə  qadağalar daxildir. Bundan başqa, yeni sanksiya paketi çərçivəsində ABŞ Rusiyaya istənilən krediti verməkdən də imtina edəcək. Lakin sanksiyalar ölkələrin Kosmosdakı əməkdaşlığına şamil olunmayacaq.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti Rusiyaya qarşı iki sanksiya paketi tətbiq etmək niyyətindədir. Onlardan biri avqust ayının ortalarında, digəri isə noyabr ayında qüvvəyə minməli idi. Daha “ağrılı” olacaq ikinci paket diplomatik münasibətlərin azaldılması, Rusiyanın “Aeroflot” dövlət kompaniyasının ABŞ-a uçuşlarının qadağan olunması, həmçinin ixrac və idxalın, demək olar ki, tamamilə dayandırılması ilə nəticələnə bilər. Sanksiyalar Rusiyanın gələcəkdə kimyəvi silahdan istifadə etməyəcəyinə zəmanət verməyəcəyi və BMT tərəfindən “lokal yoxlamalara” razı olmayacağı təqdirdə reallaşa bilər. Bir qədər əvvəl Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ-ın tətbiq etdiyi sanksiyalara adekvat cavab veriləcəyini bildirmişdi. Artıq sanksiyaların tətbiqi fonunda Rusiya rublu yenidən ucuzlaşmağa başlayıb. Son məlumatlara əsasən, rubl dollar qarşısında 18 qəpik ucuzlaşaraq 67,28 rubla çatıb. Avro isə rubla qarşı 6 qəpik bahalaşaraq 78,01 rubl olub. İndi maraq doğuran məqam baş verənlərin postsovet ölkələrinə, onların maliyyə vəsaitlərinə təsiridir. Azərbaycan Dövlət İqtisad Universitetinin  professoru Elşad Məmmədov rublun ucuzlaşmasından danışarkən bunun ölkəmiz üçün hansısa təhdid yaratmayacağını bildirir: "Rusiyada iqtisadi vəziyyətin Azərbaycana təsiri bilavasitədir. Bu məsələlərlə bağlı ölkəmizdə ciddi şəkildə düşünülmüş iqtisadi siyasət aparılmalıdır və aparılır. Çünki Rusiya Azərbaycanın qeyri-neft sektorunda ən mühüm ticarət tərəfdaşıdır və bu ölkənin iqtisadiyyatında baş verən proseslərin Azərbaycan iqtisadiyyatına təsiri sözsüzdür".

Onun sözlərinə görə, hazırda Rusiyada baş verən proseslər maliyyə və fond bazarında, eyni zamanda Rusiya Mərkəzi Bankın siyasətində olan problemlərlə bağlıdır: "Rusiyanın maliyyə bazarlarında spekulyativ investorların mövcudluğu uzun müddətdir müşahidə edilir. Bu spekulyativ investorlar Rusiyanın maliyyə bazarlarını çox rahatlıqla çalxalayır". Ekspert bildirib ki, Rusiyanın xarici ticarətində müsbət saldo var: "Türkiyədən fərqli olaraq, Rusiyanın xarici ticarətində, tədiyyə balansında çox ciddi müsbət saldo mövcud olmalıdır. Çünki Rusiyanın ixracı idxalını xeyli dərəcədə üstələyir. Lakin maliyyə bazarlarında maliyyə axınlarına lazımi səviyyədə nəzarət olunmur və Rusiyadan böyük rəqəmlərlə ifadə olunan kapital axınına hökumət müdaxilə etmir. Bu da, Rusiyanın xarici ticarətdə çox ciddi müsbət saldosuna baxmayaraq, rublun tez-tez volatilliyə, spekulyativ investorların təsirinə məruz qalmasına səbəb olur".

Professorun sözlərinə görə, ABŞ-ın son sanksiyaları qısamüddətli investorlara aid deyil: "Sanksiyalar, əsasən, uzunmüddətli, yəni Rusiya iqtisadiyyatının real sektoruna yönəlik investorlara tətbiq edilib. Bu da o deməkdir ki, ABŞ elə bu sanksiyalarla spekulyativ, qısamüddətli investisiyaların Rusiya iqtisadiyyatına axınına mane olmur. Bu da ABŞ-a ona görə lazımdır ki, Rusiyanın maliyyə və fond bazarlarını çalxalasın.

Əgər düşünülmüş və adekvat makroiqtisadi siyasət Rusiyada həyata keçirilsə, rublun stabilliyini təmin etmək mümkündür". Rublun ucuzlaşmasının Azərbaycana təsirinə gəlincə, professor bildirib ki, Azərbaycanda xarici ticarətdə çox ciddi müsbət saldo var: "Ümumiyyətlə, tədiyyə balansında da müsbət saldo müşahidə olunur. O baxımdan, manatın stabilliyini təmin etmək mümkündür. Burada əsas problem Azərbaycanda da mümkün və mövcud olan kapital axını ilə bağlıdır. Bunun da qarşısını almaq üçün Azərbaycan hökumətinin və Mərkəzi Bankın kifayət qədər alətləri var. Düşünülmüş siyasət həyata keçirilərsə, Azərbaycan iqtisadiyyatından kapital axınının qarşısını almaq mümkündür".

Digər tərəfdən gözlənilən budur ki, Rusiyada baş verənlərə rəğmən, manat sabit mövqedə qalmaqda davam edəcək. Eyni zamanda əhalinin manata inamının artması fonunda da ölkənin maliyyə bazarlarında hansısa ciddi narahtlıqlar gözlənilmir. Üstəlik, qeyri-neft sektoru üzrə ixrac həcminin artması, turizm xəttilə Azərbaycana daxil olan valyutanın miqdarında artım da manatın sabit mövqedə qalmasını şərtləndirən amillər sırasında yer alır. Bütün bunlar rublun ucuzlaşmasının manata təsirini ən minimal həddə endirir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ