OPEC-in Vyanada keçirilən və 11 saat davam edən görüşü dalana dirənib. APA-nın xəbərinə görə, bu barədə “Dow Jones” öz mənbələrinə istinadən xəbər verib.
Danışıqların uzanmasına səbəb İran və İraq nümayəndələrinin etirazları göstərilir. İlkin məlumata görə, onlar hesab edirlər ki, OPEC adıçəkilən ölkələrin hasilatını düzgün qiymətləndirmir və öz istehsalını dondurmağa razılaşmır.
Artıq üzv ölkələrin texniki görüşü başa çatıb. Danışıqlar sabah davam etdiriləcək.
Qeyd edək ki, oktyabrın 29-da həmçinin kartelə üzv olmayan, lakin hasilatın məhdudlaşdırılması ilə bağlı danışıqlara qatılan ölkələrin iştirakı ilə məsləhətləşmələr aparılacaq.