Bazar ertəsi günü, 05 oktyabr 2026
     

“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

Image


Akif Nağı: “İnanmıram ki, Aİ Ermənistanın xatirinə əməkdaşlığı pozsun”

Avropa İttifaqı Ukrayna böhranı ilə bağlı Azərbaycanla münaqişə baş verəcəyi təqdirdə Ermənistana hərbi dəstək verə bilməyəcək. Bunu URA.RU-ya müsahibəsində RUDN Universitetinin Strateji Araşdırmalar və Proqnozlar İnstitutunun direktor müavini Yevgeni Semibratov bildirib.

"NATO qüvvələri hazırda Ukrayna əməliyyat teatrında yerləşdirilib. Onların İrəvanın hərbi qüdrətini artırdığını təsəvvür etmək çətindir. Əgər kiməsə güvənsəydik, bu, Aİ olardı, amma yadda saxlayaq: Ermənistanın məğlubiyyətində tarixi marağı olan Türkiyə hərbi potensial baxımından Alyansın ikinci ən böyük ölkəsidir. Bu kombinasiya mümkün deyil. Avropa İttifaqının (xüsusən də erməni diasporu ilə Fransanın) faktiki hərbi potensialı məhduddur. Aİ-nin Ermənistanın təhlükəsizliyi üçün 10.000-15.000 əsgər göndərməsi barədə danışmaq, yadplanetlilərin gəlişi ilə müqayisə edilə bilən bir xəyaldır", - Semibratov bildirib.

İrəvan əvvəlki mövqeyini qoruyub saxlayır və KTMT-yə qayıtmaq niyyətində deyil. 2024-cü ilin payızında Baş nazir Nikol Paşinyan bloka üzvlüyün dayandırılmasını ölkənin müstəqilliyinə risklərlə əlaqələndirmiş və fasiləni daimi adlandırmışdı, baxmayaraq ki, İrəvan hələ də müttəfiqlərinin hərəkətlərini izləyir.

Ermənistan Azərbaycanla münaqişə etsə, Avropa ona 10-15 min əsgər göndərməz.

Azad Vətən Partiyasının sədri Akif Nağı baki-xeber.com-a bildirdi ki, Rusiya müxtəlif vasitələrlə Ermənistanı öz ətrafında saxlamağa çalışır: “Rusiya ekspertlərin, qeyri-rəsmi şəxslərin dili ilə fikirlər səsləndirir, belə rəy formalaşdırmağa çalışır ki, Ermənistanın Rusiyadan başqa söykənəcəyi yer yoxdur, KTMT-dən çıxmamalı, Rusiyanın yanında olmalıdır. Rusiya bu yöndə təbliğat aparmağa çalışır. Təbii ki, bu gün Azərbaycanla Ermənistan arasında müharibədən danışmağa ciddi bir ehtiyac yoxdur, Azərbaycan qalib gəlib, torpaqlarını işğaldan azad edib. Yeni bir müharibə ilə bağlı Azərbaycanın planları yoxdur. Ola bilər, Ermənistanın, revanşistlərin hansısa planları, niyyətləri olsun, Ermənistanın arxasında kimin dayanmasına baxmayaraq ona da Azərbaycan lazımı səviyyədə cavab verəcək. O ki qaldı, Avropa İttifaqının, NATO-nun Ermənistana dəstəyi ilə bağlı məsələyə, bu o qədər də real deyil. Yəni o demək deyil ki, Aİ, yaxud NATO Ermənistana kömək etməlidir? NATO-nun içində Türkiyə də var. Ona görə də ortaya qoyulan sual qeyri- müəyyən bir sualdır. Amma şərti olaraq düşünsək ki, belə bir vəziyyət yaranır. Mən inanmıram ki, Aİ Azərbaycana qarşı müharibədə iştirak edərdi. Çünki Avropa dövlətlərin Azərbaycanla ciddi iqtisadi əlaqələri, əməkdaşlıqları mövcuddur. Avropanın enerji təhlükəsizliyində Avropa İttifaqı ciddi rol oynayır, Aİ ilə Azərbaycan arasında ciddi münasibətlər artıq var. İnanmıram ki, Aİ Ermənistanın xatirinə əməkdaşlığı pozsun. Aİ Ermənistana hansısa dəstək verəcəksə bununla öz maraqlarına zərbə vurmuş, öz oturduğu budağı kəsmiş olar. Ermənistan hər gün bir oyun oynayır, bu gün bir, sabah başqa söz deyir, Aİ ilə yaxınlaşağa çalışır. Ekspertin dediklıri Ermənistanın Aİ-yə daxil olması ehtimalı ilə də bağlıdır. Bu uzun bir prosesdir. Ermənistan Aİ-yə daxil ola, Aİ də Ermənistanı müdafiə edə, bu o qədər inandırıcı olmayan bir perspektivdir Ermənistanın Aİ üzvülüyünə daxil olacağı perspektivi də çox uzaqdır, ortada hələ ciddi bir addım yoxdur. Ermənistan özü buna cəhd edir, eyni zamanda Rusiyadan da çəkinir. Ortaya açıq şəkildə çıxa bilmir. Hələ də Aİ, ABŞ və Rusiya ilə oyun oynayır, həm də İranla əlaqə saxlayır. İranla daha da yaxınlaşmaları hiss olunur son vaxtlar. İran-Qacaran tunelini çəkirlər və İran artıq Ermənistanın içərilərinə girir, Gürcüstan vasitəsilə Qara dənizə, ordan da Avropaya çıxmaq istəyir. İranın da bu Ermənistandan alət kimi istifadə etməklə bağlı müəyyən planları var. Bu tunelin çəkilişi bəlkə də 10 ilə başa çatmaz. Ona görə də Ermənistanın bu tgün də, sabah da, gələcəkdə də ümidi ancaq Azərbaycan və Türkiyəyə bağlı olmalıdır.

Amma yenə də məsələ ortaya bu şəkildə qoyulursa istənilən halda Aİ-nin Ermənistanı müdafiə edəcəyi ehtimalı sıfır dərəcəsindədir”.

A.Naği hesab edir ki, bu təkcə Ukrayna müharibəsi ilə bağlı deyil, eyni zamanda Aİ və Azərbaycan münasibətləri ilə əalqədardır. “Digər tərəfindən bu Azərbaycanın gücü və müttəfiqləri ilə bağlıdır. Başda Türkiyə olmaqla Azərbaycanın ciddi müttəfiqləri var. Belə bir qüvvəyə qarşı Ermənistanın arxasında dayanıb onu müharibəyə təhrik etmək axmaqlıq olardı. Amma ola bilsin, Rusiyanın da sonuncu cəhdləridr ki, Ermənistanı təsir dairəsindən çıxarmasın. Amma Rusiyanın bu rəyi yaratmaq cəhdləri hesab edirəm ki, mənasızdır. Çünki Ermənistan bir daha Rusiyanın təsir dairəsinə qayıtmayacaq. Ermənistan hökuməti artıq kurs müəyyən edib, Paşinyan olmasa da Ermənistanın bu kursu davam edəcək. Başqa bir qüvvəni-Karapetyanı, Köçəryanı və başqalarını ortaya çıxarsalar da Rusiyapərəst qüvvələrin Ermənistanda hakimiyyətə gəlmək ehtimalı yoxdur. Ancaq çevrilişlə hakimiyyətə gələ bilərlər. Yəni Rusiyanın Ermənistan, o cümlədən Cənubi Qafqaz perspektivi artıq yoxdur. Rusiya da bunu başa düşməldir. Bəziləri başa düşür də. Putinin onları dərin bir uçruma apardığını artıq görürlər. Amma hələlik rəhbərlikdə Putindir və o da istər Ukrayana, istərsə də Cənubi Qafqazla bağlı özünün bu mənasız və avantürüst siyasətini davam etdirir. Amma hesab edirəm ki, Putinin nəyəsə ümid etməsinin yeri yoxdur”-deyə A.Nağı bildirdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ