çərşənbə günü, 19 avqust 2026
     

Azərbaycanın “qızıl yığım” strategiyasının doğruluğunu dünya prosesləri də sübut edir

Image


Dünya maliyyə sahəsində son dövrlərdə xüsusi diqqət çəkən məqamlardan biri də qızıla artan tələb və qiymətləri kağızlara qoyulan vəsaitlərin geri çəkilməsidir. Artıq bir çox ölkələr, o cümlədən Azərbaycan da qızıl ehtiyatlarının artımına başlayıb.

Hesab edilir ki, geosiyasi və geoiqtisadi müstəvidə baş verən proseslər qızıla tələbi daha da artıracaq. Bu mənada Azərbaycanın qızıl ehtiyatlarını artırmağa başlması təqdirəlayiq hal sayılır.

İndilikdə proseslərin axarı qızılın yenə ən etibarlı valyuta ehtiyatı olacağını deməyə əsas verir. Bunun ümdə səbəbi qlobal iqtisadi müstəvidə baş verən proseslərdir. Xüsusən də Qərb, Rusiya, Çin və bəzi digər Asiya ölkələri arasında baş verənlər qızıla yeni tələb formalaşdırır. Əvəzində, əksər ölkələr ABŞ-da qiymətli kağızlara yatırdıqları vəsaiti geri çəkir. Məsələn, qonşu Rusiya hazırda qızıl-valyuta ehtiyatlarını artırmaqla məşğuldur. Belə ki, son on ildə ölkənin qızıl ehtiyatları təxminən 1,5 min ton artıb. Əgər 10 il əvvəl Rusiyanın qızıl ehtiyatı 500 ton təşkil edirdisə, 2018-ci ilin iyun ayına olan məlumata görə, bu göstərici 1944 tondur.

Bununla yanaşı, Rusiya ABŞ-ın qiymətli kağızlarında olan payından qurtulur və “təhlükəsizliyin qızıl balışı ilə" birgə bu addımlar ölkəni Qərb iqtisadiyyatından asılılıqdan və qəfil sarsıntılardan qorumağa hesablanıb. Təsadüfi deyil ki, bir neçə gün əvvəl “Bussiness Insider” nəşrinin yazdığına görə, Rusiya və Çin ABŞ-ın ən böyük zəifliyini dövlət istiqrazlarında aşkar edib. Nəşr iddia edir ki, Moskva 2018-ci ilin aprel-may aylarında ABŞ-ın dövlət borc istiqrazlarında aktivləri 96 milyard dollardan 15 milyarda dollara qədər azaldıb. Bu, Birləşmiş Ştatlarda faiz dərəcələrinin artmasına gətirib çıxarıb. Həmçinin nəşr vurğulayır ki, Amerikanın qiymətli kağızlarında aktivlərin ixtisarı Rusiya tərəfinə rublu möhkəmləndirməyə və valyuta ehtiyatlarını diversifikasiya etməyə imkan verir: “Bəzi ekspertlər Rusiyanın belə siyasətini ABŞ-ın “Axilles dabanı”na məqsədyönlü hücum kimi qiymətləndirir. Çin Amerikanın qiymətli kağızlarından qurtulmağa başlayarsa, ABŞ iqtisadiyyatı daha güclü zərər çəkəcək”. Qeyd edək ki, ABŞ dövlət istiqrazlarının ən böyük sahibi Çindir. Çin bu qiymətli kağızlara 1,183 trilyon dollar yatırıb. Bu vəsaitin geri çəkilməsi ABŞ üçün böyük zərbə olacaq.

Rusyalı ekspertlər isə daha bir vacib məqama diqqəti yönəldir. Qeyd olunur ki, ABŞ qiymətli kağızlarından qurtulan Rusiya qızıl-valyuta ehtiyatlarını öz ərazisində saxlayır. Onlar bunu müdrik gediş adlandırırlar, çünki bütün dövlətlər bunu nəzərə almayıblar. İndi qızılın vətənə qaytarılması üzrə tendensiyanı bir çox ölkə izləyir. Bu yaxınlarda Türkiyənin Mərkəzi Bankı ABŞ-ın Federal Ehtiyat Sistemindən qiymətli metal ehtiyatlarını çıxartmağa başlayıb. Daha əvvəl Niderland, Almaniya, Avstriya və Venesuela Nyu-York və başqa Qərb mərkəzi banklarından bütün qızıl ehtiyatlarını, yaxud da bir hissəsini vətəninə qaytararaq belə addım atmışdı. Ancaq qızılın vətənə qaytarılması üzrə əməliyyatlar çətinliklərsiz keçmir. Rusiyanın qiymətli metal ehtiyatının üçdə bir hissəsi Moskvada Mərkəzi Bankın anbarında yerləşdirilib,  qalan qızılı isə Sankt-Peterburq və Yekaterinburqda saxlanır.

Azərbaycan da həm qızıl ehtyiatlarını artırır, həm də onu bilavasitə öz ərazisində saxlayır. Məlumat üçün bildirək ki, 2017-ci ilin sonuna Neft Fondunun investisiya portfelində qızılın ümumi miqdarı 30 ton 174,9 kiloqram olub. Cari ildə London Qiymətli Metallar Bazarı İştirakçıları Assosiasiyasının market-meyker üzvü olan banklardan əlavə olaraq 2 ton 799,31 kiloqram alınması ilə fondun  investisiya portfelinə daxil olan qızılın ümumi miqdarı 2018-ci il iyunun 30-na 32 ton 974,21 kiloqram və yaxud 1 milyard 326,5 milyon ABŞ dolları təşkil edib. Fondun investisiya siyasəti ilə nəzərdə tutulan xüsusi çəki çərçivəsində qızıl investisiyalarının davam etdirilməsi nəzərdə tutulur. Qızıl ehtyiatları  Dövlət Neft Fondunun anbarlarında saxlanır. Alınacaq yeni qızıl ehtyiatları da burada cəmləşdiriləcək. Ekspertlər bunu məqbul hal sayır. Məsələ bundadır ki, indiki halda dünyada gedən proseslər fonunda istənilən valyutanın gözlənilmədən inflyasiya və iflasa uğraması ehtimalları da artıb. Bu təhlükə dollar, avro, funt sterlinq kimi dayanıqlı valyutaların da başının üstünü ala bilər. Bu fonda Azərbaycanın da öz valyuta ehtiyatlarını daha çox qızılla saxlamağa üstünlük verməsi vacib sayılır. Çünki dünyada qızılın dəyər itirməsi prosesi valyutalarda analoji halın baş verməsilə müqayisədə azmüddətli olur.  Son 5 ilə qədər səhmlər, daşınmaz əmlak daha səmərəli vasitə hesab olunurdu. Amma təcrübə göstərir ki, böhranlar nəticəsində daşınmaz əmlak və səhmlərə qoyulan vəsaitlər də ciddi dəyər itirir. Qızılda isə ciddi dəyər itirilməsi müşahidə olunmur. Bu mənada ölkəmizin qızıl ehtyiatlarını artırması düzgün addım sayılır.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

19.08.2026 / 15:15
Yevlax Regional Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildi

19.08.2026 / 14:36
Netanyahu Trampın Qəzza planını rədd etdi, Tramp dözdü - inanmaq olar?..

19.08.2026 / 14:12
Tramp İranla danışıqları dayandırmağı əmr etdi - sərt sanksiyalar gəlir…

19.08.2026 / 13:54
ABŞ münaqişəni qızışdırarsa, İran Avropaya zərbə endirə bilər…

19.08.2026 / 13:39
Rusiya ilə müharibənin Ukraynaya vurduğu ziyan 600 milyard dolları keçdi...

19.08.2026 / 13:25
Ukraynada yüksək vəzifəli məmurların evində axtarış aparılır - Zelenskinin ofis rəhbərinin müavini də təhlükə ilə üzləşdi…

19.08.2026 / 13:10
Prezident Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirdi - VİDEO

19.08.2026 / 12:54
ABŞ Azərbaycanı Çini tariflərdən yayınmağa kömək etməkdə ittiham edir…

19.08.2026 / 12:30
İran iki fransız diplomatı “persona non grata” elan etdi

19.08.2026 / 12:14
Həkim səhvi ilə bağlı mübahisələrdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı

19.08.2026 / 11:43
Ağdam kənd qəbiristanlığında hərbi sursat aşkarlandı

19.08.2026 / 11:29
30 ilin sirləri - əfqan əsirliyindən qaçan pilotun film kimi hekayəsi

19.08.2026 / 11:16
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlandı

19.08.2026 / 10:57
Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn ediləcək

19.08.2026 / 10:31
Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar - 9 nəfər həbs edildi

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ