çərşənbə günü, 08 iyul 2026
     

Azər­bay­can ver­gi üz­rə Qlo­bal Fo­ru­mun yük­sək rey­tin­qi­ni al­mış 77 öl­kə­dən bi­ri ol­du

Image


Azər­bay­can Pre­zi­den­ti­nin "2016-cı il­də ver­gi sa­hə­sin­də apa­rı­la­caq is­la­hat­la­rın is­ti­qa­mət­lə­ri"nin təs­di­qi və ver­gi in­zi­bat­çı­lı­ğı­nın tək­mil­ləş­di­ril­mə­si haq­qın­da" sə­rən­ca­mı ver­gi or­qan­la­rı qar­şı­sın­da mü­hüm və­zi­fə­lər mü­əy­yən edib. Ver­gi­lər na­zi­ri­nin mü­şa­vi­ri Ri­yad Hü­sey­nov­la mü­sa­hi­bə­nin əsas möv­zu­su na­zir­li­yin bey­nəl­xalq sa­hə­də apar­dı­ğı iş­lər­lə bağ­lı­dır: 

- Ri­yad mü­əl­lim, öl­kə­də apa­rı­lan ver­gi is­la­hat­la­rı çər­çi­və­sin­də bey­nəl­xalq sa­hə­də gö­rü­lən iş­lə­rin ümu­mi is­ti­qa­mət­lə­ri­ni ne­cə sə­ciy­yə­lən­dir­mək olar?

- Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əli­ye­vin şəf­faf­lı­ğın ar­tı­rıl­ma­sı is­ti­qa­mə­tin­də apar­dı­ğı məq­səd­yön­lü si­ya­sə­tə, ver­gi or­qan­la­rı qar­şı­sın­da qo­yul­muş tə­ləb­lə­rə və tap­şı­rıq­la­ra uy­ğun ola­raq, öl­kə­miz 2013-cü il­də İq­ti­sa­di Əmək­daş­lıq və İn­ki­şaf Təş­ki­la­tı­nın (OECD) "Ver­gi sa­hə­sin­də şəf­faf­lıq və mə­lu­mat mü­ba­di­lə­si üz­rə Qlo­bal Fo­ru­mu"na üzv ol­muş­dur. O vaxtdan bə­ri ver­gi mə­sə­lə­lə­ri üz­rə xa­ri­ci öl­kə­lər­lə apa­rı­lan mə­lu­mat mü­ba­di­lə­si­nin tək­mil­ləş­di­ril­mə­si və bey­nəl­xalq stan­dartla­rın tə­ləb­lə­ri­nə uy­ğun­laş­dı­rıl­ma­sı is­ti­qa­mə­tin­də Ver­gi­lər Na­zir­li­yi tə­rə­fin­dən apa­rı­lan iş­lər ar­tıq öz müs­bət nə­ti­cə­lə­ri­ni ver­mək­də­dir.

Qeyd et­mək la­zım­dır ki, ge­niş­miq­yas­lı is­la­hat­lar və konkret hə­dəf­lə­rə yö­nəl­miş proq­ram­lar nə­ti­cə­sin­də öl­kə­miz­də ar­tıq mü­a­sir bey­nəl­xalq stan­dartla­ra ca­vab ve­rən ver­gi xid­mə­ti for­ma­laş­dı­rı­lıb. Azər­bay­can­da çe­vik və sə­mə­rə­li ver­gi si­ya­sə­ti­nin hə­ya­ta ke­çi­ril­mə­si üçün va­hid qa­nun­ve­ri­ci­lik ba­za­sı ya­ra­dı­lıb və qa­baq­cıl öl­kə­lə­rin ver­gi qa­nun­ve­ri­ci­li­yi ilə uz­laş­dı­rı­lıb. Mil­li ver­gi sis­te­mi, fis­kal məq­səd­lər­lə ya­na­şı, öl­kə­də sa­hib­kar­lı­ğın in­ki­şa­fı­na, özəl sek­to­run dəs­tək­lən­mə­si­nə və in­ves­ti­si­ya fə­a­liy­yə­ti­nin sti­mul­laş­dı­rıl­ma­sı­na, elə­cə də ver­gi me­xa­nizmlə­ri va­si­tə­si­lə iq­ti­sa­di in­ki­şa­fın tə­min edil­mə­si­nə dəs­tək ve­rir. Ha­zır­da dün­ya­nın qa­baq­cıl öl­kə­lə­rin­də tət­biq olu­nan ək­sər ver­gi xid­mət­lə­ri öl­kə­miz­də fə­a­liy­yət gös­tə­rən ver­gi ödə­yi­ci­lə­ri­nə də təq­dim edi­lir.

Döv­lət baş­çı­sı­nın "2016-cı il­də ver­gi sa­hə­sin­də apa­rı­la­caq is­la­hat­la­rın is­ti­qa­mət­lə­ri"nin təs­di­qi və ver­gi in­zi­bat­çı­lı­ğı­nın tək­mil­ləş­di­ril­mə­si haq­qın­da" sə­rən­ca­mı da Azər­bay­ca­nın ver­gi sis­te­mi­nin bey­nəl­xalq stan­dartla­ra uy­ğun­laş­dı­rıl­ma­sı və ver­gi in­zi­bat­çı­lı­ğı­nın key­fiy­yət­cə ye­ni mər­hə­lə­yə qə­dəm qoy­ma­sı is­ti­qa­mə­tin­də bir sı­ra əhə­miy­yət­li təd­bir­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si­ni nə­zər­də tu­tur. Bu təd­bir­lə­rə ver­gi­tut­ma ba­za­sı­nın ge­niş­lən­di­ril­mə­si; ver­gi yox­la­ma­la­rı­nın tə­yin edil­mə­si, ke­çi­ril­mə­si və nə­ti­cə­lə­ri­nin rəs­mi­ləş­di­ril­mə­si pro­se­si üz­rə ver­gi in­zi­bat­çı­lı­ğı­nın da­ha da tək­mil­ləş­di­ril­mə­si; ver­gi yox­la­ma­la­rı­nın qa­nun­la mü­əy­yən edil­miş tə­ləb­lə­rə əməl olun­maq­la qı­sa müd­dət­də ba­şa çat­dı­rıl­ma­sı; elektron au­di­tin tət­bi­qi da­i­rə­si­nin ge­niş­lən­di­ril­mə­si; ver­gi ödə­yi­ci­lə­ri­nə gös­tə­ri­lən xid­mət­lə­rin key­fiy­yə­ti­nin ar­tı­rıl­ma­sı; ris­qin qiy­mət­lən­di­ril­mə­si sis­te­mi­nin ya­ra­dıl­ma­sı; ver­gi bə­yan­na­mə­lə­ri­nin for­ma­la­rı­nın tək­mil­ləş­di­ril­mə­si ki­mi mü­hüm və­zi­fə­lər aid­dir. Ha­zır­da Ver­gi­lər Na­zir­li­yi sə­rən­ca­mın ic­ra­sı ilə bağ­lı ge­niş­miq­yas­lı iş­lər apa­rır.

Şəf­faf­lı­ğın ar­tı­rıl­ma­sı, insti­tu­si­o­nal me­xa­nizmlə­rin tək­mil­ləş­di­ril­mə­si, bey­nəl­xalq öh­də­lik­lə­rin ye­ri­nə ye­ti­ril­mə­si məq­sə­di­lə in­di­yə­dək öl­kə­miz­də kompleks təd­bir­lə­ri əha­tə edən fə­a­liy­yət plan­la­rı uğur­la ic­ra edi­lib, ver­gi qa­nun­ve­ri­ci­li­yi və in­zi­bat­çı­lı­ğı­nın bey­nəl­xalq stan­dartlar nə­zə­rə alın­maq­la tək­mil­ləş­di­ril­mə­si, in­no­va­tiv və ge­niş elektron xid­mət­lər sis­te­mi­nin ya­ra­dıl­ma­sı tə­min olu­nub. Bü­tün bun­lar isə, öz növ­bə­sin­də, ver­gi sis­te­min­də ida­rə­et­mə və nə­za­rət me­xa­nizmlə­ri­nin sə­viy­yə­si­ni yük­səltmə­yə, ver­gi mü­na­si­bət­lə­ri­nin tən­zim­lən­mə­si sa­hə­sin­də çe­vik si­ya­sət hə­ya­ta ke­çir­mə­yə, öl­kə­mi­zin in­ves­ti­si­ya cəl­be­di­ci­li­yi­nin yük­səl­dil­mə­si­nə, bey­nəl­xalq təş­ki­lat­la­rın və xa­ri­ci döv­lət­lə­rin mü­va­fiq qu­rum­la­rı ilə sıx əmək­daş­lıq əla­qə­lə­ri ya­ra­dıl­ma­sı­na və sə­mə­rə­li mə­lu­mat mü­ba­di­lə­si sis­te­mi­nin qu­rul­ma­sı­na im­kan ve­rib.

Sə­rən­cam­da nə­zər­də tu­tu­lan təd­bir­lə­rin mü­hüm bir his­sə­si bey­nəl­xalq təc­rü­bə­də tət­biq edi­lən mü­tə­rəq­qi me­xa­nizmlə­rin mil­li ver­gi sis­te­min­də tət­biq olun­ma­sı, elə­cə də qlo­bal ver­gi trendlə­ri­nə uy­ğun­la­şa­raq bey­nəl­xalq əmək­daş­lı­ğın ge­niş­lən­di­ril­mə­si ki­mi mə­sə­lə­lə­ri əha­tə edir. Mə­sə­lən, sə­rən­cam­da xərclə­rin sü­ni şə­kil­də ar­tı­rıl­ma­sı (transfer qiy­mət­lən­dir­mə) hal­la­rı­nı ara­dan qal­dır­maq məq­sə­di­lə qa­nun­ve­ri­ci­lik ba­za­sı­nın ya­ra­dıl­ma­sı, şir­kət­lə­rin gə­lir və xərclə­ri­nin düz­gün mü­əy­yən edil­mə­si üçün öl­kə hü­dud­la­rın­dan kə­nar­da, o cüm­lə­dən ver­gi sı­ğı­na­ca­ğı he­sab olu­nan döv­lət­lər­də və ya əra­zi­lər­də (offşor zo­na­lar­da) tə­sis edil­miş şəxslər tə­rə­fin­dən hə­ya­ta ke­çi­ri­lən əmə­liy­yat­lar üz­rə əl­də edi­lən gə­lir­lə­rin transfer qiy­mət­lə­ri tət­biq olun­maq­la ver­gi­yə cəlb edil­mə­si üçün qa­nun­ve­ri­ci­li­yə də­yi­şik­lik olun­ma­sı, Azər­bay­can Res­pub­li­ka­sı ilə di­gər döv­lət­lər ara­sın­da iki­qat ver­gi­tut­ma­nın ara­dan qal­dı­rıl­ma­sı­na da­ir bey­nəl­xalq sa­ziş­lə­rin in­zi­bat­çı­lı­ğı qay­da­la­rı­nın sa­də­ləş­di­ril­mə­si, İq­ti­sa­di Əmək­daş­lıq və İn­ki­şaf Təş­ki­la­tı­nın Qlo­bal Fo­ru­mu çər­çi­və­sin­də ver­gi sa­hə­sin­də şəf­faf­lıq və mə­lu­mat mü­ba­di­lə­si üz­rə yük­sək bey­nəl­xalq rey­tin­qin əl­də edil­mə­si və bu rey­tin­qi da­i­mi sax­la­maq məq­sə­di­lə qa­nun­ve­ri­ci­li­yin tək­mil­ləş­di­ril­mə­si, öl­kə hü­dud­la­rın­dan kə­nar­da əl­də edil­miş gə­lir­lə­rin ver­gi­yə cəlb olun­ma­sın­da şəf­faf­lı­ğı tə­min et­mək və sə­mə­rə­li ver­gi nə­za­rə­ti hə­ya­ta ke­çir­mək üçün di­gər döv­lət­lər ara­sın­da ma­liy­yə mə­lu­mat­la­rı­nın av­to­ma­tik mü­ba­di­lə­si məq­sə­di­lə hö­ku­mət­lə­ra­ra­sı mü­qa­vi­lə­lə­rin bağ­lan­ma­sı və s. ki­mi təd­bir­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si nə­zər­də tu­tu­lub.

- İq­ti­sa­di Əmək­daş­lıq və İn­ki­şaf Təş­ki­la­tı tə­rə­fin­dən ha­zır­lan­mış "Ver­gi­tut­ma sa­hə­sin­də mə­lu­mat mü­ba­di­lə­si və şəf­faf­lıq stan­dar­tı" ba­rə­də mə­lu­mat ver­mə­yi­ni­zi is­tər­dik.

- Öl­kə baş­çı­sı­nın sə­rən­ca­mın­dan irə­li gə­lən və­zi­fə­lər­dən bi­ri də ver­gi sa­hə­sin­də şəf­faf­lıq və mə­lu­mat mü­ba­di­lə­si üz­rə yük­sək bey­nəl­xalq rey­tin­qin əl­də edil­mə­si­dir. Son dövrlər­də bey­nəl­xalq ver­gi­tut­ma sa­hə­sin­də xü­su­si əhə­miy­yət kəsb edən mə­sə­lə­lər­dən bi­ri ver­gi or­qan­la­rı ara­sın­da mə­lu­mat mü­ba­di­lə­si­nin ge­niş­lən­di­ril­mə­si və bu sa­hə­də for­ma­laş­mış bey­nəl­xalq stan­dartla­rın tət­bi­qi­nin tə­min edil­mə­si­dir. BMT, G8, G20 öl­kə­lə­ri, Av­ro­pa Şu­ra­sı və Av­ro­pa İt­ti­fa­qı tə­rə­fin­dən töv­si­yə edi­lən, OECD tə­rə­fin­dən ha­zır­lan­mış "Ver­gi­tut­ma sa­hə­sin­də mə­lu­mat mü­ba­di­lə­si və şəf­faf­lıq stan­dar­tı" OECD-nin Mo­del Ver­gi Kon­ven­si­ya­sı­nın 26-cı mad­də­sin­də və 2002-ci il ta­rix­li Ver­gi mə­sə­lə­lə­ri üz­rə Mə­lu­mat Mü­ba­di­lə­si Mo­del Sa­zi­şin­də ək­si­ni ta­pıb. Bu stan­dar­tın tət­bi­qi­nə na­il ol­maq məq­sə­di­lə 2009-cu il­də OECD-nin Ver­gi Si­ya­sə­ti və İn­zi­bat­çı­lı­ğı Mər­kə­zi nəz­din­də "Ver­gi sa­hə­sin­də şəf­faf­lıq və mə­lu­mat mü­ba­di­lə­si üz­rə Qlo­bal Fo­rum" ya­ra­dı­lıb. Ar­tıq dün­ya­nın 134 öl­kə­si 2010-cu il­dən fak­ti­ki ola­raq müs­tə­qil təş­ki­lat ki­mi fə­a­liy­yət gös­tə­rən bu qu­ru­mun üz­vü­dür. Bun­dan əla­və, Fo­rum­da 9 bey­nəl­xalq və re­gi­o­nal təş­ki­lat - BMT, Dün­ya Ban­kı, Bey­nəl­xalq Val­yu­ta Fon­du, Bey­nəl­xalq Ma­liy­yə Kor­po­ra­si­ya­sı, Av­ro­pa Ye­ni­dən­qur­ma və İn­ki­şaf Ban­kı, Av­ro­pa İn­ves­ti­si­ya Ban­kı, İn­ter-Ame­ri­ka İn­ki­şaf Ban­kı, Asi­ya İn­ki­şaf Ban­kı və Av­ro­pa Bir­li­yi Öl­kə­lə­ri­nin Ka­tib­li­yi mü­şa­hi­də­çi qis­min­də təm­sil olu­nur­lar. Fo­ru­ma üzvlük döv­lət­lə­rin, ilk növ­bə­də, mə­lu­mat mü­ba­di­lə­si haq­qın­da mü­qa­vi­lə­lər üz­rə da­nı­şıq­lar apar­maq, təm­sil olu­nan bey­nəl­xalq ma­liy­yə qu­rum­la­rı ilə mə­lu­mat mü­ba­di­lə­si et­mək im­kan­la­rı­nı ar­tı­rır. Fo­rum ver­gi məq­səd­lə­ri üçün şəf­faf­lı­ğın ar­tı­rıl­ma­sı üz­rə zən­gin eksper­ti­za mən­bə­yi­dir. Qlo­bal Fo­ru­mun qay­da­la­rı­na əsa­sən, hər bir üzv öl­kə iki mər­hə­lə­dən iba­rət qiy­mət­lən­dir­mə pro­se­si­nə cəlb olu­nur. Bi­rin­ci mər­hə­lə­də qa­nun­ve­ri­ci­li­yin bey­nəl­xalq stan­dartla­ra uy­ğun­lu­ğu, ikin­ci mər­hə­lə­də isə hə­min qa­nun­ve­ri­ci­li­yin prak­ti­ka­da tət­bi­qi sə­viy­yə­si qiy­mət­lən­di­ri­lir. Hər iki mər­hə­lə­nin nə­ti­cə­lə­ri əsa­sın­da öl­kə­nin bey­nəl­xalq stan­dartla­ra uy­ğun­luq sə­viy­yə­si mü­əy­yən­ləş­di­ri­lir.

- Azər­bay­can Res­pub­li­ka­sı 2013-cü il fev­ra­lın 26-da Qlo­bal Fo­ru­ma üzv ol­maq­la mə­lu­mat mü­ba­di­lə­si və şəf­faf­lıq sa­hə­sin­də bey­nəl­xalq ra­zı­laş­dı­rıl­mış stan­dar­tın tət­bi­qi öh­də­li­yi­ni qə­bul edib...

- Azər­bay­can üz­rə Qiy­mət­lən­dir­mə­nin bi­rin­ci mər­hə­lə­si­nə öl­kə­miz­də ver­gi məq­səd­lə­ri üçün mə­lu­mat mü­ba­di­lə­si­nin tət­bi­qi me­xa­niz­mi üz­rə qa­nun­ve­ri­ci­li­yin tə­ləb­lə­ri­nə müs­bət rəy ve­ri­lə­rək, öl­kə­mi­zin qiy­mət­lən­dir­mə­nin bi­rin­ci mər­hə­lə­si­ni uğur­la keç­di­yi qə­ra­ra alı­nıb. İkin­ci mər­hə­lə­də isə Qiy­mət­lən­dir­mə Qru­pu­nun üzvlə­ri mart ayın­da öl­kə­mi­zə sə­fər edib­lər. Sə­fər müd­də­tin­də ekspertlər mə­lu­mat­la­rın mü­ba­di­lə­si üz­rə sə­la­hiy­yət­li döv­lət qu­rum­la­rı­nın nü­ma­yən­də­lə­ri ilə gö­rüş­lər ke­çi­rib, ver­gi in­zi­bat­çı­lı­ğın­da şəf­faf­lıq prin­sip­lə­ri­nin göz­lə­nil­mə­si ilə əla­qə­dar gö­rül­müş iş­lər və mə­lu­mat mü­ba­di­lə­si pro­se­si ilə ta­nış olub, Ver­gi­lər Na­zir­li­yin­də mə­lu­mat­la­rın təh­lü­kə­siz­li­yi­nin bey­nəl­xalq stan­dartlar sə­viy­yə­sin­də qo­run­ma­sı sis­te­mi­ni nə­zər­dən ke­çi­rib­lər. Öl­kə üz­rə ye­kun he­sa­bat 2016-cı ilin 26-30 sentyabr ta­rix­lə­rin­də Fran­sa­nın pay­tax­tı Pa­ris şə­hə­rin­də Qiy­mət­lən­dir­mə Qru­pu­nun (PRG) 24-cü ic­la­sı za­ma­nı ge­niş mü­za­ki­rə edi­lib. He­sa­ba­tın mü­za­ki­rə­si Qlo­bal Fo­ru­mun pre­zi­den­ti, ka­tib­li­yin rəh­bə­ri, Qiy­mət­lən­dir­mə Qru­pu­nun 30 öl­kə­nin nü­ma­yən­də­lə­rin­dən təş­kil olun­muş üzvlə­ri, qiy­mət­lən­di­ri­ci­lər və Ver­gi­lər Na­zir­li­yi­nin nü­ma­yən­də he­yə­ti­nin iş­ti­ra­kı ilə ke­çi­ri­lib.

Mü­za­ki­rə­lər za­ma­nı Ver­gi­lər Na­zir­li­yi və xa­ri­ci döv­lət­lə­rin ai­diy­yə­ti or­qan­la­rı ilə apa­rı­lan mə­lu­mat mü­ba­di­lə­si­nin sə­mə­rə­li­li­yi­nin ob­yek­tiv qiy­mət­lən­di­ri­lə­rək he­sa­ba­tın qə­bul edil­mə­si üçün zə­ru­ri olan əla­və mə­lu­mat­lar təq­dim edi­lib. 2016-cı ilin sentyabr ayı­nın 30-da Azər­bay­can üz­rə öl­kə he­sa­ba­tı təs­diq edi­lib. Bu­nun­la da Azər­bay­can Ver­gi məq­səd­lə­ri üçün şəf­faf­lıq və mə­lu­mat mü­ba­di­lə­si üz­rə "Əsa­sən uy­ğun­dur" rey­tin­qi­nə la­yiq gö­rü­lüb. Qlo­bal Fo­ru­mun qay­da­la­rı­na uy­ğun ola­raq, Azər­bay­can Res­pub­li­ka­sı üz­rə ye­kun rey­tinq 31 oktyabr 2016-cı il ta­rix­də rəs­mən bə­yan olu­nub və no­yabr ayı­nın 4-də dərc edi­lib. 

- Azər­bay­ca­nın OECD-nin Ver­gi məq­səd­lə­ri üçün şəf­faf­lıq və mə­lu­mat üz­rə Qlo­bal Fo­ru­mu çər­çi­və­sin­də əl­də et­di­yi rey­tinq ba­lı­nın müs­bət cə­hət­lə­ri və fay­da­sı nə­dən iba­rət­dir?

- Qlo­bal Fo­rum çər­çi­və­sin­də Azər­bay­can Res­pub­li­ka­sı­nın qa­zan­dı­ğı yük­sək rey­tinq ba­lı öl­kə­miz­də şəf­faf, bey­nəl­xalq stan­dartla­ra uy­ğun və bü­tün tə­rəf­daş öl­kə­lər­lə sə­mə­rə­li mə­lu­mat mü­ba­di­lə­si­nin apa­rıl­ma­sı im­ka­nı­nı tə­min edən mü­a­sir ver­gi sis­te­mi­nin möv­cud­lu­ğu­nun ob­yek­tiv əya­ni sü­bu­tu­dur. Ver­gi sa­hə­sin­də şəf­faf­lıq və mə­lu­mat mü­ba­di­lə­si üz­rə Qlo­bal Fo­rum ha­zır­da ver­gi­tut­ma ilə bağ­lı mə­sə­lə­lər­də ix­ti­sas­laş­mış ən bö­yük təş­ki­lat ol­maq­la ya­na­şı, onun ha­zır­la­dı­ğı stan­dartlar öl­kə­lə­rin ver­gi mə­sə­lə­lə­rin­də şəf­faf­lı­ğın ən mö­tə­bər gös­tə­ri­ci­lə­rin­dən he­sab edi­lir.

Qeyd et­mək la­zım­dır ki, Azər­bay­can Qlo­bal Fo­ru­mun üz­vü olan 137 döv­lət ara­sın­da yük­sək rey­tinq al­mış ABŞ, Avstri­ya, Al­ma­ni­ya, İta­li­ya, İs­ra­il, Ni­der­land, Ma­ca­rıs­tan, Pol­şa, Bra­zi­li­ya, Ru­si­ya, Ma­lay­zi­ya ki­mi 77 öl­kə­dən bi­ri­dir. Qlo­bal Fo­ru­mun üz­vü olan bir sı­ra öl­kə­lər isə hə­lə­lik yük­sək rey­tinq qa­za­na bil­mə­yib.

- Qlo­bal Fo­ru­mun stan­dartla­rın­dan və qiy­mət­lən­dir­mə qay­da­la­rın­dan han­sı sa­hə­lər­də is­ti­fa­də olu­nur?

- Bu qay­da­lar müx­tə­lif döv­lət­lər və bey­nəl­xalq təş­ki­lat­lar tə­rə­fin­dən ver­gi sı­ğı­na­caq­la­rı­nın və ver­gi məq­səd­lə­ri üçün əmək­daş­lıq et­mə­yən qey­ri-şəf­faf öl­kə­lə­rin "qa­ra si­ya­hı"la­rı tər­tib edi­lər­kən ge­niş is­ti­fa­də olu­nur və bu za­man əsas gös­tə­ri­ci­lər­dən bi­ri ki­mi Qlo­bal Fo­rum çər­çi­və­sin­də üzv döv­lət­lə­rin əl­də et­di­yi rey­tinq bal­la­rı­na is­ti­nad edi­lir.

Azər­bay­ca­nın yük­sək rey­tin­qə la­yiq gö­rül­mə­si öl­kə­mi­zə bir sı­ra üs­tün­lük­lər qa­zan­dı­rır. Bun­la­rın sı­ra­sın­da, ilk növ­bə­də, əl­ve­riş­li in­ves­ti­si­ya mü­hi­ti­nin və şəf­faf­lı­ğın tə­mi­na­tı fo­nun­da bey­nəl­xalq are­na­da öl­kə­nin nü­fu­zu­nun yük­səl­mə­si im­kan­la­rı qeyd olun­ma­lı­dır. Azər­bay­ca­nın in­ves­ti­si­ya po­ten­si­a­lı­nın dün­ya­da ta­nı­dıl­ma­sı ilə xa­ri­ci in­ves­ti­si­ya axı­nı­nın sti­mul­laş­dı­rıl­ma­sı, elə­cə də iri ma­liy­yə mər­kəz­lə­ri­nin təm­sil olun­du­ğu uni­kal bir Fo­rum­da öl­kə­mi­zin eti­bar­lı partnyor ki­mi qə­bul edil­mə­si xü­su­si əhə­miy­yət da­şı­yır. Bü­tün bun­lar Azər­bay­ca­nın bey­nəl­xalq sə­viy­yə­də mə­lu­mat mü­ba­di­lə­si üz­rə eti­bar­lı tə­rəf­daş pro­fi­li­ni da­ha da yük­səl­dir və mö­tə­bər bey­nəl­xalq təş­ki­lat­la­rın öl­kə­miz­də hə­ya­ta ke­çi­ri­lən la­yi­hə­lə­rə dəs­tə­yi­ni tə­min edir. 

- Ver­gi­lər Na­zir­li­yi qlo­bal ver­gi əmək­daş­lı­ğı­nın fə­al iş­ti­rak­çı­sı­dır. Bey­nəl­xalq təş­ki­lat­lar­la əmək­daş­lı­ğın ha­zır­kı və­ziy­yə­ti­ni ne­cə qiy­mət­lən­di­rir­si­niz?

- Ver­gi­lər Na­zir­li­yi son il­lər­də bey­nəl­xalq əla­qə­lə­ri­ni əsas­lı şə­kil­də ge­niş­lən­di­rib. Əmək­daş­lıq edi­lən təş­ki­lat­la­rın və qu­rum­la­rın coğ­ra­fi­ya­sı da bu­nu əya­ni təs­diq edir. Ha­zır­da na­zir­li­yin Av­ro­pa­da­xi­li Ver­gi Ad­mi­nistra­si­ya­la­rı Təş­ki­la­tı (IO­TA), OECD, Bey­nəl­xalq An­ti-Kor­rup­si­ya Aka­de­mi­ya­sı (IA­CA), Av­ro­pa İt­ti­fa­qı, MDB ver­gi or­qan­la­rı rəh­bər­lə­ri­nin Ko­or­di­na­si­ya Şu­ra­sı, Ame­ri­ka­da­xi­li Ver­gi Ad­mi­nistra­si­ya­la­rı Mər­kə­zi (CI­AT), BMT, İs­lam Öl­kə­lə­ri­nin Ver­gi Ad­mi­nistra­si­ya­la­rı As­so­si­a­si­ya­sı (ATA­IC), Dün­ya Ban­kı, Asi­ya İn­ki­şaf Ban­kı, Av­ro­pa Bir­li­yi və di­gər təş­ki­lat­lar­la sə­mə­rə­li əmək­daş­lıq mü­na­si­bət­lə­ri var. İs­tər bu bey­nəl­xalq qu­rum­lar, is­tər­sə də qa­baq­cıl döv­lət­lə­rin ver­gi or­qan­la­rı ilə iki­tə­rəf­li əmək­daş­lıq is­ti­qa­mət­lə­ri öl­kə­mi­zin stra­te­ji hə­dəf­lə­ri, ver­gi sis­te­mi­nin pri­o­ri­tet­lə­ri, elə­cə də bey­nəl­xalq ver­gi­tut­ma sa­hə­sin­də möv­cud ten­den­si­ya­lar nə­zə­rə alın­maq­la mü­əy­yən edi­lir.

Ver­gi­lər Na­zir­li­yi ver­gi­tut­ma sa­hə­sin­də ək­sər apa­rı­cı və nü­fuz­lu bey­nəl­xalq təş­ki­lat­lar çər­çi­və­sin­də dün­ya­da möv­cud olan ən mü­tə­rəq­qi təc­rü­bə­lə­rin öy­rə­nil­mə­si və öl­kə­miz­də tət­biq olun­ma­sı, in­san re­sursla­rı­nın pe­şə­kar­lıq sə­viy­yə­si­nin ar­tı­rıl­ma­sı üçün bu təş­ki­lat­la­rın ver­di­yi im­kan­lar­dan mak­si­mum ya­rar­lan­ma­ğa ça­lı­şır. Bir müd­dət əv­vəl İta­li­ya Azər­bay­ca­nı mə­lu­mat mü­ba­di­lə­si üz­rə tə­rəf­daş­la­rın "Ağ si­ya­hı"sı­na da­xil edib. Bu, İta­li­ya ba­za­rın­da ça­lı­şan Azər­bay­can re­zi­dentlə­ri­nin ge­niş ver­gi gü­zəştlə­ri əl­də et­mə­si de­mək­dir.

Dün­ya Ban­kı­nın 190 öl­kə­nin biz­nes mü­hi­ti­nin qiy­mət­lən­di­ril­mə­si əsa­sın­da ha­zır­la­dı­ğı "Do­ing Bu­si­ness 2017" he­sa­ba­tı öl­kə­mi­zin ver­gi sis­te­mi­nin in­ki­şa­fı­nı xa­rak­te­ri­zə et­mək, həm­çi­nin gö­rü­lən iş­lə­rə qiy­mət ver­mək ba­xı­mın­dan mü­hüm əhə­miy­yət da­şı­yır. He­sa­bat­da Azər­bay­can bir­ba­şa Ver­gi­lər Na­zir­li­yi­nə ai­diy­yə­ti olan "Biz­ne­sə baş­la­ma" me­ya­rı üz­rə dün­ya öl­kə­lə­ri ara­sın­da 5-ci, "Ver­gi­lə­rin ödə­ni­şi" me­ya­rı üz­rə isə 40-cı ye­ri tu­tur. Mö­tə­bər bey­nəl­xalq qu­ru­mun mil­li ver­gi sis­te­mi­nə ver­di­yi rəy öl­kə­miz­də apa­rı­lan sə­mə­rə­li iş­lə­rin müs­bət nə­ti­cə­si ki­mi də də­yər­lən­di­ri­lə bi­lər.

- Azər­bay­can Res­pub­li­ka­sı­nın di­gər döv­lət­lər­lə bağ­la­dı­ğı iki­qat ver­gi­tut­ma­nın ara­dan qal­dı­rıl­ma­sı haq­qın­da sa­ziş­lər öl­kə­mi­zin iq­ti­sa­di və in­ves­ti­si­ya əmək­daş­lı­ğı sa­hə­sin­də əsas tə­rəf­daş­la­rı­nı tam əha­tə edir­mi?

- Son il­lər iki­qat ver­gi­tut­ma­nın ara­dan qal­dı­rıl­ma­sı­nı nə­zər­də tu­tan sa­ziş­lər şə­bə­kə­si əhə­miy­yət­li də­rə­cə­də ge­niş­lə­nib. Azər­bay­ca­nın im­za­la­dı­ğı 51 sa­ziş­dən 47-si ar­tıq qüv­və­yə mi­nib, qa­lan­la­rı isə mü­va­fiq pro­se­dur­lar ta­mam­lan­dıq­dan son­ra qüv­və­yə mi­nə­cək. Tə­bi­i­dir ki, bu mü­qa­vi­lə­lər ha­zır­la­nar­kən, ilk növ­bə­də, öl­kə­mi­zin iq­ti­sa­di əla­qə­lə­ri­nin güc­lü ol­du­ğu döv­lət­lə­rə xü­su­si diq­qət ye­ti­ri­lir. Mü­qa­vi­lə­lər­dən 23-ü Av­ro­pa İt­ti­fa­qı­na üzv öl­kə­lər­lə bağ­la­nıb, di­gər mü­qa­vi­lə­lər isə res­pub­li­ka­mı­zın əsas xa­ri­ci ti­ca­rət tə­rəf­daş­la­rı­nı, iq­ti­sa­di əla­qə­lə­ri­mi­zin möv­cud ol­du­ğu və ya iq­ti­sa­di ma­raq do­ğu­ran döv­lət­lə­ri əha­tə edir.

Bu gün bey­nəl­xalq aləm­də Azər­bay­ca­nın nü­fu­zu­nun artma­sı, iq­ti­sa­di və ti­ca­rət əla­qə­lə­ri­nin sü­rət­lə ge­niş­lən­mə­si möv­cud sa­ziş­lər şə­bə­kə­si­nin da­ha da ge­niş­lən­di­ril­mə­si­ni və ye­ni tə­rəf­daş­la­rın cəlb edil­mə­si­ni ob­yek­tiv zə­ru­rə­tə çe­vi­rir. Ha­zır­da Ver­gi­lər Na­zir­li­yi bu is­ti­qa­mət­də sis­tem­li iş apa­rır. İki­qat ver­gi­tut­ma­nın ara­dan qal­dı­rıl­ma­sı ba­rə­də bey­nəl­xalq sa­ziş­lə­rin im­za­lan­ma­sı öl­kə­də əl­ve­riş­li in­ves­ti­si­ya mü­hi­ti­nin ya­ra­dıl­ma­sı­na bir­ba­şa tə­sir gös­tər­mək­lə ya­na­şı, həm də ver­gi­dən ya­yın­ma hal­la­rı­nın qar­şı­sı­nın alın­ma­sı məq­sə­di­lə ver­gi or­qan­la­rı­nın bir-bi­ri­nə  qar­şı­lıq­lı yar­dım gös­tər­mə­si üçün əla­və im­kan­lar ya­ra­dır.

- Gə­lə­cək­də da­ha han­sı öl­kə­lər­lə be­lə sa­ziş­lə­rin im­za­lan­ma­sı nə­zər­də tu­tu­lur?

- İs­pa­ni­ya, Mal­ta, İs­veç və İor­da­ni­ya ilə im­za­lan­mış ana­lo­ji sə­nəd­lər Azər­bay­can Res­pub­li­ka­sı tə­rə­fin­dən təs­diq edi­lib və qar­şı tə­rəf­lər­dən də döv­lət­da­xi­li pro­se­dur­lar bit­dik­dən son­ra qüv­və­yə mi­nə­cək. Bun­lar­dan əla­və, mü­qa­vi­lə­lə­rin la­yi­hə­lə­ri üz­rə Mə­ra­keş, İr­lan­di­ya, İs­ra­il, Da­ni­mar­ka, Sin­qa­pur və Slo­va­ki­ya ilə ra­zı­lıq əl­də edi­lib və gə­lə­cək­də hə­ya­ta  ke­çi­ri­lə­cək rəs­mi sə­fər­lər və ya gö­rüş­lər za­ma­nı bu sə­nəd­lə­rin də im­za­lan­ma­sı nə­zə­rə tu­tu­lur. Türkmə­nis­tan, Por­tu­qa­li­ya, Oman, Al­ba­ni­ya, Qır­ğı­zıs­tan, Hin­dis­tan, Su­ri­ya, Banqla­deş və Ma­lay­zi­ya ilə də iki­qat ver­gi­tut­ma­nın ara­dan qal­dı­rıl­ma­sı haq­qın­da sa­ziş­lə­rin ra­zı­laş­dı­rıl­ma­sı üz­rə iş­lər apa­rıl­maq­da­dır.

- Yə­qin ki, xa­ri­ci döv­lət­lər­lə əmək­daş­lı­ğın əha­tə da­i­rə­si de­dik­lə­ri­niz­lə məh­dud­laş­mır...

- Ha­zır­da ver­gi mə­lu­mat­la­rı­nın mü­ba­di­lə­si bü­tün dün­ya­da mü­za­ki­rə olu­nan ak­tu­al mə­sə­lə­lər­dən­dir. Mə­lu­mat mü­ba­di­lə­si iki­qat ver­gi­tut­ma­nın ara­dan qal­dı­rıl­ma­sı haq­qın­da sa­ziş­lə­rin mü­va­fiq müd­də­a­la­rı­na, xü­su­si sa­ziş­lə­rə, o cüm­lə­dən çox­tə­rəf­li sa­ziş­lə­rə əsa­sən hə­ya­ta ke­çi­ri­lə bi­lər.  Son dövrlər­də ver­gi mə­sə­lə­lə­rin­də şəf­faf­lıq, mə­lu­mat mü­ba­di­lə­si və bey­nəl­xalq əmək­daş­lıq sa­hə­sin­də sə­mə­rə­li­li­yin ar­tı­rıl­ma­sı is­ti­qa­mə­tin­də ge­dən qlo­bal pro­ses və ten­den­si­ya­lar nə­zə­rə alın­maq­la, Ver­gi­lər Na­zir­li­yi tə­rə­fin­dən av­to­ma­tik mə­lu­mat mü­ba­di­lə­si və ver­gi­lə­rin yı­ğıl­ma­sın­da yar­dım haq­qın­da An­laş­ma Me­mo­ran­du­mu­nun mo­del la­yi­hə­si ha­zır­la­nıb və 40-a ya­xın öl­kə ilə bu cür Me­mo­ran­du­mun bağ­lan­ma­sı mə­sə­lə­si mü­za­ki­rə edil­mək­də­dir. Bu­nun­la ya­na­şı, OECD tə­rə­fin­dən ha­zır­lan­mış və ver­gi­tut­ma məq­səd­lə­ri üçün müx­tə­lif döv­lət­lər tə­rə­fin­dən xa­ri­ci şəxslə­rin ora­da­kı he­sab­la­rı haq­qın­da mə­lu­mat­la­rın top­lan­ma­sı­nı, hə­min şəxslə­rin re­zi­den­ti ol­duq­la­rı döv­lət­lər­lə av­to­ma­tik mü­ba­di­lə­nin va­hid prin­sip­lə­ri­ni tən­zim­lə­yən Ümu­mi He­sa­bat­lı­lıq Stan­dar­tı­na (Com­mon Re­por­ting Stan­dard - CRS) əsa­sən, Azər­bay­can Res­pub­li­ka­sı­nın "Sə­la­hiy­yət­li or­qan­lar ara­sın­da ma­liy­yə he­sab­la­rı ba­rə­də mə­lu­mat­la­rın av­to­ma­tik mü­ba­di­lə­si­nə da­ir Ra­zı­laş­ma"ya qo­şul­ma­sı is­ti­qa­mə­tin­də iş­lər gö­rül­mək­də­dir.

He­sab edi­rik ki, bü­tün bun­lar ver­gi ba­za­sı­nın ge­niş­lən­mə­si­nə və döv­lət büd­cə­si­nə ver­gi da­xi­lol­ma­la­rı­nın artma­sı­na öz müs­bət tə­si­ri­ni gös­tə­rə­cək.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Dövlət qurumlarının portal və mobil tətbiqləri birləşdirilir - Mehriban Əliyevanın rəhbərlik etdiyi Şura böyük islahatlar mesajını verdi...

Xırdalan Xəstəxanasına qarşı kəskin iddia - orqan köçürülmüş xəstələr ölüm təhlükəsində?...

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

SON XƏBƏRLƏR

08.07.2026 / 15:51
ABŞ razılaşmanı pozdu - İran nefti ilə bağlı 60 gün gözləyə bilmədi...

08.07.2026 / 15:45
İranla danışıqlar məsələsi bitdi, onları xəstələr idarə edir - Tramp baltanı kökündən vurdu...

08.07.2026 / 15:37
2 vəkilə töhmət verildi, 4 vəkilə xəbərdarlıq edildi

08.07.2026 / 15:30
"Avropa Yaşıl Enerji Dəhlizi" layihəsi icra mərhələsinə keçdi

08.07.2026 / 15:18
Arktika Rusiya-Çin dostluğuna ziyan vura bilər...

08.07.2026 / 15:06
Tramp Ankarada İspaniyanı sərt tənqid etdi - onları çiyinlərimizdə daşımamalıyıq...

08.07.2026 / 15:03
Tramp NATO- ya gələn kimi "Qrenlandiya" dedi - aləm yenə qarışdı...

08.07.2026 / 14:47
Ukrayna Rusiyanın Azovdakı “kölgə donanması”nı bitirir - 72 saatda 21 gəmi vuruldu...

08.07.2026 / 14:40
Xocavəndin Güneyxırman və Quzeyxırman kəndlərinə ilk köç...

08.07.2026 / 14:25
Ukrayna Rusiyanın daha üç neft emalı zavodunu vurdu...

08.07.2026 / 14:10
Yaxın Şərqdə gərginlik yenidən artdı – ABŞ İranda 80-dən çox hədəfi vurdu, Tehrandan sərt cavab gəldi...

08.07.2026 / 14:04
Nazir Yaxın Şərqdəki Azərbaycan vətəndaşlarını rəsmi xəbərdarlıqlara əməl etməyə çağırdı

08.07.2026 / 13:53
İrandan Azərbaycana iri həcmdə narkotik keçirilməsinin qarşısı alındı

08.07.2026 / 13:44
Tramp İrana zərbə əmrini birbaşa NATO sammitindən verdi...

08.07.2026 / 13:40
"Azərbaycan-Ermənistan razılaşması regionda sülhə töhfə verəcək" - İordaniya XİN

08.07.2026 / 13:36
Azərbaycanın Quru Qoşunları genişmiqyaslı təlimə başladı - FOTO/VİDEO

08.07.2026 / 13:26
Sabirabadda 10 kiloqrama yaxın narkotik aşkarlandı

08.07.2026 / 13:10
Tramp İranla atəşkəs razılaşmasının bitdiyini rəsmən elan etdi...

08.07.2026 / 13:04
DYP kənd təsərrüfatı texnikaları ilə bağlı fermerlərə müraciət etdi

08.07.2026 / 12:52
Azərbaycanla İordaniya arasında yeni sazişlər imzalandı, vizasız rejim elan olundu...

08.07.2026 / 12:34
Paşinyan İran-Erməniatan yollarında 22 milyon dollar "atmış" müxalif lideri həbs etdirdi...

08.07.2026 / 11:50
İran ABŞ-ın hücumlarından sonra sazişin əsas müddəalarının etibarsız olduğunu elan etdi

08.07.2026 / 11:14
Dünyada bir adamlıq ilk uçan taksi sınaqdan keçirildi...

08.07.2026 / 10:55
Prezident İlham Əliyev İordaniya Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri nazirini qəbul edib - FOTO

08.07.2026 / 10:53
Beyləqanda şəkər çuğunduru fiaskosu...

08.07.2026 / 10:37
Dövlət televiziyası illərlə yalan təbliğat apardığına görə üzr istədi və özünü qapatdı...

08.07.2026 / 09:49
NATO ABŞ-nin İrana son hücumunu zəruri hesab edir...

08.07.2026 / 09:31
Suqovuşanda işçiləri daşıyan mikroavtobus aşdı - yaralılar var...

08.07.2026 / 07:20
Netanyahu Türkiyyəyə F35-lərin verilməsini yolverilməz sayır - “güc balansını pozacaq…”

08.07.2026 / 07:13
Xamenei və ailə üzvləri Kərbəlada dəfn olunacaq

08.07.2026 / 07:09
Hörmüz yenə “yanğın yerinə” döndü, ABŞ İranın lisenziyasını ləğv etdi…

07.07.2026 / 22:12
Kreml Zelenskinin vurduğu YDS-lərin acığını “Azərbaycanın əmlakından çıxır”...

07.07.2026 / 21:48
Sabiq prezidentlərin Qarabağda taladıqları əllərindən alındı...

07.07.2026 / 21:24
Putinin Kiyevdə yaşayış binalarını vurdurmasının arxasındakı sirr... Təhlilçilərdə fərqli fikir...

07.07.2026 / 21:07
"Azərbaycan xalqının öz Liderinə sevgisi, inamı, etimadı sonsuzdur" - Vüqar Rəhimzadə

07.07.2026 / 20:50
Tramp Ukraynada sülh barədə inanılmaz sözlər dedi...

07.07.2026 / 20:28
Sahibkarlara böyük şans açılır - üstəlik “qapı-qapı gəzməyə” son veriləcək...

07.07.2026 / 20:11
İran müharibəsi qlobal enerji təminatında yeni böhran yaradıb...

07.07.2026 / 19:45
Nazir Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirdi - FOTO/VİDEO

07.07.2026 / 19:37
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam edir

07.07.2026 / 19:21
Putinlə Zelenskinin arasında Trampın balans planı - sammitdən əvvəlki zənglərin mənası...

07.07.2026 / 19:05
Ərdoğan F-35-lərlə bağlı açıqlama – Trampdan beş təyyarənin sözünü almışıq...

07.07.2026 / 18:53
Ceyhun Bayramov ABŞ senatoru ilə görüşdü

07.07.2026 / 18:46
Tramp Ankarada Ukrayna müharibəsindən danışdı - Putin də, Zelenski də razılaşmaq istəyir...

07.07.2026 / 18:23
Mətbuat Şurasında mərhum jurnalist Mirzə Əsgərovun 70 illik yubileyi ilə bağlı toplantı keçirildi

07.07.2026 / 18:10
Sosial şəbəkələrdə satılan “arıqlama” məhsullarında təhlükəli maddə aşkarlandı

07.07.2026 / 17:52
Trampın Ankarada ilk mesajları - Türkiyəyə qarşı sanksiyalar ləğv ediləcək...

07.07.2026 / 17:36
İsrail Azərbaycanın da qırmızı xəttini keçir - yəhudi ölkəsində dərin narahatlıqlar var...

07.07.2026 / 17:20
AQTA-nın qərarı ətin qiymətini bir qədər də artıracaq

07.07.2026 / 16:56
İsrail Livanın bütün cənubunu ilhaq etməyə hazırlaşır...

07.07.2026 / 16:42
Rusiyada miqrantlar üçün 45 maddəlik deportasiya siyahısı hazırlandı

07.07.2026 / 16:07
2029-cu ildə Azərbaycanda əhali siyahıya alınacaq

07.07.2026 / 16:05
Azərbaycan "Metrik Konvensiya"sına qoşuldu

07.07.2026 / 15:58
Narkoloji xəstəni məhdudiyyət nəzərdə tutulan işlərə götürənlər cərimələnəcəklər

07.07.2026 / 15:58
ADY Bakı–Tbilisi–Bakı qatarlarında sərnişin tutumunu artırır

07.07.2026 / 15:53
Prezident ötənilki dövlət büdcəsini təsdiqlədi

07.07.2026 / 15:51
TƏBİB: “Tibb müəssisələrinin peşəkar həkim kadrları ilə gücləndirilməsi TƏBİB-in əsas prioritet istiqamətlərindən biridir”

07.07.2026 / 15:35
Azərbaycan özü də dron istehsalına başlayır...

07.07.2026 / 15:04
Trampın Əliyevə bu dəvəti Azərbaycana böyük faydalar gətirəcək...

07.07.2026 / 14:41
Arxiyepiskop Qalstanyan Paşinyanı məhkəməyə verir

07.07.2026 / 14:34
Dəməşqdə Makronun qaldığı otelin qarşısında partlayış olub…

07.07.2026 / 14:07
Zakir Həsənov baş direktoru və bir qrup hərbi qulluqçunu təltif etdi

07.07.2026 / 13:42
Rusiya Baltikyanı ölkələrə xəbərdarlıq etdi - "odla oynayırlar"...

07.07.2026 / 13:38
“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin altıncı təlimi

07.07.2026 / 13:18
Nəsimidə əməliyyat - 4 nəfər saxlandı, 70 kq narkotik ələ keçirildi...

07.07.2026 / 12:56
Azərbaycanda vençur kapitalı fondları yaradılacaq...

07.07.2026 / 12:49
Monakoda ukraynalı oliqarxa sui-qəsd edən qadının özünü də ortadan götürdülər – cəsədi Kiyevdə tapıldı…

07.07.2026 / 12:43
Slovakiya rus turistlər üçün vizanı dayandırdı - yalnız idmançılar…

07.07.2026 / 12:27
Ankarada tarixi NATO zirvəsi başladı - Rutte ilk qərarı açıqladı…

07.07.2026 / 12:12
NATO-nun Ankara Sammiti dönüşyaradıcı ola bilərmi?

07.07.2026 / 11:53
İrandan ABŞ-a xəbərdarlıq - təhdidlər dayanmasa danışıqlar başlamayacaq...

07.07.2026 / 11:37
MM "Ümumi təhsil haqqında" Qanuna dəyişiklikləri təsdiqlədi

07.07.2026 / 11:22
"Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında Donald Tramp xüsusi rol oynayıb" - Prezident

07.07.2026 / 11:14
Netanyahu Trampa çağırış etdi - Türkiyəyə F-35 verməyin...

07.07.2026 / 11:05
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi - FOTO

07.07.2026 / 10:53
Hərbi xidmətdən yayındırmaq üçün rüşvət alan vəzifəli şəxs məhkəməyə verildi...

07.07.2026 / 10:45
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlandı

07.07.2026 / 10:34
Zelenski Putini hədələdi - minlərlə dron Moskvaya uçanda o başa düşəcək...

07.07.2026 / 10:10
Səhiyyə nazirinə yeni müavin təyin olundu

07.07.2026 / 09:45
Hörmüz boğazında gərginlik yenidən artır – İran Oman sahillərində iki tankeri vurdu...

07.07.2026 / 09:23
Tramp Türkiyəyə F-35 qırıcılarının satışını təsdiqləyə bilər...

Rəqəmsal İnkişaf Şurası ilə süni zəka və kibertəhlükəsizliyin yüksəliş yoluna çıxdıq...

XƏBƏR ARXİVİ