Bazar günü günü, 18 oktyabr 2026
     

Azad sahibkarlığın inkişafı və liberal iqtisadiyyatın təşviqi

Image


“Fermerlər üçün müəyyən edilən güzəştlər sayəsində ötən ilin əvvəlindən heyvandarlıqla məşğul olmağa başladım. Dost-tanışımın məsləhəti ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit götürərək Lənkəranda ferma yaratdım. Beləliklə, fermada bəslədiyim heyvanların ətini Bakıda və qonşu rayonların ət dükanlarına məsləhət görürdüm. Qısa müddət ərzində ətə və südə tələbat artdı. Beləliklə, ehtiyat edərək başladığım sahədə uğur qazanmağa başladım”.

Bu sözləri Lənkəran rayonundan olan Elşad Cəfərov bizimlə söhbətində bildirdi. E.Cəfərov qeyd etdi ki, hazırda öz biznesini qurub. O, Sahibkarlığa Kömək Milli Fondundan əldə etdiyi kredit sayəsində həm öz biznesini qurdu, həm də sahibkarlıq sahəsində uğur qazandı.

Qeyd edək ki,  indiyədək Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 35 mindən çox sahibkara 2,2 milyard manat həcmində dövlətin güzəştli krediti verilib. Məlumat üçün bildirək ki, kreditin 69 faizi aqrar sektorun, 31 faizi isə müxtəlif sənaye və digər sahələrin inkişafına ayrılıb. Güzəştli kreditlərin 92 faizi regionların payına düşür.

Bəllidir ki, sərbəst iqtisadiyyatın inkişaf etdiyi bütün ölkələrdə aparıcı yeri kiçik və orta sahibkarlıq tutur. Bu sahədə çalışan iş adamları bazarın dəyişkənliyinə daha tez uyğunlaşır, həm özlərini, həm də başqalarını işlə təmin edir, üstəlik, dövlətə vergi ödəyirlər. İdarəetmə mexanizmi asan olduğu üçün, məhz kiçik və orta biznes çoxlarını özünə cəlb edir.

Prezident İlham Əliyev də ölkədə özəl sektorun, o cümlədən kiçik və orta sahibkarlığın inkişafına xüsusi önəm verir. İlk növbədə onların qarşısına çıxan problemlərin operativ həlli üçün zəruri tədbirlər görür.

Əhalinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər

Açıqlanan statistik rəqəmlərə əsasən, 2003-2017-ci illərdə əhalinin sahibkarlıq fəaliyyətindən gəlirləri 10,4 dəfə artıb. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev media nümayəndələrinə açıqlamasında qeyd edib ki, görülmüş tədbirlər nəticəsində 2003-2017-ci illərdə ölkəmizin qeyri-neft məhsulları ixracı 4,1, ixrac olunan mal çeşidlərinin sayı 2,6 dəfə artıb: "Eyni zamanda, sahibkarlıq subyektlərinin sayı 4,2, hüquqi şəxslərin sayı 1,9, kiçik müəssisələrin sayı 2, fərdi sahibkarların sayı 5 dəfə artıb. Müstəqillik qazandıqdan sonra ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulub. Özəl sektorun dəstəklənməsi, sahibkarların hüquq və mənafelərinin qorunması sahəsində yeni iqtisadi şəraitə uyğun islahatlar həyata keçirilir, bu sahənin inkişafı üçün beynəlxalq təcrübə nəzərə alınmaqla müasir çağırışlara cavab verən mexanizmlər tətbiq olunur. Sahibkarlığa dövlət dəstəyi tədbirləri nəticəsində sahibkarlıq subyektlərinin sayının son 15 il ərzində artması, ölkəmizdə iş yerlərinin 75 faizinin məhz özəl sektorun payına düşməsi bu prosesin dönməz xarakter aldığını bir daha təsdiq edir”.

Qeyd edək ki, son 15 ildə sahibkarlıqla məşğul olan hüquqi şəxslərin sayı iki dəfə, fiziki şəxslərin sayı isə 5 dəfə artıb. Bu dövrdə 90 mindən çox müəssisə yaradılıb. Qeyri-neft sektorunda 2017-ci ildə 2,7 dəfə, 2018-ci ildə isə 2,8% artım olub. Aqrar sektorda 2017-2018-ci illərdə artım 4% olub. Məlumat üçün bildirək ki, bu il Sahibkarlara Kömək Milli Fondu tərəfindən 170 milyon manat kredit verilməsi nəzərdə tutulur. Artıq bu kreditin 70 milyon manatı verilib.

Ölkə iqtisadiyyatında kiçik və orta sahibkarlığın çəkisi

Azərbaycanda sahibkarlığın inkişafı istiqamatində dövlət tərəfindən bir sıra işlər görülür. Bu sektorun inkişafı üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb. Agentliyin yaradılmasında məqsəd kiçik və orta sahibkarlığın dəstəklənməsinin ayrıca bir qurum tərəfindən həyata keçirilməsidir. Bir sıra inkişaf etmiş ölkələrdə də belə qurumlar fəaliyyət göstərirlər.

Millət vəkili Aydın Hüseynovun sözlərinə görə, qeyri-neft sektoru sahəsinə göstərilən diqqət artıq öz bəhrəsini verməkdədir: “Son illər ərzində ölkə iqtisadiyyatında kiçik və orta sahibkarlığın xüsusi çəkisi artmaqdadır. Sahibkarlığın getdikcə daha böyük rol oynaması inkişaf dinamikasına öz müsbət təsirini göstərir. Ölkə Prezidenti də sahibkarlığın inkişafı üçün həm maddi, həm də siyasi dəstək göstərir. Təkcə bu il sahibkarlığın inkişafına dair qanunvericilik bazasına da xeyli dəyişiklik edildi. Xüsusən  kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün qanunlarda mühüm dəyişikliklər aparıldı. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması sahibkarlıq sahəsinin daha da inkişafına təkan verəcək. Onların işlərinin korporasiya olunması, o cümlədən, həm hüquqi, həm struktur cəhətdən bütün parametrlərin daha optimal və daha effektiv qurulması, bu sahənin inkişafına öz töhfəsini verəcək”.

Milli Məclisin deputatı Tahir Mirkişili bildirdi ki, kiçik və orta sahibkarlıq bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə kəmiyyət baxımından ən çox yayılan biznes formasıdır. Belə sahibkarlıq subyektləri dünyada qədim və ən çox yayılan biznes forması hesab edilir: “Bir çox ölkələrdə kiçik və orta sahibkarlıq bazardakı təsərrüfatların 60%-dən çoxunu təşkil edir və ölkənin iqtisadi inkişafında və iş yerlərinin yaradılmasında mühüm rol oynayır. Məsələn, İspaniyada bazardakı təsərrüfatların təqribən 70%-i kiçik və orta sahibkarlıq subyektləridir və onların ÜDM-də payı 65%-ə çatır. Kiçik və orta sahibkarlığı xarakterizə edən amillər onların sürətlə yaradılması, qərarların qəbulunda çeviklik, bazarda dinamiklik, yüksək motivasiya, qənaətcillik, dövlətdən dəstək alma imkanlarıdır. Eyni zamanda, kiçik və orta sahibkarlıq subyektləri innovativ ideyaların yaradılmasında, artımın inklüzivliyinin təmin olunmasında, iqtisadi inkişafın dayanıqlığında mühüm rol oynayırlar”

Sahibkar qadınlar

Qeyd edək ki, Azərbaycan hökuməti ölkədə məşğulluğun və sosial aktivliyin artırılması, habelə əmək qabiliyyətli insanların potensialından maksimum dərəcədə istifadə edilməsi məqsədilə qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması istiqamətində stimullaşdırıcı tədbirlərini gücləndirib.

Hökumət qadın sahibkarlığının inkişafı məqsədilə konkret tədbirlər də nəzərdə tutub. Bu tədbirlər 2017-ci ildən başlayaraq 2025-ci ilə qədər davam etdiriləcək. İlk növbədə qadın sahibkarlara informasiya dəstəyi verilir və veriləcək. Qadın sahibkarlara informasiya dəstəyi vermək üçün qadınların sahibkarlıqla bağlı zəruri olan məlumatlara əlçatanlığının təmin olunması məqsədilə müxtəlif tədbirlər həyata keçirilməkdədir.

Qadın sahibkarlığının inkişafı məqsədilə Sahibkar Qadınlar Assosiasiyası təsis edilib. Hökumət qadın sahibkarların güzəştli kreditlərdən istifadə imkanlarının yaxşılaşdırılması üçün güzəştli kreditlərin verilməsi mexanizminin sadələşdirilməsi və investisiya layihələrinin hazırlanmasında dəstək tədbirlərini də görür və görəcək. Rəsmi statistikaya əsasən, 2017-ci ilin 9 ay ərzində Azərbaycanda qadın sahibkarlara 5,4 milyon manat güzəştli kredit verilib. Bu kreditlər 164 qadın sahibkara təqdim edilib. Mütəxəssislərin bildirdiyinə görə, bu günə kimi, ümumilikdə, 4 min qadın sahibkara 90,4 milyon manat dəyərində güzəştli kredit verilib ki, bu da aşağı göstəricidir.

Aqrar sahibkarlara texniki dəstək

Sahibkarlığın inkişafı məqsəsilə onlara dövlət tərəfindən tək güzəştli kredit deyil, eyni zamanda texniki dəstək də göstərilir. Aqrar sahə ilə məşğul olanlar üçün texniki köməklik göstərilməkdə davam edir. Belə ki, qeyd olunan sahəyə kömək üçün verilən texnikanın sayı və çeşidi genişləndirilir. Bu il yeni kənd təsərrüfatı texnikasının alınması üçün 160 milyon manat vəsait sərf olunacaq. Alınan taxılbiçən, pambıqyığan kombaynlar, traktorlar, qoşqular, digər texnikalar da, ötən illərdə olduğu kimi, lizinq yolu ilə fermerlərə veriləcək. Bütün bunların müqabilində hökumət işin səmərəli təşkilinə nail olmaqla sahibkar kəndlilərdən rentabelli iş gözləyir. Əgər subsidiya verilirsə, bundan səmərəli istifadə olunmalıdır. Ötən il kənd təsərrüfatında əldə edilmiş 4,1 faizlik artım sübut edir ki, istehsal artır və subsidiyalardan istifadə faydalıdır. Bu istiqamətdə dövlətin səyləri bu il də davam edəcək və ilin məhsuldarlığı gözlənilən nəticələri verəcək.

Regionların inkişafında sahibkarlığın rolu

Ölkədə özəl sektorun inkişafı üçün mövcud şərait sahibkarları yeni müəssisələr açmağa sövq edir. Bunun nəticəsidir ki, ötən ilin sonunda yeni yaradılan müəssisə və təşkilatların sayı 7,7 faiz artaraq 115651 olub.

Onu da qeyd edək ki, yeni yaradılan müəssisələrin 81,2 faizi kiçik və orta sahibkarlara məxsusdur. Bunlar əsasən ticarət, tikinti, kənd təsərrüfatı və balıqçılıq, emal sənayesi, istirahət və əyləncə, turistlərin yerləşdirilməsi, iaşə və texniki xidmət göstərən sahələri əhatə edir. Sahibkarlıqla məşğul olmaq istəyən fərdi sahibkarların əsas hissəsi Bakıda cəmlənsə də, Aran, Gəncə-Qazax və Lənkəran iqtisadi rayonlarında da fəallıq müşahidə edilir.

Sahibkarlığın inkişafı üçün hansı güzəştlər tətbiq olunmalıdır?

Kiçik və orta sahibkarlar üçün bir sıra güzəştlər nəzərdə tutulur. Vergilər naziri Mikayıl Cabbarov  bu günlərdə Azərbaycanda kiçik və orta sahibkarların vergi yükünün nəzərəçarpacaq dərəcədə azaldılacağını bildirib. Nazir bununla bağlı dövlət büdcəsi paketinə bir sıra dəyişikliklərin edilə biləcəyini vurğulayıb. O, həmçinin, təklif edilən dəyişikliklər sırasında vergi uçotunun bərpasının da yer aldığını qeyd edib. Qeyd edək ki, bu qərar azad sahibkarlığın daha da inkişafına səbəb olacaq.

Günel CƏLİLOVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.  



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ