İlin sonuna qədər Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası "Cənub qaz dəhlizi" layihəsinə kredit ayrılması məsələsini müzkirə edəcək. Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən brifinqdə bankın əməliyyat məsələləri üzrə vitse-prezidenti Vensay Janq deyib.
Onun sözlərinə görə, maliyyələşmənin ümumi məbləği 1 milyard dollar təşkil edəcək.
Vensay Janq deyib ki, AİB Azərbaycanla əməkdaşlığın yeni potensial sferalarını nəzərdən keçirmək niyyətindədir. Onun sözlərinə görə, AİB-in Azərbaycanda bir neçə ildir maliyyələşdirdiyi ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, bank institutsional islahatlara, eləcə də texnoloji və digər sferalara dəstək göstərməyi planlaşdırır.
AİB 1966-cı ildə yaradılıb və 67 üzvü var.