Cümə günü, 23 oktyabr 2026
     

İcbari tibbi sığortanın detalları açıqlandı

Image


Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin detalları açıqlanıb. APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 28 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə”də əksini tapıb.

Pilot layihənin baza (əsas xidmətlər) zərfi (baza zərfi) pilot layihə çərçivəsində sığorta olunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin siyahısıdır. Sığorta olunan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunda nəzərdə tutulmuş qaydada yaşayış yeri üzrə Mingəçevir şəhəri və ya Yevlax rayonunda qeydiyyata alınmış Azərbaycan vətəndaşları, yaşayış yeri üzrə Mingəçevir şəhəri və ya Yevlax rayonunda qeydiyyata alınmış müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərdir. İcbari tibbi sığorta ödənişi sığorta olunanlara tibbi xidmətlərin göstərilməsi müqabilində baza zərfində qeyd olunmuş tariflərə uyğun olaraq tibb təchizatçısına ödənilən maliyyə kompensasiyasıdır. Adambaşı sığorta ödənişi metodu ilkin səhiyyə xidməti göstərən tibb təchizatçısına təhkim olunmuş şəxslərin sayına görə və baza zərfinə daxil olan tibbi xidmətlər üçün müəyyən edilmiş tarifə əsasən həmin tibb təchizatçısına maliyyə vəsaitinin ödənilməsi (təhkim olunmuş şəxslərə tibbi xidmətin göstərilib göstərilməməsindən asılı olmayaraq) deməkdir.

Xidmətə görə sığorta ödənişi metodu göstərilmiş hər bir tibbi xidmətə görə baza zərfinə daxil olan tibbi xidmətlər üçün müəyyən edilmiş tariflərə uyğun olaraq tibb təchizatçısına maliyyə vəsaitinin ödənilməsidir. Tibb təchizatçısı Mingəçevir şəhəri və ya Yevlax rayonu ərazisində Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilmiş dövlət səhiyyə qurumları, müəyyən olunmuş tariflər çərçivəsində Agentliklə xidmətlərin göstərilməsinə dair müqavilə bağlamış özəl tibb fəaliyyəti və ya özəl tibbi praktika ilə məşğul olan hüquqi və ya fiziki şəxslər və aptek təşkilatlarıdır. Azadolma məbləği sığorta tələbi irəli sürüldükdə, baza zərfinə daxil olan tibbi xidmətlərdən istifadə edilməsinin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığorta olunanın üzərində qalan hissəsidir.

Pilot layihə Mingəçevir şəhəri və Yevlax rayonunun ərazisinə şamil olunur, 2017-ci il 1 yanvar tarixində başlayır və 2018-ci il 1 fevral tarixində başa çatır. Tibb təchizatçılarının vəzifələri sırasına azadolma nəzərə alınmaqla, sığorta olunanlara baza zərfi çərçivəsində ödənişsiz tibbi xidmətlər göstərmək, tibb işçisinin təqsiri üzündən şəxslərin sağlamlığına dəymiş zərərin əvəzini ödəmək, ixtisaslaşdırılmış tibbi xidmətin göstərilməsi mümkün olmadıqda, tibb təchizatçısı tərəfindən sığorta olunanları bu xidməti göstərən və Agentliklə müqavilə bağlamış digər tibb təchizatçısına göndərməkdir. Sığorta ödənişi ilkin səhiyyə xidməti, TTTY, ambulator və stasionar tibbi xidmət üzrə sığorta ödənişinin məbləği və ödənilmə şərtləri pilot layihədə nəzərdə tutulmuş sığorta ödənişi metodlarından (adambaşı sığorta ödənişi metodu və xidmətə görə sığorta ödənişi metodu ) istifadə etməklə Agentlik və tibb təchizatçısı arasında bağlanan müqavilə ilə müəyyən edilir. Pilot layihədə nəzərdə tutulmuş sığorta ödənişi metodlarının tətbiqi qaydası Agentlik tərəfindən müəyyən edilir. Agentliyin tabeliyinə verilmiş dövlət səhiyyə qurumlarının xərclər smetasında nəzərdə tutulmuş məbləğ ilə Agentlik tərəfindən həmin qurumlara verilmiş sığorta ödənişlərinin məbləği arasında fərq yarandığı halda, həmin fərqin aylıq əsaslarla maliyyələşməsi Agentlik tərəfindən təsdiq edilmiş pilot layihə büdcəsinin vəsaitləri hesabına həyata keçirilir. Agentlik sığorta ödənişinin verilməsindən sığorta tələbi baza zərfinə daxil olmayan tibbi xidmət ilə bağlı olduqda, sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda, sığorta hadisəsinin baş vermədiyi aşkar edildikdə imtina edir.

İlkin səhiyyə xidmətlərini göstərən tibb təchizatçısı yalnız ona təhkim olunmuş sığorta olunanlara xidmət göstərir. Sığorta olunanlar ilkin səhiyyə xidmətlərini göstərən tibb təchizatçısını ildə 2 dəfədən çox olmamaq şərtilə Agentliyə müraciət etməklə həmin ərazidə fəaliyyət göstərən digər tibb təchizatçısı ilə əvəz edə bilər. TTTY stasionar qaydada tibb təchizatçısının yerləşdiyi inzibati binada və ya çağırış üzrə fəaliyyət göstərir. Sığorta olunanların baza zərfi çərçivəsində ambulator tibbi xidmətlərdən istifadəsinə yalnız ilkin səhiyyə xidmətlərini göstərən tibb təchizatçısının göndərişinə əsasən yol verilir. Sığorta olunanların baza zərfi çərçivəsində stasionar tibbi xidmətlərdən istifadəsinə ambulator tibbi xidmət, ilkin səhiyyə, TTTY sahəsində fəaliyyət göstərən tibb təchizatçısının göndərişinə əsasən yol verilir. Sığorta olunanlar ambulator və stasionar tibbi xidmətlərdən göndərişsiz istifadə etmək istədikdə, pilot layihə ilə nəzərdə tutulmuş azadolma məbləğini ödəməlidirlər. Baza zərfinə daxil olan stasionar tibbi xidmətlər Agentlik tərəfindən müəyyən edilmiş növbəlilik qaydasında göstərilir.

Baza zərfi TTTY və ilkin səhiyyə, ixtisaslaşmış ambulator-poliklinik və stasionar tibbi xidmətləri, eləcə də dərman vasitələri ilə təminatı əhatə edir. Pilot layihə çərçivəsində baza zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən olunur və Agentliyin  rəsmi internet saytında yerləşdirilir.  Azadolma məbləği nəzərə alınmaqla, pilot layihə çərçivəsində sığorta olunanlar baza zərfinə daxil olan tibbi xidmətlərdən istifadə etmək hüququna malikdirlər. Sığorta olunanlar baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərdən Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilmiş tariflərə uyğun olaraq öz vəsaitləri hesabına istifadə edə bilərlər.

İlkin səhiyyə xidmətinin göndərişi olmadan ambulator tibbi xidmət üçün birbaşa müraciət edilən hallarda sığorta olunan hər müraciət üçün 3 manat həcmində azadolma məbləği ödəməlidir. Sığorta olunan kompüter tomoqrafiyası (tam, kontrastlı, kontrastsız və kompüter tomoqrafiyası altında keçiriləcək diaqnostik və müalicəvi müdaxilələr daxil olmaqla) üzrə göstərilən tibbi xidmətə dair tibb təchizatçısına 2 dəfədən artıq müraciət etdikdə, hər əlavə müayinə üçün 10  manat həcmində azadolma məbləği ödəməlidir. Sığorta olunan maqnit rezonans tomoqrafiyası (tam, kontrastlı, kontrastsız) üzrə göstərilən tibbi xidmətə dair tibb təchizatçısına 2 dəfədən artıq müraciət etdikdə, hər əlavə müayinə üçün 20 manat həcmində azadolma məbləği ödəməlidir. Baza zərfinə daxil olan tibb vasitələri istisna olmaqla, digər tibb vasitələrinin qiyməti sığorta olunan tərəfindən ödənilir. Azadolma məbləği sığorta olunan tərəfindən birbaşa tibb təchizatçısına ödənilir. Pilot layihə çərçivəsində baza zərfinə daxil olan tibbi xidmətlərin tarifləri Azərbaycan prezidenti tərəfindən müəyyən olunur. Pilot layihə ilə əhatə olunmayan şəxslərə tibbi xidmətlər göstərildikdə, baza zərfinə daxil olan və baza zərfinə daxil olmayan tibbi xidmətlər Azərbaycan prezidenti tərəfindən müəyyən olunmuş tariflərə uyğun olaraq öz vəsaitləri hesabına göstərilir.

Göstərilmiş tibbi xidmətlərin müqabilində tibb işçilərinin mövcud əmək haqlarına əlavələr Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla Agentlik tərəfindən müəyyən edilmiş qaydada verilir. Pilot layihənin məqsədləri üçün subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi həyata keçirmiş Agentliyin istifadə etmək hüququdur. Agentlik subroqasiya hüququndan məhkəmə qaydasında istifadə etmək hüququna malikdir. Sığorta ödənişi almış şəxsin eyni risklərdən sığortalanmasını nəzərdə tutan digər sığorta müqaviləsi mövcud olduqda, icbari tibbi sığorta üzrə sığorta ödənişini həyata keçirmiş Agentlik həmin müqavilənin tərəfi olan sığortaçıya qarşı sığorta ödənişi miqdarında subroqasiya hüququndan istifadə etmək hüququna malikdir. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ