Bazar günü günü, 18 oktyabr 2026
     

Neft qiymətlərində fantastik bahalaşma mərhələsi başlanır

Image


Dünya neft bazarlarında baş verən son proseslər bu məhsulun hansı həddədək bahalaşması barədə yeni maraqlı yanaşmaların meydana çıxmasına səbəb olub. İndilikdə isə belə bir fikir hakimdir ki, neftin orta qiyməti bu gedişlə 75 dollarıq həddən aşağı düşməyəcək. Bu isə hasilatçı ölkələrin, o cümlədən Azərbaycanın neft satışından daha çox vəsait əldə etməsi deməkdir. Xatırladaq ki, son büdcə dəyişikliklərindən sonra neftin qiyməti 55 dollardan götürülüb. Amma faktiki satış qiyməti Azərbaycan nefti üçün artıq 80 dollar təşkil edir. Bu isə il ərzində Azərbaycanın neft satışından daha çox vəsait əldə etməsi deməkdir.

İndilikdə ABŞ-ın müttəfiqi olan ölkələrdən və onların şirkətlərindən bu ilin noyabr ayına qədər İrandan neft idxalının dayandırılmasını tələb etməsi dünya bazarında “qara qızıl”ı bahalaşdırır. Qeyd edək ki, İran Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) aparıcı üzvüdür. Bu ölkənin gündəlik neft hasilatının həcmi 3,2 milyon barrel, neft ixracatının həcmi isə 2 milyon barreldir. Odur ki, İrana qarşı atılan addım dərhal dünya neft bazarına təsir edir. Belə vəziyyətdə bahalaşma üzündən Avropada ABŞ-ın İranla bağlı addımlarını narahatlıqla və narazılıqla qarşılayırlar. Məsələn, Fransanın xarici işlər naziri Cen Yves Le Drayn bəyan edib ki, İrana qarşı atılmış addımlardan Avropa şirkətləri ziyan çəkməməlidir. O, bunun üçün ABŞ-la müzakirələrə başlayacağını deyib. Almaniyanın iqtisadiyyat naziri Peter Altmayer isə İranla bağlı qadağalara görə ölkəsinin şirkətlərinin üzləşə biləcəyi risqləri minimuma endirməyə çalışacaqlarını bildirib. Bu arada OPEK üzvləri qiymət arıtımının daha sürətli olmasına yol verməmək üçün bu il iyunun 22-də Avstriyanın paytaxtı Vyanada keçirilən görüşdə hasilatı OPEK+ üzrə sutkalıq 1 milyon barrel artırmaq barədə qərar qəbul edib. OPEK-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin 4-cü görüşündə də hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. OPEK və qeyri-OPEK ölkələrinin bu yeni razılaşmasını Azərbaycan da dəstəkləyib. Amma ekspertlər vurğulayır ki, indiki şəraitdə OPEK ölkələrinin gündəlik neft hasilatının həcmini 1 milyon barrel artırmaq barədə qərarı neft bazarında bolluq yaratmayacaq. Ən yaxşı halda İrana qarşı tətbiq edilən sanksiyalardan yaranacaq boşluq doldurulacaq. Çünki sanksiyalar nəticəsində İranın neft ixracının həcmi 300-600 min barrel, hətta 1 milyon barrel azala bilər. Bu isə nefti nəinki ucuzlaşmağa qoymayacaq, əksinə, bir qədər də bahalaşdıra bilər. Bununla belə, ABŞ-ın addımı onu avropalı müttəfiqlərinin nəzərində “sözünə güvənilməyən ölkə”yə çevirib və ikitərəfli münasibətlərdə qırılma kimi qəbul olunur. Avropa ölkələri, ABŞ-ın qərarına baxmayaraq, İranla siyasi və iqtisadi əlaqələrini məhdudlaşdırmaya da bilər. Lakin Avropanın böyük şirkətlərinin İrandan çəkilməsi neft qiymətlərini yüksəldir. Digər tərəfdən qarşıdakı dövr ərzində OPEK+ üzrə neftin hasilatında yeni azalmalar da gözlənir. Məsələn, elə OPEK Azərbaycanda neft hasilatının azalacağını proqnozlaşdırır. Bildirilir ki, may ayında Azərbaycanın xam neft hasilatı artaraq gündəlik 730 min barrel olub. Xəzər dənizində yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundakı “Mərkəzi” və “Şərqi Azəri” platformaları vasitəsilə kondensat da daxil olmaqla ölkənin neft istehsalı çoxalaraq sutkalıq 810 min barrel təşkil edib. Bu il Azərbaycanın neft hasilatının orta hesabla 10 min barrel azalaraq gündəlik 790 min barrelə düşəcəyi proqnozlaşdırılır. OPEK Azərbaycanın neft istehsalının 2019-cu ildə isə orta hesabla 20 min barrel aşağı düşərək sutkada 770 barrelə olacağını nəzərdə tutur. Digər ölkələrdə də müəyyən azalmalar fonunda neftin qiymətinin daha böyük sürətlə artımı proqnozlaşdırılır. Bu durumda OPEK dünyada neftə gündəlik tələbatın həcminin 1,45 milyon  barrel artacağını proqnozlaşdırır.Qurumun hesabatında bildirilir: “Neft tədarükündə əsas artım ABŞ, Kanada, Braziliya, Avstraliya, Qazaxıstan və Böyük Britaniya, azalma isə Meksika, Çin və Norveç üzrə müşahidə olunacaq”.

Xatırladaq ki, bir qədər əvvəl İranın OPEK-dəki nümayəndəsi Hüseyn Kazempur Ərdəbili bildirib ki, ABŞ prezidenti Donald Trampın hərəkətləri neftin qiymətinin 100 dollara  kimi artmasına səbəb ola bilər. Amma neftə tələbin artması qiymətlərin 100 dollarlıq həddi də asanlıqla keçəcəyini göstərir. OPEK bildirir ki, 2019-cu ildə qlobal neft tələbatı gündəlik 100,3 milyon barrelə yüksələcək. O da bildirilir ki, iyunda qlobal neft təklifi may ayı ilə müqayisədə 600 min barrel artaraq gündəlik 98 milyon 10 min barrel olub. Ötən ay qeyri-OPEK ölkələrinin neft hasilatı da 430 min barrel çoxalaraq sutkalıq 65 milyon 680 min barrelə çatıb. OPEK-in proqnozuna görə, gələn il qlobal neft tələbatı bu illə müqayisədə 1 milyon 450 min barrel artaraq gündəlik 100 milyon 300 min barrelə çatacaq. OPEK üzrə neft tələbatının isə 2019-cu ildə cari ilə görə 800 min barrel azalaraq sutkalıq 32 milyon 200 min barrelə düşəcəyi gözlənir. Elə bu da qiymətləri tətikləyən növbəti vacib amil sayılır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ