ABŞ prezidenti Donald Tramp “Fox News”a İran İnqilab Keşikçiləri rəsmiləri ilə gizli əlaqə kanalının olduğunu təsdiqləyib və bu səbəbdən razılığa gəlməyə tələsmədiyini bildirib.
Oman ABŞ-ın Hörmüz boğazındakı fəaliyyətlərinə müdaxilə edərsə, onlara qarşı hansı tədbirlərin görüləcəyi sualına da cavab verən Tramp Omanı vurmaqla hədələyib: "Əgər Oman yolumuza çıxarsa, onları yerlə bir edəcək şəkildə bombalayarıq".
İranda ABŞ istehsalı olan sursatın "kiçik bir hissəsinin" istifadə edildiyini iddia edən Tramp, onların "çox sayda orta mənzilli silaha" sahib olduqlarını və ABŞ-ın keçmiş prezidenti Co Baydenin qabaqcıl sistemləri Ukraynaya verdiyini bildirib.
Tramp, Tehran administrasiyasının "təslim olmalı" olduğunu vurğulayaraq "Mən tələsmirəm" deyib.
Tahir TAĞIYEV