çərşənbə günü, 19 avqust 2026
     

Ərəb ölkələrinin Azərbaycanla neft əməkdaşlığında maraqlı dövr başlayır

Image


Dünya birjalarında neftin dəyişən qiyməti hasilatçı ölkələri aralarındakı işbirliyini daha da gücləndirməyə sövq edir. Çünki belə işbirliyi olmadığı təqdirdə neftin qiymətinin yeni siyasi maraqlara, spekulyativ oyunlara qurban gedəcəyi açıq hiss olunur. Qeyd edək ki, təxminən 1 həftə bundan əvvələ qədər dünya bazarında neftin 1 barreli 80 ABŞ dollarına qədər bahalaşmışdı. Hazırda isə əmtəə birjalarında qiymət 75-77 dollar arasında dəyişir.

Xatırladaq ki, kəskin qiymət artımına səbəb ABŞ-ın İranla bağlı sazişdən çıxması, bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyə qərar verməsi idi. Digər tərəfdən isə, dünyanın aparıcı neft ixracatçılarından olan Venesuelada iqtisadi böhranın dərinləşməsi bu ölkədə “qara qızıl” sənayesini təhlükə altında qoya bilər. Bu isə neft bazarında təklifin nəzərəçarpacaq dərəcədə azalması deməkdir. Amma Avropanın İranı dəstəkləməsi fonunda Tehran amili neftin qiymət yüksəlişində artıq vacib rol oynamır. Eyni zamanda ABŞ-ın İrana qarşı sanksiya xəbərlərinin səngiməsi də neftin bahalaşmasını dayandırıb. Çünki investorların bazarda tələbin təklifi üstələyəcəyi ilə bağlı gözləntiləri azalıb. Bununla belə, son günlər Rusiya və Səudiyyə Ərəbistanı hökumətlərinin neft istehsalının həcmini artıra biləcəkləri barədə açıqlamaları qiymətlərdə müəyyən qədər azalmaya səbəb olub. Bütün bunlar isə hasilatçı ölkələrin artıq əməkdaşlıqla bağlı daha effektiv siyasət yürütməsini zərurətə çevirir. Qeyd edilənlər fonunda ərəb ölkələrinin neft nazirləri müstəqil istehsalçılar və Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) ilə işbirliyinin davam etdirilməsinin vacib olduğunu vurğulayır. OPEK və qeyri- OPEK ölkələri arasında neft istehsalının azaldılmasına dair sazişə nəzarət edən nazirlər komitəsinin Küveytdə qeyri-rəsmi məsləhətləşmə toplantısı keçirilib. Müzakirələrdə Səudiyyə Ərəbistanı, Oman, Əlcəzair, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin neft və enerji nazirləri iştirak edib. Səudiyyə Ərəbistanı nazirlər komitəsinə, Birləşmiş Ərəb Əmirlikləri isə OPEK konfransına sədrlik edib. Komitənın iclasından sonra verilən məlumatda  bazarda tarazlığın qorunmasının vacibliyi vurğulanıb. Ərəb ölkələrinin neft nazirləri bunun da OPEK və müttəfiqləri arasında əməkdaşlığın davam etdirilməsi sayəsində mümkün olacağını bildirib.

Qeyd edək ki, bu il iyunun 21-22-də Avstriyanın paytaxtı Vyanada OPEK Nazirlər Şurasının 174-cü iclası, eləcə də OPEK və OPEK+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin doqquzuncu iclası keçiriləcək. Həmin iclaslarda Azərbaycanın da təmsil olunması nəzərdə tutulur. Digər tərəfdən görünən odur ki, ərəb ölkələrinin neft nazirləri hasilat məsələsində, ümumiyyətlə, Azərbaycanla da əməkdaşlıqda xüsusi maraqlı tərəf kimi çıxış edir. Onlar müstəqil istehsalçılar, o cümlədən də Azərbaycan və OPEK arasında işbirliyinin davam etdirilməsinin vacib olduğunu bəyan edir. Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEK üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEK  üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Ötən müddət ərzində  yeni razılaşmada Azərbaycan öhdəliklərini tam yerinə yetirib. Belə görünür ki, qarşıdakı dövr ərzində də Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi OPEK üçün əsas istiqamətlərdən biri olacaq.

Qarşılıqlı əməkdaşlıq şəraitində neftin yüksələn qiyməti Azərbaycanın da gəlirlərini əhəmiyyətli dərəcədə artırır. Digər tərəfdən Azərbaycan neft vəsaitlərinin səmərəli idarəsi nəticəsində də gəlirlərini xeyli artıra bilir. Bunu Dövlət Neft Fondunun  investisiyalarından da görmək olar. Fondun indinin özündə də strategiyasının əsas istiqamətlərindən biri tamamilə şaxələndirilmiş portfelin yaradılmasıdır. Qeyd edilən məqamla bağlı Fondun müvafiq açıqlamasında bildirilir: “2012-ci ildən Dövlət Neft Fondu özündə müxtəlif şirkətləri, ölkələri və sahələri birləşdirən dünya səhm bazarına investisiya qoymağa başladı. Qeyd olunmalıdır ki, bu proses həm xarici menecerlərin, həm də Fondun mütəxəssislərinin köməyilə həyata keçirilib.  2018-ci ilin birinci rübünün sonuna investisiya portfelində səhmlərin payı 14,2 faiz təşkil edib. Fondun investisiya siyasətinə uyğun olaraq, səhmlərə portfelin 25 faizinədək investisiya qoyula bilər. 2018-ci il aprelin 1-nə Dövlət Neft Fondunun investisiya portfelinin ümumi həcmi 37,63 milyard ABŞ dolları  və ya ümumi aktivlərin təxminən 100 faizini təşkil edib. Beləliklə, Fondun investisiya portfelinin 3,4 faizi həcmində sərmayə qızıla, 5,8 faizi daşınmaz əmlaka, 14,2 faizi səhmlərə, 76,6 faizi isə istiqrazlar və digər pul bazarı alətlərinə qoyulub“. Daşınmaz əmlaka, səhmlərə, istiqrazlar və digər pul bazarı alətlərinə qoyulan vəsait indiyə qədər fonda 1 milyard dollardan çox əlavə vəsait qazandırıb.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

19.08.2026 / 17:40
Əliyevin Rusiya ilə siyasi davranışları Ermənistanda qızğın müzakirə olunmağa başlayıb...

19.08.2026 / 17:27
Xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda yaxalanaraq Azərbaycana gətirildi - VİDEO

19.08.2026 / 17:12
Gürcüstanda pul qazanmaqda Azərbaycan Türkiyəni üstələdi, fərq – 550 min dollar...

19.08.2026 / 16:49
Tramp Omanı Amerikanın düşmənləri siyahısına daxil etdi - vurulacaq...

19.08.2026 / 16:25
Azərbaycanın dövlət borcunda dəyişiklik gözlənilir...Nazirlik hesabat yaydı...

19.08.2026 / 16:22
CNN Azərbaycana böhtan atdı, məhkəməyə verildi...

19.08.2026 / 16:11
Ermənistan ordusunda ölüm halları ölkəni yenidən qarışdırdı...

19.08.2026 / 16:06
Paşinyan Türkiyəyə dəmiryolu çəkilişini beynəlxalq tenderə çıxardı...

19.08.2026 / 15:37
Putin “Yabloko”nun adını bütün seçki sənədlərindən silməyi əmr etdi...

19.08.2026 / 15:15
Yevlax Regional Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildi

19.08.2026 / 14:58
Rusiyadan Ermənistana Azərbaycandan vasitəsilə 1 820 ton buğda göndəriləcək

19.08.2026 / 14:44
Mədəniyyət Nazirliyinə yeni aparat rəhbəri təyin olundu, Mustafa Abbasbəyliyə isə yeni vəzifə verildi

19.08.2026 / 14:36
Netanyahu Trampın Qəzza planını rədd etdi, Tramp dözdü - inanmaq olar?..

19.08.2026 / 14:12
Tramp İranla danışıqları dayandırmağı əmr etdi - sərt sanksiyalar gəlir…

19.08.2026 / 13:54
ABŞ münaqişəni qızışdırarsa, İran Avropaya zərbə endirə bilər…

19.08.2026 / 13:39
Rusiya ilə müharibənin Ukraynaya vurduğu ziyan 600 milyard dolları keçdi...

19.08.2026 / 13:25
Ukraynada yüksək vəzifəli məmurların evində axtarış aparılır - Zelenskinin ofis rəhbərinin müavini də təhlükə ilə üzləşdi…

19.08.2026 / 13:10
Prezident Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirdi - VİDEO

19.08.2026 / 12:54
ABŞ Azərbaycanı Çini tariflərdən yayınmağa kömək etməkdə ittiham edir…

19.08.2026 / 12:30
İran iki fransız diplomatı “persona non grata” elan etdi

19.08.2026 / 12:14
Həkim səhvi ilə bağlı mübahisələrdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı

19.08.2026 / 11:43
Ağdam kənd qəbiristanlığında hərbi sursat aşkarlandı

19.08.2026 / 11:29
30 ilin sirləri - əfqan əsirliyindən qaçan pilotun film kimi hekayəsi

19.08.2026 / 11:16
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlandı

19.08.2026 / 10:57
Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn ediləcək

19.08.2026 / 10:31
Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar - 9 nəfər həbs edildi

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ