Bazar günü günü, 18 oktyabr 2026
     

Aqrar sektorumuz ixrac seçimi qarşısında – daha çox Avropaya, Rusiyaya, ya Şərqə…

Image


Son illərdə ölkəmizdə kənd təsərrüfatının inkişafı, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşılması bu sahədə məhsul istehsalının artımına da böyük təkan verib. Belə vəziyyət öz növbəsində indi Azərbaycana aqrar sektor üzrə daha çox məhsul ixrac etməyə imkan verir.

Araşdırmalar göstərir ki, Azərbaycan yenə əvvəlki kimi daha çox Rusiyaya aqrar məhsullar göndərir. Amma ekspertlərin fikrincə, Avropa Birliyi və Yaxın Şərq bazarı ölkəmiz üçün daha potensiallı, gəlir gətirən bazarlardandır. Avropa Birliyinə ixrac imkanlarımız, xüsusilə də sertifikatlaşdırmanın və məhsul standartlarının genişlənməsi hesabına genişlənə bilər. Ümumiyyətlə, Avropa Birliyi Azərbaycan üçün potensial yeni bazarlardan biridir. Bu, 500 milyon istehlakçısı və alıcılıq qabiliyyəti kifayət qədər yüksək olan bir bazardır. Bundan başqa Körfəz ölkələri, xüsusilə aqrar məhsullarımızın ixracı üçün əlverişli bazarlardandır. Son illərdə Körfəz ölkələrinə ixrac həcmi artır. Halbuki, Avropa Birliyi də Azərbaycandan aqrar sahə üzrə məhsul alışını çoxaltmaq niyyətindədir. İndilikdə Avropaya daha çox fındıq və nar məhsulları ixrac olunur.

Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov bildirib ki, ötən il fındıq ixracı 20 842 tona bərabər olub. Fındıq idxalçıları arasında birinci yerdə İtaliya qərarlaşıb. Bu ölkəyə təxminən 9 min ton təmizlənmiş meşə fındığı tədarük edilib. İkinci yerdə Rusiya, üçüncü yerdə Almaniya qərarlaşıb:“Biz indi bazarı şaxələndirməyə və digər bazarlara çıxış əldə etməyə çalışırıq. Biz artıq Dubaya və Tunisə məhsul tədarük etməyə başlamışıq”. Hesab edilir ki, digər məhsullar üzrə də Avropaya ixrac həcmi artırılmalıdır. Dünya Bankının rəsmisi Culian Lampietti də bunu vacib sayır: "Azərbaycanda aqrar sektor ixracın 77 faizini Rusiya istiqamətində həyata keçirir və bu, zəif cəhətdir. Yeni bazarlar barədə düşünmək lazımdır". Məsələ ilə bağlı "Sputnik Azərbaycan"a açıqlama verən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Azərbaycanın əmtəə, məhsul və xidmətlərinin təşviqi nöqteyi-nəzərindən Rusiya seqmentinin strateji və prioritet olduğunu bildirib: "Qeyri-neft sektorunun inkişafından söhbət gedirsə, burada əsas istiqamət Rusiyadır. Hesab etmirəm ki, bunun iqtisadiyyat üçün ciddi şəkildə hər hansı bir mənfi nəticələri gözləniləndir. Çünki nəzərə almaq lazımdır ki, xarici ticarət, iqtisadiyyat ilk növbədə yaxın qonşu ölkələrlə həyata keçirilir. Bu baxımdan da Rusiya bazarı Azərbaycanın qeyri-neft sektoru istehsalçıları və ixracatçıları üçün prioritetdir. Bu proses çox dayanıqlıdır və bu prosesin faktiki olaraq real alternativi yoxdur. Avropa və digər bir çox bazarlarda çox ciddi şəkildə formalaşan ticarət maneələri mövcuddur. Bu, imkan vermir ki, uzunmüddətli perspektivdə də Rusiyaya alternativ bazarın formalaşmasından söhbət edə bilək". Ekspertin fikrincə, burada əsas məsələ ixracın coğrafiyasında deyil, strukturunda dəyişikliklərdən ibarət olmalıdır: "Rusiyanın hansısa digər xarici bazarla əvəz edilməsi əsas məsələ deyil. Burada ixrac məhsulunda əlavə dəyərin daha çox xüsusi çəkiyə malik olmasından, daha yüksək texnologiyaya malik olan, elm tutumlu əmtəə, məhsul və xidmətlərin ixracından söhbət etməliyik. Eyni zamanda ixracın coğrafiyasının da şaxələndirilməsi hər bir ölkə üçün arzuolunandır. Amma hər bir ölkənin strateji xarici ticarət tərəfdaşları var. Azərbaycan üçün əsas xarici ticarət tərəfdaşının Rusiya olması heç də ölkəmizin iqtisadiyyatına hər hansı bir ciddi təhlükə kəsb etmir. Azərbaycanın Rusiya ilə ticari, iqtisadi əlaqələrinin gücləndirilməsi labüddür və zəruridir".Digər ekspert  Elşən Bağırzadə isə vurğulayır ki, Azərbaycanın qeyri-neft ixracının önəmli hissəsi kənd təsərrüfatı məhsullarıdır: "Onsuz da kənd təsərrüfatı məhsulları ixrac edən ölkələr dünya bazarında bu məhsulların qiymətindən asılı olur. Yəni bunların qiyməti tez-tez dəyişir, müxtəlif problemlər olur. Ona görə kifayət qədər kənd təsərrüfatı məhsulları ixrac edən ölkələrin ixrac gəlirləri qeyri-sabit olur. Bu reallıqdır və ABŞ, Türkiyə, İsrail üçün də belədir. Yəni kənd təsərrüfatı məhsulları sənaye məhsullarından fərqlidir və dünya bazarında qiymətlər tez-tez dəyişə bilir. Bu, kənd təsərrüfatı məhsullarının ixracının birinci xüsusiyyətidir. Kənd təsərrüfatı məhsullarının ixracının ikinci xüsusiyyəti bazar məsələsidir. Yəni məhsullar davamlı, dayanıqlı bazarlara, yoxsa, qeyri-müəyyən olan bazarlara ixrac edilir". Onun sözlərinə görə, Rusiya Azərbaycan üçün böyük bazar olsa da, qeyri-stabil bazardır: "Rusiyada müəyyən iqtisadi böhranlar olur ki, bu da ixracın davamlılığı baxımından böyük risqdir. Ona görə də Dünya Bankının nümayəndəsinin fikrini dəstəkləyirəm ki, burada risq var. Azərbaycan onsuz da risqli olan kənd təsərrüfatı məhsulları ixracını daha dayanıqlı bazarlara ixrac etməyə çalışmalıdır". Ekspert fikrinə misal da gətirir: "Məsələn, dayanıqlı bazar olaraq Avropa Birliyi bazarını nəzərdən keçirə bilərik. Azərbaycan çalışmalıdır ki, daha yüksək standartlı məhsullar istehsal edərək bu bazara girə bilsin. Orada məhsulların qiyməti yüksək, əhalinin gəlirləri, iqtisadiyyatın inkişafı stabil olduğu üçün bu bazarlara davamlı məhsul ixrac etmək olar".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ