Bazar günü günü, 18 oktyabr 2026
     

Neft qiymətlərində rekord proqnoz – 250-400 dollar, Azərbaycan ABŞ-İran proseslərini diqqətlə izləyir…

Image


Məşhur “Business Insider” nəşri yazır ki, İran Hörmüz boğazını bağlayacağına dair hədəsini reallaşdırsa, neftin bir barrelinin qiyməti 250 dollara çata bilər. “Global FX” friması isə bu qənaətdədir ki, Hörmüzün blokadası təqdirində neftin bir barrelinin qiyməti ən azı 160 dollar olacaq.

Baş verənlərlə bağlı Rusiyanın “Vzqlyad” qəzeti yazır ki, əslində qiymətlər deyilənlərdən də yüksək ola bilər: “ABŞ Tehranı əsas gəlir qaynağından, dünyanı isə xeyli həcmdə karbohidrogendən məhrum edərək İran neftini tam təcrid etmək hədəsi səsləndirir. Vaşinqton öz müttəfiqlərini 2018-ci il noyabrın başlanğıcına doğru İran neftinin alqısını tam dayandırmağa məcbur etmək niyyətindədir. ABŞ hətta Hindistan və Çini də İran neftindən imtinaya vadar  etmək istəyir. İran artıq yetərincə böyük həcm ixrac edir və bunu əvəzləmək çətin olacaq. Milli Enerji Təhlükəsizliyi Fondunun (METF) aparıcı eksperti İqor Yuşkov deyir: “İran neftini ixrac etməkdən imtina bazarda nəhəng kəsir ifadə edəcək, barrelin qiyməti göylərə qalxacaq. Bütün ixracatın dayanması İran və bütün hakim rəhbərlik üçün fəlakətli olacaq”.

Təəccüblü deyil ki, Tehran kozırı köynəyin qolundan çıxarıb və radikal tədbirlər hədəsi gəlir – bütün dünya neftinin, ən azı, 20%-nin keçdiyi Hörmüz boğazını bağlamaqla. Əlbəttə, İran buna yalnız ən ifrat halda əl atacaq, çünki nəticələr dəhşətli olacaq. Yuşkov qeyd edir: “İranın Hörmüz boğazını bağlamaq hədəsinin əsası var. İranın bütün neftinin ixracı bağlanarsa, İranın itiriləsi heç nəyi qalmayacaq. Çünki ölkənin bütün iqtisadiyyatı və siyasəti onsuz da çökəcək. İran dövləti dağılma təhlükəsi altında Hörmüz boğazını doğrudan bağlaya bilər. Bu da dünya neft bazarında çox böyük qıtlığa səbəb olar. 1973-cü ilin enerji böhranından daha pis böhran qopar. Dünya təkcə İran neftindən məhrum olmaz. Küveytdən, Qətərdən neft çıxa bilməz, Səudiyyə Ərəbistanı da yanacaq ixrac edə bilməz”.

Aydındır ki, bunun ardınca ABŞ tərəfdən Tehrana hərbi zərbə gələcək. Ekspert əlavə edir: “Bütün sünni dövlətləri, habelə İsrail onu dəstəkləyəcək”. ABŞ bu dəfə İranın neft ixracatının tam qadağasında təkid edir. Keçən dəfə İran sanksiyalar altına düşərkən belə bir şey olmayıb. O zaman AB ən sərt qadağanı öz şirkətləri üçün tətbiq edib. Özü də o vaxt İran nefti əsasən məhz Avropa bazarına gedirdi. İran ixracatın quruluşunu tədricən yenidən formatladı və öz neftini daha çox Çin və Hindistana satmağa başladı. 2012-ci il sanksiyalarına bənzər sanksiyalar İrana çox da güclü zərbə vurmazdı, buna görə də ABŞ Çin və Hindistanı öz tərəfinə çəkmək istəyir.

Bu planda Çinin işi daha asandır, çünki İran nefti ölkənin öz ehtiyaclarına gedir. Pekin qətiyyətlidir – Çin XİN təmsilçisi bildirib ki, İran neftinin ixracatı haqda Trampın çağırışına hay verməyi planlaşdırmır. Yuşkov təxmin edir: “Çinlilər daha müstəqildir və Amerikanın qadağasına getməyəcəklər. Onlar əlyeri tapacaqlar, məsələn, ancaq İrandan neft idxal edən və ABŞ-da biznesi olmayan şirkət yaradacaqlar, buna görə də sanksiyalar onun üçün qorxulu olmayacaq. Avropalılar və amerikalılar İran bazarını tərk edəndə Çin İranın neft bazarı və iqtisadiyyatın qalan bütün sahələrinə daha möhkəm girişəcək”.

Hadisələrin inkişafının daha nikbin variantı var – Tramp İranla nüvə proqramı üzrə yeni saziş bağlayaraq yeni sanksiyalardan imtina edərsə. Yuşkov hesab edir ki, bu, İran Suriyanı xırda pul kimi təklif edəcəyi halda mümkündür. O deyir: “İran Suriyanın əyalətlərindən çıxmaq haqda ABŞ-la sövdələşə bilər ki, İsrail də bunu fəal şəkildə yeridir”. Əslində bu, İranın dövləti indiki görkəmində qoruyub saxlamasına imkan verəcək yeganə kozırıdır. Rusiya İranı diplomatik səviyyədə dəstəkləyəcək və sanksiyalara qarşı çıxacaq. Amma bütün bu əhvalat iqtisadi planda bizə də əlverişlidir. METF eksperti qeyd edir: “İran dünya bazarlarında bizim rəqibimizdir. Buna görə də onunla iqtisadi dialoqumuz çox da əmələ gəlmir. İran Venesuela ilə birlikdə OPEK-də neft hasilatının yüksəldilməsi üzrə sazişdə bizim opponentimiz idi”.

Hər şeydən əlavə, Yaxın Şərqdəki qarışıqlıq Rusiya büdcəsini və Milli Rifah Fondunu da doldurmağa yardım edən neft qiymətlərinin artımını doğurur. Və hətta hasilatın artırılması üzrə Rusiyanın OPEK-lə sazişi də buna mane olmur. Hazırda qara qızılı yüksəkdə saxlayacaq amillər son dərəcə çoxdur. Hörmüz boğazının mühasirəsi neft qiymətlərini ümumiyyətlə hər barrelə xəyali 400 dollara çatdıra bilər. Bəs Hörmüz boğazının önəmi hansıdır? 

Hər şeydən qabaq, bu sahədəki ekspertlərin izahatları üzrə fikir yürütsək, İranın Hörmüz boğazını bağlaması Amerika və İsrailin törətməyə çalışdığı müharibənin qığılcımını alovlandıra bilər. Bölgə ölkələrinin də qatılacağı böyük savaş nəticəsində İranı işğal etmək üçün bəhanə meydana çıxa bilər. Hazırda iqtisadi problemlər üzündən xalqın narazılığıyla bağlı çətin durumda olan İranın neft ticarətinə mane olmaq bu ölkəni tam iqtisadi iflasa aparar.

Neftin kəşfiyyatı, hasilatı, nəqlilə bağlı Trampın törətdiyi bir sıra maneələr İranın neft hasılatı gücünün ciddi şəkildə azalmasında əsas səbəb olub. İrana qarşı iqtisadi savaş başlandığı andan neft satışının azalması fonunda ərzağın qiyməti qalxıb və İran rialı tarixdə ən aşağı nöqtəyə düşüb. İran qaynama nöqtəsinə çatarsa və Hörmüz boğazı haqda öz hədəsini yerinə gətirərsə, bunun hansı nəticələri olacaq?

Boğaz bölgə ölkələrinin neft ticarəti üçün həyati önəmə malikdir. Hörmüz boğazı Oman və Fars körfəzlərinin arasında yerləşir. Yaxın Şərqin neft istehsalçılarını Sakit okean bölgəsi, Asiya, Avropa və Şimali Amerika bazarlarını birləşdirən bu arteriya üzərindən dünya neft daşımalarının 40%-i keçir. İranın özündən savayı ən böyük neft istehsalçılarından Səudiyyə Ərəbistanı özünün xam neft ixracatının 88%-i, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Qətər bütün ixracatını, İraq 99%-i Hörmüz boğazı üzərindən daşıyır. Hər gün müxtəlif ölkələrin 20-30 tankeri bu boğazdan keçir. Fars körfəzinin bəzi dövlətləri indiki durumu ciddi qəbul edib və artıq alternativ marşrutlar üzərində işləməyə başlayıb. Səudiyyə Ərəbistanı İran ixracatının bağlanmasından meydana çıxacaq boşluğu doldurmaq üçün istehsal gücünü çoxaldıb.

Boğazın bağlanması, hər şeydən öncə, özlərinin neftə ehtiyacını xeyli dərəcədə İranın hesabına təmin edən Çin, Yaponiya kimi Asiya ölkələrinə, Avropanın bütün ölkələrinə ziyan vuracaq, kürəsəl neft ticarətinə və iqtisadi tarazlıqlara həyati önəmli təsir göstərəcək.

Tramp administrasiyası keçən mayda İranla nüvə sazişindən çıxandan sonra Avropa ölkələrini də antiiran sanksiyalarının gərəkdiyinə inandırmaq cəhdlərinə başlayıb. Bununla yanaşı, ABŞ cari ilin noyabrında İranın neft satışından gəlirlərini sıfırlaşdırmağı planlaşdırır. Amma bunun birbaşa toxunacağı seqment olan Avropa ölkələri Trampın planını bəyənmir. Çünki 2008-ci ildə İranın boğazı bağlamaq hədələri nəticəsində neft qiymətlərinin ciddi rekord yüksəlişi baş verib. ABŞ silahlı qüvvələri Mərkəzi komandanlığının təmsilçisi Bill Urban ABŞ Hərbi-Dəniz Qüvvələrinin mümkün reaksiyası haqda suala cavabında qeyd edib: “Biz müttəfiqlərimizlə birlikdə beynəlxalq hüququn imkan verdiyi hər yerdə yerdəyişmə və ticarət azadlığını təmin etmək üçün gərəkən hər şeyi etməyə hazırıq”. Görünür, bölgəmiz ən yaxın aylarda bütün dünyaya və kürəsəl güclərə yaxından toxunan böyük ticarət savaşlarına şahid olacaq”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ