Cümə günü, 23 oktyabr 2026
     

Stra­te­ji Yol Xə­ri­tə­si: Mil­li iq­ti­sa­diy­ya­tın in­ki­şa­fın­da ye­ni dö­nəm...

Image


XX əs­rin son­la­rı və ye­ni yü­zil­li­yin əv­vəl­lə­rin­də dün­ya­nın si­ya­si ab-ha­va­sı­nı də­yi­şən qlo­bal transfor­ma­si­ya­lar öl­kə­lə­rin iq­ti­sa­diy­yat­la­rın­da da öz tə­si­ri­ni gös­tər­mək­də­dir. Tə­rəq­qi, dur­ğun­luq və tə­nəz­zül fa­za­la­rı­nın əv­vəl­lər ol­du­ğu ki­mi ay­rı­ca gö­tü­rül­müş öl­kə­lər­də de­yil, məhz qlo­bal miq­yas­da bü­tün öl­kə­lər­də, de­mək olar ki, ey­ni za­man­da mü­şa­hi­də olun­ma­sı da məhz mü­a­sir döv­rü­mü­zün tə­za­hür­lə­rin­dən bi­ri­dir.

Ha­zır­da qlo­bal­laş­ma şə­ra­i­tin­də mil­li iq­ti­sa­diy­yat­la­rın kə­nar tə­sir­lə­rə qar­şı həs­sas­lı­ğı­nın artdı­ğı bir vaxtda iq­ti­sa­di in­ki­şaf pro­ses­lə­ri­nə tə­sir gös­tə­rən qlo­bal si­ya­si, iq­ti­sa­di fak­tor­la­rın da sa­yı cid­di şə­kil­də artmış­dır. Bu ba­xım­dan, iq­ti­sa­di in­ki­şaf pro­se­si­nin han­sı mər­hə­lə­sin­də ol­ma­sın­dan ası­lı ol­ma­ya­raq, bü­tün öl­kə­lə­rin bu və ya di­gər də­rə­cə­də qlo­bal böh­ra­nın tə­sir­lə­ri­nə və onun do­ğur­du­ğu fə­sad­la­ra mə­ruz qal­ma­sı qa­çıl­maz­dır. Xü­su­si­lə ke­çid döv­rü­nü ya­şa­yan öl­kə­lər­də düz­gün stra­te­ji ba­xı­şın, da­ya­nıq­lı in­ki­şa­fı hə­dəf­lə­yən proq­ram və la­yi­hə­lə­rin ol­ma­ma­sı iq­ti­sa­di dur­ğun­lu­ğu də­rin­ləş­di­rə­rək tə­nəz­zül fa­za­sı­na ke­çi­di sü­rət­lən­di­rir. Ha­zır­da mil­li döv­lət­lə­rin üz­ləş­di­yi əsas ça­ğı­rış iq­ti­sa­di pro­ses­lər zən­ci­rin­də ne­qa­tiv meyllə­rin qar­şı­sı­nın alın­ma­sı­na yö­nəl­miş is­la­hat təd­bir­lə­ri­nin za­ma­nın­da və sə­mə­rə­li şə­kil­də hə­ya­ta ke­çi­ril­mə­si­dir. Be­lə bir şə­ra­it­də iq­ti­sa­diy­ya­tın tə­mə­li­nin sağ­lam­laş­dı­rıl­ma­sı güc­lü si­ya­si ira­də­yə və də­rin iq­ti­sa­di təh­lil­lə­rə əsas­la­nan stra­te­ji ba­xı­şın ol­ma­sı­nı zə­ru­ri edir.

Mil­li in­ki­şa­fın bü­tün is­ti­qa­mət­lə­rin­də önəm­li uğur­la­ra im­za at­mış, XXI əs­rin onun­cu il­lə­rin­də iq­ti­sa­diy­ya­tın ar­tım sə­viy­yə­si­nə gö­rə dün­ya ön­cü­lü ol­muş Azər­bay­can za­ma­nın iq­ti­sa­di ger­çək­lik­lə­ri­nə hər za­man çe­vik mü­na­si­bə­ti ilə fərqlə­nib. Müs­tə­qil­li­yi­ni bər­pa et­dik­dən son­ra öl­kə­miz də də­rin si­ya­si-iq­ti­sa­di transfor­ma­si­ya şə­ra­i­tin­də böh­ran­lı mər­hə­lə­lər ya­şa­yıb. Düş­mən tə­ca­vü­zü, öl­kə­də­ki qey­ri-mü­əy­yən si­ya­si du­rum Azər­bay­ca­nın mil­li ma­raq­la­rı­na bir­ba­şa təh­did for­ma­laş­dır­maq­la ya­na­şı, öl­kə iq­ti­sa­diy­ya­tı­nı da if­lic və­ziy­yə­tə sal­mış­dı. Hey­dər Əli­ye­vin si­ya­si ha­ki­miy­yə­tə qa­yı­dı­şın­dan son­ra qı­sa za­man ər­zin­də bər­qə­rar edil­miş si­ya­si sa­bit­lik iq­ti­sa­di insti­tut­la­rın da nor­mal fə­a­liy­yə­ti­nə şə­ra­it ya­ra­da­raq ba­zar iq­ti­sa­diy­ya­tı­na ke­çi­di sü­rət­lən­dir­di. 1994-cü il­də "Əs­rin mü­qa­vi­lə­si"nin im­za­lan­ma­sı ilə Azər­bay­can dün­ya­nın ener­ji xə­ri­tə­sin­də əhə­miy­yət­li möv­qe qa­zan­dı. Be­lə­lik­lə, iq­ti­sa­diy­yat­da mü­şa­hi­də olu­nan tə­nəz­zül meyllə­ri qı­sa za­man­da di­na­mik iq­ti­sa­di in­ki­şaf ten­den­si­ya­sı ilə əvəz­lən­di.

Son 10 il­də so­si­al-iq­ti­sa­di-ma­liy­yə infrastruk­tu­ru­nun mo­dernləş­di­ril­mə­si nə­ti­cə­sin­də Azər­bay­can iq­ti­sa­diy­ya­tı da­ya­nıq­lı yük­sə­li­şə na­il ol­muş, öl­kə­nin stra­te­ji val­yu­ta eh­ti­yat­la­rı əhə­miy­yət­li də­rə­cə­də artmış­dır. 2004-2015-ci il­lər ər­zin­də öl­kə­də or­ta he­sab­la 10,6 fa­iz il­lik iq­ti­sa­di ar­tım mü­şa­hi­də edil­miş, ÜDM-in həc­mi isə 7,6 də­fə artmış­dır. Ey­ni za­man­da, hə­min dövr ər­zin­də adam­ba­şı­na ÜDM-in həc­min­də 6,5 də­fə ar­tım ol­muş­dur ki, bu da Azər­bay­ca­nın dün­ya öl­kə­lə­ri ara­sın­da 134-cü yer­dən 79-cu ye­rə yük­səl­mə­si­nə sə­bəb ol­muş­dur. Bey­nəl­xalq rey­tinq agentlik­lə­ri və təş­ki­lat­la­rı tə­rə­fin­dən Azər­bay­can­da hə­ya­ta ke­çi­ril­miş iq­ti­sa­di is­la­hat­la­ra və möv­cud iq­ti­sa­di mü­hi­tə yük­sək qiy­mət ve­ril­miş­dir. Dün­ya Ban­kı­nın "Do­ing Bu­si­ness" he­sa­ba­tı­na əsa­sən, Azər­bay­can 2009-cu il­də dün­ya­nın "li­der is­la­hat­çı döv­lə­ti" ki­mi qiy­mət­lən­di­ril­miş­dir. Neft stra­te­gi­ya­sı­nın uğur­lu tət­bi­qi nə­ti­cə­sin­də əha­li­nin ri­fah sə­viy­yə­si yük­səl­miş, iq­ti­sa­diy­ya­ta ka­pi­tal qo­yu­lu­şu də­fə­lər­lə artmış, mak­ro­iq­ti­sa­di sa­bit­li­yə na­il olun­muş­dur. Bu ba­xım­dan, Azər­bay­ca­nın bu gü­nə­dək keç­di­yi so­si­al-iq­ti­sa­di in­ki­şaf yo­lu­nu ki­fa­yət qə­dər uğur­lu he­sab et­mək olar.

La­kin 2014-cü ilin or­ta­la­rın­dan baş­la­ya­raq dün­ya ba­zar­la­rın­da ener­ji da­şı­yı­cı­la­rı­nın qiy­mət­lə­rin­də kəs­kin eniş, xa­ri­ci ti­ca­rət tə­rəf­da­şı olan öl­kə­lər­də iq­ti­sa­di böh­ran və ma­liy­yə böh­ran­la­rı Azər­bay­ca­na da mən­fi tə­sir­lə­ri­ni gös­tər­di. Öl­kə­yə val­yu­ta axı­nı nə­zə­rə­çar­pa­caq də­rə­cə­də azal­dı, nə­ti­cə­də öl­kə­nin id­xal-ix­rac ba­lan­sın­da cid­di fərq ya­ran­dı. Son il­lər­də mü­şa­hi­də olu­nan da­vam­lı iq­ti­sa­di ar­tı­mın sü­rə­ti ya­va­şı­dı və be­lə­lik­lə, öl­kə­miz­də ye­ni iq­ti­sa­di mo­de­lə ke­çid zə­ru­rə­ti gün­də­mə gəl­di. Be­lə bir şə­ra­it­də Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­yev tə­rə­fin­dən ye­ni iq­ti­sa­di stra­te­gi­ya­nın ha­zır­lan­ma­sı­na və mü­va­fiq insti­tu­si­o­nal is­la­hat­la­rın ke­çi­ril­mə­si­nə da­ir tə­şəb­büs irə­li sü­rü­lüb.

Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin "Mil­li iq­ti­sa­diy­yat və iq­ti­sa­diy­ya­tın əsas sek­tor­la­rı üz­rə stra­te­ji yol xə­ri­tə­si­nin baş­lı­ca is­ti­qa­mət­lə­ri"nin təs­di­qi və bun­dan irə­li gə­lən mə­sə­lə­lər haq­qın­da" 2016-cı il 16 mart ta­rix­li 1897 nöm­rə­li Sə­rən­ca­mı­na əsa­sən, mil­li iq­ti­sa­diy­yat və iq­ti­sa­diy­ya­tın 11 sek­to­ru üz­rə bü­töv­lük­də 12 stra­te­ji yol xə­ri­tə­si ha­zır­la­nıb. Stra­te­ji yol xə­ri­tə­lə­ri­nin la­yi­hə­lə­ri ha­zır­la­nar­kən ma­raq­lı tə­rəf­lə­rin, və­tən­daş cə­miy­yə­ti insti­tut­la­rı­nın rəy və tək­lif­lə­ri də nə­zə­rə alın­mış­dır ki, bu da pri­o­ri­tet sa­hə­lə­rə ge­niş ba­xış bu­ca­ğın­dan ya­naş­maq üçün əl­ve­riş­li şə­ra­it ya­rat­mış­dır. Stra­te­ji yol xə­ri­tə­lə­ri­nin ic­ra­sın­da baş­lı­ca məq­səd Azər­bay­can­da da­vam­lı iq­ti­sa­di in­ki­şaf əsa­sın­da iq­ti­sa­diy­ya­tın rə­qa­bət qa­bi­liy­yət­li­li­yi­nin, inklü­ziv­li­yi­nin və so­si­al ri­fa­hın ar­tı­rıl­ma­sı­nın tə­min edil­mə­sin­dən iba­rət­dir. Nə­zər­də tu­tu­lan la­yi­hə­lər neft-qaz, kənd tə­sər­rü­fa­tı, is­teh­lak mal­la­rı is­teh­sa­lı, ağır sə­na­ye və ma­şın­qa­yır­ma, ix­ti­sas­laş­mış tu­rizm, lo­gis­ti­ka və ti­ca­rət, əha­li­nin uy­ğun qiy­mə­tə mən­zil tə­mi­na­tı, pe­şə tə­lim­lə­ri, ma­liy­yə xid­mət­lə­ri, te­le­kom­mu­ni­ka­si­ya və kom­mu­nal xid­mət­lər sa­hə­lə­ri­ni əha­tə edir.

Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­ye­vin 6 de­kabr 2016-cı il ta­rix­li fər­ma­nı ilə təs­diq edil­miş "Azər­bay­can Res­pub­li­ka­sı­nın Mil­li İq­ti­sa­diy­yat Perspek­ti­vi üz­rə Stra­te­ji Yol Xə­ri­tə­si" sö­zü­ge­dən is­ti­qa­mət­lər üz­rə stra­te­ji məq­səd və hə­dəf­lə­ri, nə­zər­də tu­tu­lan təd­bir­lə­rin qiy­mət­lən­dir­mə və ma­liy­yə­ləş­dir­mə me­xa­nizmlə­ri­ni mü­əy­yən edir.

Stra­te­ji Yol Xə­ri­tə­sin­də da­ya­nıq­lı iq­ti­sa­di in­ki­şa­fa na­il olun­ma­sı üçün 4 əsas stra­te­ji hə­dəf mü­əy­yən edil­miş­dir:

1) Fis­kal da­ya­nıq­lı­ğın güc­lən­di­ril­mə­si və da­vam­lı mo­ne­tar si­ya­sə­tin qə­bul edil­mə­si;

2) Özəl­ləş­dir­mə və döv­lət mül­kiy­yə­tin­də olan mü­əs­si­sə­lər­lə bağ­lı is­la­hat­la­rın hə­ya­ta ke­çi­ril­mə­si;

3) İn­san ka­pi­ta­lı­nın in­ki­şaf et­di­ril­mə­si;

4) Əl­ve­riş­li biz­nes mü­hi­ti­nin in­ki­şa­fı.

Qeyd olu­nan 4 stra­te­ji hə­də­fin ic­ra­sı mil­li iq­ti­sa­diy­ya­tın da­yaq­la­rı­nı möh­kəm­lən­di­rə­rək onun şa­xə­lən­mə­si­nə, şəf­faf ida­rə­et­mə və nə­za­rət sis­te­mi­nin qu­rul­ma­sı­na im­kan ya­ra­da­caq­dır.

Şüb­hə­siz, mü­a­sir iq­ti­sa­di mo­del­lər­də ma­liy­yə sa­bit­li­yi­nin tə­min edil­mə­si uzun­müd­dət­li in­ki­şa­fın və öl­kə­nin in­ves­ti­si­ya cəl­be­di­ci­li­yi­nin baş­lı­ca şər­ti­dir. Bu ba­xım­dan, büd­cə-pul si­ya­sə­ti­nin düz­gün çər­çi­və­si­nin və ef­fek­tiv ic­ra me­xa­niz­mi­nin for­ma­laş­dı­rıl­ma­sı xü­su­si­lə önəm­li­dir.

Azər­bay­can müs­tə­qil­lik əl­də et­dik­dən son­ra bö­yük özəl­ləş­dir­mə proq­ra­mı­nın ic­ra­sı öl­kə iq­ti­sa­diy­ya­tı­nın tə­ka­mü­lün­də və özəl sa­hib­kar­lı­ğın in­ki­şa­fın­da əvəz­siz rol oy­na­mış­dı. Bu­gün­kü mər­hə­lə­də də özəl­ləş­dir­mə ilə bağ­lı kompleks təd­bir­lə­rin ikin­ci stra­te­ji hə­dəf ki­mi mü­əy­yən olun­ma­sı öl­kə iq­ti­sa­diy­ya­tın­da özəl in­ves­ti­si­ya­nın çə­ki­si­nin da­ha da ar­tı­rıl­ma­sı­na şə­ra­it ya­ra­da­caq­dır.

Də­yər­ya­rat­ma prin­si­pi ilə ida­rə olu­nan iq­ti­sa­di mo­de­li İKT  im­kan­la­rın­dan is­ti­fa­də ba­ca­rı­ğı­na ma­lik, pe­şə­kar və də­rin ix­ti­sas­lı mü­tə­xəs­sis­lər ol­ma­dan tə­səv­vür et­mək müm­kün de­yil. Bu sə­bəb­dən, in­san ka­pi­ta­lı­nın in­ki­şaf et­di­ril­mə­si­nin də stra­te­ji hə­dəf­lər­dən bi­ri ki­mi mü­əy­yən­ləş­di­ril­mə­si ol­duq­ca va­cib­dir.

Öl­kə­yə sər­ma­yə ya­tı­rı­mı­nı küt­lə­vi­ləş­dir­mə­yin, in­ves­ti­si­ya cəl­be­di­ci­li­yi­nin ar­tı­rıl­ma­sı­nın baş­lı­ca şər­ti isə biz­nes mü­hi­ti­nin tək­mil­ləş­di­ril­mə­si­dir. Stra­te­ji hə­dəf­lər­dən bi­ri ola­raq mü­əy­yən olu­nan əl­ve­riş­li biz­nes mü­hi­ti­nin in­ki­şa­fı öl­kə­mi­zə in­ves­tor ina­mı­nı yük­səltmək­lə iq­ti­sa­diy­ya­ta sər­ma­yə qo­yu­lu­şu im­kan­la­rı­nı da­ha da ge­niş­lən­di­rə­cək­dir.

Bey­nəl­xalq Val­yu­ta Fon­du və di­gər bey­nəl­xalq iq­ti­sa­di təş­ki­lat­lar ya­xın il­lər ər­zin­də Azər­bay­can iq­ti­sa­diy­ya­tı­nın il­lik 2-3 fa­iz ar­ta­ca­ğı­nı proq­noz­laş­dı­rır. Bu sə­viy­yə, əs­lin­də, dün­ya öl­kə­lə­ri üçün sa­bit in­ki­şa­fın tə­mi­nat­lı və­ziy­yə­ti­dir. La­kin Stra­te­ji Yol Xə­ri­tə­sin­də ək­si­ni ta­pan məq­səd və hə­dəf­lə­rə çat­maq­dan öt­rü öl­kə­mi­zin bö­yük po­ten­si­a­lı ol­du­ğu­nu nə­zə­rə al­saq onun da­ha yük­sək iq­ti­sa­di ar­tı­ma na­il ol­maq im­kan­la­rı­nı da is­tis­na et­mək ol­maz. Bu­nun üçün öl­kə­mi­zin bü­tün po­ten­si­al im­kan­la­rı­nı hə­rə­kə­tə gə­tir­mək la­zım­dır. Öl­kə iq­ti­sa­diy­ya­tı­nın şa­xə­lən­di­ril­mə­si, ix­rac yö­nüm­lü və özəl in­ves­ti­si­ya əsas­lı iq­ti­sa­di mo­de­lin for­ma­laş­dı­rıl­ma­sı hə­min im­kan­lar­dan han­sı sə­viy­yə­də is­ti­fa­də olu­na­ca­ğın­dan ası­lı­dır. Be­lə­lik­lə, iq­ti­sa­diy­yat və ida­rə­et­mə­də sis­tem xa­rak­ter­li is­la­hat­la­rın hə­ya­ta ke­çi­ril­mə­si ilə 12 is­ti­qa­mət üz­rə ha­zır­lan­mış stra­te­ji yol xə­ri­tə­lə­ri­nin uğur­lu ic­ra­sı nə­ti­cə­sin­də Azər­bay­can növ­bə­ti il­lər ər­zin­də proq­noz­laş­dı­rı­lan gös­tə­ri­ci­lər­dən da­ha yük­sək iq­ti­sa­di in­ki­şaf tem­pi­nə na­il ola bi­lər.

Bey­nəl­xalq Kon­sal­tinq Şir­kə­ti PWC-nin proq­no­zu­na əsa­sən, dün­ya iq­ti­sa­diy­ya­tı 2014-2050-ci il­lər ara­sın­da hər il or­ta he­sab­la 3 fa­iz ar­tım nü­ma­yiş et­di­rə­rək, bü­töv­lük­də 3 də­fə­yə­dək bö­yü­yə­cək. Proq­no­za əsa­sən, 2030-cu ilə­dək ha­zır­da bö­yük 20-li­yə da­xil olan İn­do­ne­zi­ya və Mek­si­ka iq­ti­sa­diy­yat­la­rı Bö­yük Bri­ta­ni­ya və Fran­sa­nı ötə­cək. Gö­rün­dü­yü ki­mi, qlo­bal are­na­da iq­ti­sa­di-ma­liy­yə güc mər­kəz­lə­ri­nin cid­di yer­də­yiş­mə­yə mə­ruz qa­la­ca­ğı göz­lə­nir. Bu ba­xım­dan, Azər­bay­can ki­mi in­ki­şaf et­mək­də olan döv­lət­lə­rin də öz xa­ri­ci ti­ca­rət stra­te­gi­ya­sı­nı qlo­bal iq­ti­sa­di mə­kan­da baş ve­rən də­yi­şik­lik­lə­rə uy­ğun­laş­dır­ma­sı­na, xa­ri­ci ti­ca­rət­də tə­rəf­daş döv­lət­lər­lə ye­ni ti­ca­ri əmək­daş­lıq mo­del­lə­ri­nin ya­ra­dıl­ma­sı­na eh­ti­yac var­dır. Stra­te­ji Yol Xə­ri­tə­sin­də tə­rəf­daş döv­lət­lər­lə azad ti­ca­rət sa­ziş­lə­ri­nin bağ­lan­ma­sı nə­zər­də tu­tul­muş­dur ki, bu da ix­rac fə­a­liy­yə­ti­nin sti­mul­laş­dı­rıl­ma­sı­na və bey­nəl­xalq ti­ca­rət­də Azər­bay­ca­nın fə­al­lı­ğı­nın artma­sı­na öz töh­fə­si­ni ve­rə­cək­dir.

Öl­kə­mi­zin yer­ləş­di­yi əl­ve­riş­li coğ­ra­fi möv­qe onun ge­o­iq­ti­sa­di ba­xım­dan tran­zit əhə­miy­yə­ti­ni xey­li ar­tı­rır. Bu da Şərq - Qərb və Şi­mal - Cə­nub is­ti­qa­mət­lə­rin­də mal və əm­tə­ə­lə­rin da­şın­ma­sın­da Azər­bay­ca­nın açar öl­kə ki­mi ge­ostra­te­ji möv­qe­yi­ni güc­lən­dir­mək­lə bə­ra­bər, öl­kə­də is­teh­sal olu­nan məh­sul və xid­mət­lə­rin də dün­ya ba­zar­la­rı­na çı­xa­rıl­ma­sı üçün əla­və im­kan­lar ya­ra­dır. Av­ro­pa, Ru­si­ya, İran, Hin­dis­tan və Mər­kə­zi Asi­ya­nı bir­ləş­di­rə­cək Şi­mal-Cə­nub nəq­liy­yat dəh­li­zi, bö­yük "İpək Yo­lu" la­yi­hə­si­nin ger­çək­ləş­mə­si, Ba­kı Bey­nəl­xalq Də­niz Ti­ca­rət Li­ma­nı­nın ti­kin­ti­si Azər­bay­ca­nın rə­qa­bət qa­bi­liy­yət­li və dün­ya stan­dartla­rı­na ca­vab ve­rən sə­na­ye, kənd tə­sər­rü­fa­tı məh­sul­la­rı­nın ix­ra­cı­na sti­mul ve­rə­cək­dir. Bu isə ey­ni za­man­da öl­kə­mi­zə bir­ba­şa xa­ri­ci in­ves­ti­si­ya­la­rın cəlb edil­mə­si­nə, öl­kə iq­ti­sa­diy­ya­tı­nın di­ver­si­fi­ka­si­ya­sı­na əl­ve­riş­li şə­ra­it ya­ra­da­caq­dır.

Stra­te­ji Yol Xə­ri­tə­sin­də qeyd olun­du­ğu ki­mi, son dövrlər­də qlo­bal sər­ma­yə ya­tı­rı­mın­da hə­dəf öl­kə­lər ki­mi in­ki­şaf et­mək­də olan döv­lət­lə­rin pa­yı əhə­miy­yət­li də­rə­cə­də artmış­dır. Xü­su­si­lə Cə­nub-Şər­qi Asi­ya re­gi­o­nun­da yer­lə­şən bir sı­ra döv­lət­lər in­ves­ti­si­ya­la­rın cəlb edil­mə­si ba­xı­mın­dan yax­şı nə­ti­cə­lər əl­də et­miş­lər. Be­lə bir şə­ra­it­də Azər­bay­ca­nın da qlo­bal in­ves­ti­si­ya axı­nı­nın hə­dəf nöq­tə­si ol­ma­sı üçün zə­ru­ri ad­dım­la­rın atıl­ma­sı tə­ləb olu­nur. Bu məq­səd­lə Stra­te­ji Yol Xə­ri­tə­sin­də öl­kə­mi­zin in­ves­ti­si­ya cəl­be­di­ci­li­yi­nin artma­sı üçün biz­nes mü­hi­ti­nin tək­mil­ləş­di­ril­mə­si və özəl sa­hib­kar­lı­ğın sti­mul­laş­dı­rıl­ma­sı is­ti­qa­mə­tin­də va­cib təd­bir­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si nə­zər­də tu­tu­lur.

Stra­te­ji Yol Xə­ri­tə­sin­də diq­qət çə­kən əsas mə­qam stra­te­ji məq­səd və hə­dəf­lə­rə çat­maq üçün ay­dın za­man çər­çi­və­si­nin mü­əy­yən­ləş­di­ril­mə­si­dir. Be­lə ki, Stra­te­ji Yol Xə­ri­tə­si qı­sa, or­ta və uzun­müd­dət­li dövrlə­ri əha­tə edir. Bu ya­naş­ma da­ya­nıq­lı in­ki­şa­fı hə­dəf­lə­yən stra­te­ji sə­nə­din uğur­lu ic­ra­sı üçün çox va­cib­dir. Mil­li iq­ti­sa­diy­yat­la­rın qlo­bal iq­ti­sa­di-ti­ca­ri mə­ka­na in­teq­ra­si­ya­sı­nın sü­rət­lən­di­yi bir za­man­da proq­noz­laş­dı­rı­la bil­mə­yən risqlə­rin möv­cud­lu­ğu be­lə bir ya­naş­ma­nı zə­ru­ri edir. Bu ba­xım­dan, Stra­te­ji Yol Xə­ri­tə­sin­də nə­zər­də tu­tul­muş baş­lı­ca is­ti­qa­mət­lə­rin ic­ra­sı üz­rə təd­bir­lər pla­nı­nın 2020-ci ilə qə­dər­ki döv­rü möv­cud re­al­lıq­lar və qlo­bal ça­ğı­rış­lar nə­zər alın­maq­la sə­mə­rə­li ic­ra me­xa­niz­mi­nin for­ma­laş­dı­rıl­ma­sı­nı özün­də eh­ti­va edir. Sö­zü­ge­dən sə­nəd­də 2025-ci ilə­dək olan dövr üçün uzun­müd­dət­li ba­xış və 2025-ci il­dən son­ra­kı dövr üçün isə hə­dəf ba­xış təs­bit edil­miş­dir ki, hə­min dövrlər üz­rə han­sı təd­bir­lər pa­ke­ti­nin mü­əy­yən­ləş­di­ril­mə­si Azər­bay­can iq­ti­sa­diy­ya­tı­nın ya­xın il­lər­də nü­ma­yiş et­di­rə­cə­yi in­ki­şaf gös­tə­ri­ci­lə­rin­dən, qlo­bal iq­ti­sa­di-ma­liy­yə mü­hi­tin­də baş ve­rən də­yi­şik­lik­lər­dən ası­lı ola­caq­dır.

2020-ci ilə­dək ic­ra­sı nə­zər­də tu­tu­lan əha­tə­li təd­bir­lər pla­nı öl­kə iq­ti­sa­diy­ya­tı­nın ener­ji da­şı­yı­cı­la­rın­dan ası­lı­lı­ğı­nın mi­ni­mu­ma en­di­ril­mə­si­ni, iq­ti­sa­di şa­xə­lən­mə­ni və dün­ya iq­ti­sa­diy­ya­tı­na in­teq­ra­si­ya­nı pri­o­ri­tet məq­səd­lər ki­mi mü­əy­yən­ləş­dir­miş­dir. Bir-bi­ri ilə zən­cir­va­ri şə­kil­də bağ­lı olan hə­min təd­bir­lər öl­kə iq­ti­sa­diy­ya­tı­nın kompleks şə­kil­də ye­ni­dən struk­tur­laş­ma­sı­nı tə­min et­mə­li­dir. Əmək qa­bi­liy­yət­li əha­li­nin küt­lə­vi şə­kil­də bu pro­se­sə cəlb edil­mə­si­nin əhə­miy­yət­li müs­bət nə­ti­cə­lə­ri ola­caq­dır. İq­ti­sa­diy­ya­tın şa­xə­lən­di­ril­mə­si mal və xid­mət sek­to­run­da də­yər­ya­rat­ma pro­se­si­ni sü­rət­lən­di­rə­rək öl­kə­də so­si­al ri­fa­hın güc­lən­mə­si­nə şə­ra­it ya­ra­da­caq­dır. Ey­ni za­man­da, ix­ti­sas­laş­mış və pe­şə­kar əmə­yə ar­tan tə­lə­bat iq­ti­sa­diy­ya­tın sek­to­ral böl­gü­sün­də sağ­lam rə­qa­bə­ti və pe­şə­kar­lı­ğı ar­tı­ra­caq­dır. Bu­nun­la ya­na­şı, Stra­te­ji Yol Xə­ri­tə­sin­də vur­ğu­lan­dı­ğı ki­mi, nə­zər­də tu­tul­muş təd­bir­lə­rin ic­ra­sı nə­ti­cə­sin­də ye­ni iş yer­lə­ri­nin ya­ra­dıl­ma­sı ilə bə­ra­bər, mən­zil tə­mi­na­tı­nın yax­şı­laş­dı­rıl­ma­sı, mü­a­sir tə­ləb­lə­rə uy­ğun təh­sil və sə­hiy­yə xid­mət­lə­ri­nin gös­tə­ril­mə­si­ni nə­zər­də tu­tan so­si­al sis­te­min in­ki­şa­fı, kom­mu­nal xid­mət­lə­rin tək­mil­ləş­di­ril­mə­si və ün­van­lı so­si­al yar­dım sis­te­min­dən re­a­bi­li­ta­si­ya­ya ke­çi­din tə­min edil­mə­si yo­lu ilə yox­sul­lu­ğun azal­dıl­ma­sı tə­min edi­lə­cək­dir.

Stra­te­ji Yol Xə­ri­tə­sin­də 2025-ci ilə­dək mü­əy­yən­ləş­di­ril­miş uzun­müd­dət­li ba­xış da­ya­nıq­lı in­ki­şaf yo­lu­na qə­dəm qoy­muş öl­kə iq­ti­sa­diy­ya­tı­nın rə­qa­bət qa­bi­liy­yət­li­li­yi­nin da­ha da güc­lən­di­ril­mə­si­ni hə­dəf­lə­yir. Bu hə­də­fə na­il olun­ma­sı öl­kə­də azad rə­qa­bət mü­hi­ti­nin for­ma­laş­dı­rıl­ma­sı, iq­ti­sa­diy­yat­da özəl sek­to­run pa­yı­nın ar­tı­rıl­ma­sı və in­ves­ti­si­ya cəl­be­di­ci­li­yi­nin yük­səl­dil­mə­si ba­xı­mın­dan xü­su­si əhə­miy­yət kəsb edir. Azər­bay­can son dövrlə­rə qə­dər mak­ro­iq­ti­sa­di mü­hi­tə gö­rə dün­ya­nın apa­rı­cı ma­liy­yə insti­tut­la­rı tə­rə­fin­dən ən sa­bit öl­kə­lər­dən bi­ri ki­mi qiy­mət­lən­di­ril­miş­dir. La­kin neft qiy­mət­lə­rin­də kəs­kin eni­şin ya­şan­ma­sı öl­kə­mi­zin mak­ro­iq­ti­sa­di sa­bit­li­yi­nə təh­lü­kə ya­ra­dır. Bu ba­xım­dan, or­ta­müd­dət­li hə­dəf­də ye­ni­dən mak­ro­iq­ti­sa­di sa­bit­li­yə na­il ol­maq qar­şı­ya qo­yul­muş və­zi­fə­lə­rin uğur­la hə­ya­ta ke­çi­ril­mə­si­nin baş­lı­ca şərtlə­rin­dən bi­ri­dir.

Öl­kə və­tən­daş­la­rı­nın so­si­al ri­fah ha­lı­nın yax­şı­laş­dı­rıl­ma­sı­nı və in­san in­ki­şa­fı in­dek­si­nin da­ha yük­sək həd­də çat­dı­rıl­ma­sı­nı tə­min edən güc­lü, çox­şa­xə­li inklü­ziv iq­ti­sa­diy­ya­tın bər­qə­rar edil­mə­si Stra­te­ji Yol Xə­ri­tə­sin­də 2025-ci il­dən son­ra­kı hə­dəf ba­xış ki­mi mü­əy­yən edil­miş­dir. Öl­kə əha­li­si­nin ya­şa­yış sə­viy­yə­si­nin yük­səl­dil­mə­si və in­san ka­pi­ta­lı­nın in­ki­şaf et­di­ril­mə­si uzun­müd­dət­li hə­dəf­lə­rin əsas kom­po­nentlə­ri ki­mi öz ək­si­ni ta­pır. Bu fak­tor bir da­ha onu gös­tə­rir ki, Pre­zi­dent İl­ham Əli­ye­vin rəh­bər­li­yi ilə hə­ya­ta ke­çi­ri­lən döv­lət si­ya­sə­ti­nin mər­kə­zin­də məhz Azər­bay­can və­tən­da­şı və onun tə­mi­nat­lı gə­lə­cə­yi da­ya­nır.

Dün­ya İq­ti­sa­di Fo­ru­mu­nun ha­zır­la­dı­ğı 2015-ci il İn­san Ka­pi­ta­lı İn­dek­si­nə əsa­sən, Azər­bay­can 124 öl­kə sı­ra­sın­da 63-cü yer­də qə­rar­la­şıb. Re­gi­on öl­kə­lə­ri ilə mü­qa­yi­sə­də bu, ki­fa­yət qə­dər yük­sək gös­tə­ri­ci­dir. La­kin in­no­va­tiv, elm və bi­li­yə əsas­la­nan iq­ti­sa­diy­yat in­san in­ki­şa­fı­nın hər za­man gün­də­lik­də pri­o­ri­tet mə­sə­lə ki­mi sax­la­nıl­ma­sı­nı tə­ləb edir. Bu ba­xım­dan, Stra­te­ji Yol Xə­ri­tə­sin­də ək­si­ni ta­pan də­rin ix­ti­sas­laş­ma, təh­sil - təd­qi­qat - in­no­va­si­ya tri­a­da­sı­na əsas­la­nan mü­kəm­məl təh­sil sis­te­mi­nin qu­rul­ma­sı xü­su­si əhə­miy­yət­li hə­dəf ola­raq Azər­bay­can­da in­san ka­pi­ta­lı­nın in­ki­şa­fı­nı ye­ni mər­hə­lə­yə yük­səl­də­cək­dir.

Sağ­lam iq­ti­sa­di-ma­liy­yə sis­te­mi­nə ma­lik olan döv­lət­lə­rin təc­rü­bə­si­nə nə­zər sal­dıq­da, hə­min döv­lət­lə­rin iq­ti­sa­di pro­ses­lər­də həl­le­di­ci iş­ti­rak­çı ol­maq­dan da­ha çox, təş­vi­qe­di­ci və tən­zim­lə­yi­ci funksi­ya­la­rı ye­ri­nə ye­tir­dik­lə­ri nə­zə­rə çar­pır. Bu ba­xım­dan, Stra­te­ji Yol Xə­ri­tə­sin­də iq­ti­sa­diy­yat­da döv­lət sa­hib­kar­lı­ğı­nın azal­dıl­ma­sı, bü­töv­lük­də döv­lə­tin iq­ti­sa­diy­ya­ta mü­da­xi­lə­si­nin azal­dıl­ma­sı­na da­ir kompleks təd­bir­lər nə­zər­də tu­tul­ma­sı xü­su­si­lə əhə­miy­yət­li­dir. Bu gün iq­ti­sa­diy­yat­da döv­lə­tin tən­zim­lə­yi­ci ro­lu­nun qa­baq­cıl bey­nəl­xalq təc­rü­bə əsa­sın­da tək­mil­ləş­di­ril­mə­si­nə bö­yük eh­ti­yac var. Əs­lin­də döv­lət insti­tut­la­rı­nın baş­lı­ca və­zi­fə­si mak­ro­iq­ti­sa­di sa­bit­li­yi tə­min et­mək­dən, hü­qu­qi ba­za­nı möh­kəm­lən­dir­mək­dən, mül­kiy­yət hü­quq­la­rı­nın qo­run­du­ğu əl­ve­riş­li biz­nes mü­hi­ti­ni for­ma­laş­dır­maq­dan iba­rət ol­ma­lı­dır. Bu is­ti­qa­mət­də is­la­hat­la­rın hə­ya­ta ke­çi­ril­mə­si öl­kə­mi­zin bey­nəl­xalq miq­yas­da in­ves­ti­si­ya cəl­be­di­ci­li­yi­ni ar­tı­ra və  qlo­bal iq­ti­sa­di-ma­liy­yə mə­ka­nı­na sə­mə­rə­li in­teq­ra­si­ya­nı da­ha da sü­rət­lən­di­rə bi­lər.

Bey­nəl­xalq təc­rü­bə­yə və di­gər döv­lət­lə­rin ox­şar məz­mun­lu in­ki­şaf sə­nəd­lə­ri­nə nə­zər sal­dıq­da, Stra­te­ji Yol Xə­ri­tə­sin­də mü­əy­yən olun­muş hə­dəf­lə­rin möv­cud ça­ğı­rış­lar­la tam uy­ğun­luq təş­kil et­di­yi­ni söy­lə­mək müm­kün­dür. Mə­sə­lən, "Qa­za­xıs­tan - 2050 Stra­te­gi­ya­sı" yük­sək so­si­al ri­fa­hın tə­min edil­di­yi, əl­ve­riş­li in­ves­ti­si­ya mü­hi­ti­nin ya­ra­dıl­dı­ğı rə­qa­bət­qa­bi­liy­yət­li iq­ti­sa­diy­ya­tın qu­rul­ma­sı­nı əsas hə­dəf ki­mi mü­əy­yən­ləş­di­rir. "2020-ci ilə qə­dər Ru­si­ya Fe­de­ra­si­ya­sı­nın uzun­müd­dət­li so­si­al-iq­ti­sa­di in­ki­şa­fı­na da­ir" Kon­sep­si­ya­sın­da in­san ka­pi­ta­lı­nın in­ki­şaf et­di­ril­mə­si, mak­ro­iq­ti­sa­di sa­bit­li­yin tə­min edil­mə­si, xa­ri­ci ti­ca­rə­tin li­be­ral­laş­dı­rıl­ma­sı ki­mi kompleks təd­bir­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si nə­zər­də tu­tul­muş­dur. Dün­ya­nın uğur­lu iq­ti­sa­di mo­del­lə­rin­dən bi­ri­nə sa­hib olan Ma­lay­zi­ya­nın "2016-2020-ci il­lər üz­rə iq­ti­sa­di in­ki­şaf pla­nı" əha­li­nin ya­şa­yış sə­viy­yə­si­nin yük­səl­dil­mə­si­ni, yük­sək in­san in­ki­şa­fı­nı, iq­ti­sa­di tə­rəq­qi üçün infrastruk­tu­run güc­lən­di­ril­mə­si­ni baş­lı­ca məq­səd­lər ki­mi mü­əy­yən edir. Ox­şar hə­dəf­lər Nor­veç hö­ku­mə­ti­nin "Da­vam­lı in­ki­şaf üz­rə Stra­te­gi­ya"sın­da da öz ək­si­ni tap­mış­dır. Mü­qa­yi­sə­dən də gö­rün­dü­yü ki­mi, qeyd olu­nan sə­nəd­lər­də nə­zər­də tu­tu­lan təd­bir­lə­rin, de­mək olar ki, ha­mı­sı da­ha əha­tə­li və sis­tem­li şə­kil­də Azər­bay­can Pre­zi­den­ti­nin irə­li sür­dü­yü Stra­te­ji Yol Xə­ri­tə­sin­də də əks olun­muş­dur. La­kin bu heç də Yol Xə­ri­tə­sin­də mü­əy­yən­ləş­di­ri­lən hə­dəf­lə­rin və hə­ya­ta ke­çi­ri­lə­cək təd­bir­lə­rin bey­nəl­xalq prak­ti­ka­nı is­tis­na­sız tək­rar­la­dı­ğı an­la­mı­na gəl­mir. Ək­si­nə, hə­min təc­rü­bə­dən ya­rar­la­na­raq Azər­bay­can Res­pub­li­ka­sı­nın ma­lik ol­du­ğu spe­si­fik iq­ti­sa­di-coğ­ra­fi və s. şərtlər nə­zə­rə alın­maq­la ha­zır­lan­mış kompleks is­la­hat­lar pa­ke­ti öl­kə­mi­zin özü­nə­məx­sus in­ki­şaf yo­lu­nu, döv­lə­tin ha­zır­ki dövrdə və ya­xın gə­lə­cək­də­ki ta­ri­xi mis­si­ya­sı­nı mü­əy­yən­ləş­di­rir.

Gö­rün­dü­yü ki­mi, öl­kə baş­çı­sı tə­rə­fin­dən təs­diq edi­lən "Azər­bay­can Res­pub­li­ka­sı­nın Mil­li İq­ti­sa­diy­yat Perspek­ti­vi üz­rə Stra­te­ji Yol Xə­ri­tə­si" və mü­va­fiq sek­tor­lar üz­rə di­fe­ren­si­al stra­te­ji yol xə­ri­tə­lə­ri öl­kə iq­ti­sa­diy­ya­tı­nın key­fiy­yət­cə ye­ni dö­nə­mə ke­çi­di­ni şərtlən­di­rir. Be­lə bir cə­sa­rət­li iq­ti­sa­di tə­rəq­qi pla­nı­nın uğur­lu ic­ra­sı, tə­bii ki, tək­cə döv­lət qu­rum­la­rı­nın fə­a­liy­yə­tin­dən ası­lı de­yil. Bü­tün re­al im­kan­la­rı nə­zə­rə alan bu kon­sep­tu­al və praq­ma­tik la­yi­hə­nin hə­ya­ta ke­çi­ril­mə­si, - Azər­bay­can mil­li iq­ti­sa­diy­ya­tı­nın in­ki­şa­fı ilə ya­na­şı, həm də öl­kə hə­ya­tı­nın bü­tün sa­hə­lə­rin­də tə­rəq­qi­ni tə­min edə­cə­yi­nə, döv­lə­ti­mi­zi bey­nəl­xalq are­na­da da­ha da güc­lən­di­rə­cə­yi­nə gö­rə mü­hüm stra­te­ji əhə­miy­yə­tə ma­lik­dir. Bu­na gö­rə də Stra­te­ji yol xə­ri­tə­lə­rin­də əks olun­muş kompleks təd­bir­lə­rin ic­ra­sın­da, döv­lət qu­rum­la­rı ilə ya­na­şı, sa­də in­san­lar­dan tut­muş və­tən­daş cə­miy­yə­ti insti­tut­la­rı­na qə­dər bü­tün ma­raq­lı tə­rəf­lə­rin ya­xın­dan iş­ti­ra­kı və dəs­tə­yi zə­ru­ri­dir.

Ca­van­şir Fey­zi­yev,
Mil­li Məc­li­sin de­pu­ta­tı,
Fəl­sə­fə dok­to­ru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ